Espi “Real”dakı qələbə qolundan sonra danışdı
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Madridin “Real” futbol klubunun hücumçusu Karlos Espi İspaniya La Liqasının altıncı turunda “Elçe” üzərində 3:2 hesablı qələbədən sonra paylaşım edib.
İdman.Biz xəbər verir ki, sentyabrın 15-də keçirilən görüşdə Espi 2:2 hesabı ilə davam edən oyunun 87-ci dəqiqəsində Trent Aleksander-Arnoldu əvəzləyərək meydana daxil olub. O, Kilian Mbappenin ötürməsindən sonra 90+1-ci dəqiqədə qələbə qolunu vurub.
“Komandaya kömək edə bildiyimə və növbəti qələbəni qazandığımıza görə xoşbəxtəm. İşləməyə davam edirik”, – deyə Espi sosial şəbəkədə yazıb.
Bu, ispan futbolçunun “Real”ın heyətində vurduğu ikinci qoldur. Onun debüt qolu La Liqanın ikinci turunda “Espanyol”la matçda (2:1) qeydə alınıb. Həmin görüşdə də Espi oyunun son dəqiqələrində – 80-ci dəqiqədə ehtiyatdan meydana daxil olub və 90-cı dəqiqədə qələbə topunu vurub.
Qeyd edək ki, Espi iyulun sonunda “Levante”dən “Real”a keçib. 21 yaşlı hücumçunun Madrid klubu ilə müqaviləsi 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 16 Sentyabr 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















