Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Əsrlərin sükutu: Ayasofyanın qübbəsindən bizə boylanan tarix

Əsrlərin sükutu: Ayasofyanın qübbəsindən bizə boylanan tarix

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qardaş Türkiyə tarixiliyi, zəngin keçmişi ilə diqqət çəkir. Bu ölkənin hər daşı, hər nəfəsi bir tarixdir. Türkiyə tarixiliklə müasirliyi ən yüksək səviyyədə birləşdirməyi və sahib olduqlarını yaşatmağı bacaran ölkələrdəndir.
Qardaş ölkəyə hər səfərimizdə onun sehrindən, möcüzələrindən valeh olursan.
Türkiyənin imkanlarının dünyada tanıdılmasında böyük əməyi olan  Mədəniyyət və Turizm Nazirliyi və Turizm Tanıtım və İnkişaf Agentliyinin (TGA) “GoTürkiye” platforması çərçivəsində növbəti səfərimiz də zəngin təəssüratlarla yadda qaldı.
Türkdilli ölkələrdən olan jurnalistlərin iştirakı ilə Ramazan ayında İstanbul-Bursa səfər proqramı çərçivəsində İstanbulun mərkəz məkanlarından olan Taksim meydanında, Qalata küçəsində olduq, Pierre Loti təpəsinə baş çəkdik. Bu təpənin mənzərəsi möhtəşəmdir və o, fransız şairi və komandiri Pierre Lotinin şərəfinə adlandırılıb.  Pierre Loti həyatının bir neçə ilini Istanbul şəhərində keçirib. Təpə, paradoksal olaraq, qəbiristanlıq kimi istifadə edilir, lakin qəbiristanlığın görünüşü belə müəyyən mənada xoş təsir bağışlayır. Biz təpəyə kanatla qalxdıq. Yuxarıdan şəhərin qədim Avropa hissəsinin mənzərəsi insanı valeh edir.
Sultan Əhməd Camisinin yanından keçərək Sultan Eyyub və Ayasofya camilərini də  ziyarət etdik. Camidə bu müqədfəs ayda dualarımızı etdik, diləklərimizi dilədik.

Əsrlərin susmayan yaddaşı - Ayasofya

Tikililər var ki, əsrlərin şahidi, imperiyaların susmayan yaddaşı, sivilizasiyaların kəsişmə nöqtəsidir. Ayasofya məhz belə bir möcüzədir.
İlk dəfə xristian məbədi kimi inşa edilən Ayasofya, Şərqi Roma - Bizans İmperiyası dövründə imperatorların tacqoyma mərasimlərinə ev sahibliyi edib. Tarix boyu baş verən xalq üsyanları nəticəsində əvvəlki tikili dağıdılıb və daha sonra yenidən, daha möhtəşəm şəkildə inşa olunub.
Bu gün gördüyümüz möhtəşəm bina VI əsrdə imperator I Yustinianın dövründə ucaldılıb və o zaman üçün memarlıq möcüzəsi sayılıb. 55,60 metr hündürlüyündə, 31,36 metr enində olan nəhəng qübbə 40 dirəyə söykənir. Ümumilikdə isə abidənin ağırlığını 40-ı aşağıda, 67-si yuxarıda olmaqla 107 sütun daşıyır. Qübbənin 40 pəncərəsindən süzülən işıq içəriyə ilahi bir aydınlıq bəxş edir — sanki səma yerə enir.

Fəthin simvoluna çevrilən tarixi abidə

1453-cü ildə İstanbul fəth edildikdən sonra II Mehmedin əmri ilə Ayasofya məscidə çevrilir. Bu dəyişiklik təkcə dini deyil, həm də siyasi və mədəni bir dönüş nöqtəsi idi. Ayasofya 481 il boyunca məscid kimi fəaliyyət göstərir və Osmanlı memarlığına əlavə olunan minarələr, mehrab və digər elementlərlə yeni kimlik qazanır.
XX əsrin 30-cu illərində aparılan bərpa işləri zamanı məbəd ibadətə bağlanır. 24 noyabr 1934-cü ildə Nazirlər Şurasının qərarı ilə muzey statusu alır və uzun illər dünyanın hər yerindən gələn milyonlarla ziyarətçini qəbul edir.

Bəşər tarixinin ortaq mirası

2020-ci ildən etibarən Ayasofya yenidən məscid kimi ibadətə açılır. Bu hadisə təkcə Türkiyədə deyil, bütün dünyada geniş rezonans doğurur. Çünki Ayasofya yalnız bir ibadət məkanı deyil — o, bəşər tarixinin ortaq mirasıdır.
Məhz bu səbəbdən Türkiyəyə səfər edən hər kəs Ayasofyanı ziyarət etmək istəyir. Hər gün yüzlərlə xarici turist bura daxil olur.
Ayasofyaya daxil olanda insan özünü zamanın içində hiss edir. Bir tərəfdə xristian mozaikaları, digər tərəfdə islam xəttatlıq nümunələri… Divarlarda iki böyük sivilizasiyanın izləri yanaşı dayanır. Bu bina dinlərin, mədəniyyətlərin və imperiyaların üst-üstə yazılmış tarixidir.
Böyük Ayasofya Məscidi bu gün də milyonların maraq dairəsindədir. Təkcə müsəlmanlar deyil, müxtəlif dinlərdən və ölkələrdən olan insanlar bu məkana gəlir — görmək, hiss etmək, anlamaq üçün.
Ayasofya sadəcə ziyarət edilən bir yer deyil. O, insanı susdurur, düşündürür və heyrətləndirir.
İstanbula gedib Ayasofyanın qarşısında dayananda anlayırsan ki, bəzi abidələr tarix danışmır — tarix özü onların içində yaşayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri