Icma.az
close
up
RU
Əsrlərin sınağından keçmiş qardaşlıq

Əsrlərin sınağından keçmiş qardaşlıq

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Özbəkistanı birləşdirən bağlar təkcə coğrafi məkanla məhdudlaşmır; bu dostluğun kökləri dərin tarixi-mədəni əlaqələrə, ortaq dini və mənəvi dəyərlərə, əsrlər boyu formalaşmış adət-ənənələrə əsaslanır. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsi olmaqla, dil, mədəniyyət və düşüncə yaxınlığı baxımından bir-birinə olduqca yaxındır. Bu yaxınlıq tarix boyunca müxtəlif istiqamətlərdə özünü göstərmiş, xalqlarımızın bir-birinə olan münasibətini daha da möhkəmləndirmişdir. Azərbaycanın və Özbəkistanın tarixi inkişaf yoluna nəzər yetirdikdə, hər iki ölkə Səfəvilər dövründən tutmuş Çingizilər və Teymurilər epoxalarına qədər bir çox ortaq səhifələrə malikdir. Mədəniyyətlərimizdəki oxşarlıqlar isə bu tarixi paralellərin təbii nəticəsidir. Muğam və məqam ənənələri, xalq yaradıcılığı, poeziyada klassik irs, xüsusilə də Nizami, Füzuli, Nəvai kimi dahilərin yaradıcılığı dövlətlərimiz arasında mədəni körpülərin qurulmasında mühüm rol oynamışdır. Ortalıq mədəniyyət zonasında formalaşmış bu zəngin irs bu gün də hər iki xalqın qürur mənbəyidir. Azərbaycan və Özbəkistan xalqları üçün ortaq dini dəyərlər də xüsusi əhəmiyyət kəsb edir. İslam mədəniyyəti həm mənəvi dünyagörüşümüzü formalaşdırmış, həm də xalqlarımız arasında qarşılıqlı hörmət və anlayışı daha da gücləndirmişdir. Qonaqpərvərlik, böyüyə hörmət, ailə dəyərlərinə bağlılıq kimi ortaq adət-ənənələr toplumlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu gün Azərbaycan və Özbəkistan yalnız tarixdə deyil, həm də müasir dövrdə strateji tərəfdaşlıq münasibətləri qurmuş ölkələrdir. Siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələr sürətlə inkişaf edir. Prezidentlər səviyyəsində qarşılıqlı səfərlər, imzalanan əməkdaşlıq sənədləri və birgə layihələr bu əlaqələrin davamlılığını və perspektivlərini daha da genişləndirir. Mədəniyyət günləri, tələbə mübadiləsi, incəsənət və kino festivalları isə xalqlarımız arasında mənəvi əlaqələrin güclənməsinə töhfə verir. Bütün bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə dövlətlərarası əməkdaşlıq deyil, həm də əsrlərə söykənən qardaşlıq münasibətləridir. Tarixi köklər, ortaq mədəniyyət, dini və mənəvi dəyərlər, adət-ənənələr bu qardaşlığı daim yaşatmış, bu gün də iki xalqın bir-birinə olan sevgisinin və etimadının əsasını təşkil edir. Bu birliyin gələcəkdə daha da inkişaf edəcəyi və regionda sabitlik, sülh və tərəqqiyə xidmət edəcəyi şübhəsizdir.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Noyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see351

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see292

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see287

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see283

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see274

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see260

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see254

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see242

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see234

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see227

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see207

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see206

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see206

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see200

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see199

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see197

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see193

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see183

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri