Icma.az
close
up
RU
Estetik əməliyyat edənlər DİQQƏT: Şəxsiyyət vəsiqəsində problem ola bilər KONKRET

Estetik əməliyyat edənlər DİQQƏT: Şəxsiyyət vəsiqəsində problem ola bilər KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Estetik əməliyyatlar insanların xarici görünüşünü dəyişdirmək məqsədilə edilən müdaxilələrdir və bu əməliyyatlar şəxsin xarici görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik hesab edilib-edilməməsi bir çoxunda sual doğurur. 

Bəs Estetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik hesab olunurmu?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a hüquqşünas Ramil Süleymanov açıqlama vererək bildirib ki, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddir. Bu vəsiqə dövlət qurumları tərəfindən vətəndaşa təqdim olunur və burada olan tənzimləmə Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsi haqqında qanuna əsasən həyata keçirilir. Artıq son illərdə vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsi təqdim olunur.

“Qanunun 4-cü maddəsində qeyd olunur ki, şəxsiyyət vəsiqəsi verilərkən hansı zəruri məlumatlar götürülməlidir. Bununla yanaşı, şəxsiyyət vəsiqəsinin qanunun tətbiqi ilə bağlı sərəncam respublika ərazisində qüvvədədir. Həmin əsasnaməyə görə, əgər vətəndaş şəxsiyyət vəsiqəsində hər hansı dəyişikliklər etmək istəsə, Asan Xidmət mərkəzlərinə və ya ərazi üzrə pasport qeydiyyat şöbələrinə müraciət edə bilər”.

O qeyd edib ki, eyni zamanda, vətəndaşın zahiri görünüşündə dəyişiklik edilərsə və ya xüsusi dəyişiklik hiss olunsa, bu zaman fotosunun yenidən çəkilməsi tələb oluna bilər. Dəyişikliklərlə bağlı müəyyən məbləğdə rüsum dövlət büdcəsinə vətəndaş tərəfindən ödənilir.

“Bununla bağlı elektron imza yoxlanılır. Burada əlavə olaraq vətəndaş haqqında müəyyən məlumatlar daxil edilir. Estetik əməliyyat etmək vətəndaşın hər hansı şəkildə eyniləşdirilməsi məlumatlarının itirilməsi mənasına gəlmir, çünki göz rəngi, barmaq izi və bunların olması vətəndaşın şəxsiyyətini təsdiq etməyə kifayət edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Noyabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri