Icma.az
close
up
RU
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb TƏFƏRRÜAT

Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb TƏFƏRRÜAT

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Tanınmış həkimin ölümünün təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, yanvarın 26-da Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhyəddin Aydəmirov 53 saylı xətt avtobusunda olarkən qəfil halı pisləşərək ölüb. İlkin ehtimala görə, M.Aydəmirov infarkt keçirib və hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, M.Aydəmirov 40 il Sumqayıt səhiyyəsində çalışıb. O, uşaq cərrahı kimi fəaliyyət göstərib.

Fotoda həkim-cərrah Məhyəddin Aydəmirov

1957-ci ildə Quba rayonunda anadan olan M.Aydəmirov 1974-1980-ci illərdə Rusiya Federasiyasının Saratov Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Tambov vilayətində uşaq xəstəxanasında cərrahiyyə üzrə internatura keçib.

1981-1984-cü illərdə isə həmin vilayətin Miçurinsk şəhərində Bryuxinin adına Şəhər Xəstəxanasında çalışıb.

1984-1993-cü illərdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında cərrah kimi fəaliyyət göstərib.

1993-2023-cü illərdə isə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb.

2023-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxan M.Aydəmirov Bakıda özəl klinikalardan birində uşaq cərrahı kimi fəaliyyət göstərirmiş.

Metbuat.az-ın məlumatına görə, M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

Fotoda general-leytenant Yaşar Aydəmirov

Samir Əli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:346
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see327

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see281

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see274

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see265

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see259

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see258

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see249

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see246

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see223

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see217

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see217

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see215

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see207

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see205

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see190

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see190

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see183

Türkiyədə Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha 4 nəfər saxlanılıb

20 Sentyabr 2026 06:02see176

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see176

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri