Icma.az
close
up
RU
Gürcüstanla sərhədlər açılmalıdır, AZAL ın monopoliyasından azad olmalıyıq! AÇIQLAMA

Gürcüstanla sərhədlər açılmalıdır, AZAL ın monopoliyasından azad olmalıyıq! AÇIQLAMA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mən, Zəlimxan Məmmədli ayda bir dəfə Gürcüstana gedib-gəlməliyəm, amma hazırda ildə bir dəfə güclə gedə bilirəm"

"Quru yol bağlıdır, hava yollarının qiymətləri isə olduqca baha olduğundan, halal qazancı olan insanlar üçün tez-tez səfər etmək praktiki olaraq mümkünsüzdür"

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinləri ölkəyə giriş zamanı qüvvədə olan tələblər haqqında yenidən xatırlatma edib.

AZAL-ın məlumatına görə, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.

Qaydalara əsasən, Gürcüstana səfər edən xarici vətəndaşlar ölkədə olduqları müddət ərzində - giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisi ilə təmin olunmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi (GEL) təşkil etməlidir.

Sığorta polisi Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən rəsmiləşdirilə bilər. Sənəd elektron və ya kağız formatında təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.

Aviaşirkət sərnişinlərə cərimələrin, gecikmələrin və ya əlavə prosedurların qarşısını almaq üçün tibbi sığortanı uçuşdan öncə rəsmiləşdirməyi tövsiyə edir.

AZAL bildirib ki, reysə qeydiyyat zamanı sərnişinlərin sığorta polisinin yoxlanılması yalnız ölkəyə giriş qaydaları barədə öncədən məlumatlandırma məqsədini daşıyır.

Yeni tələb Gürcüstanın “Turizm haqqında” Qanunu və Gürcüstan hökumətinin “Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında” qərarına əsasən tətbiq edilir.

"Borçalı" İctimai Birliyinin sədri, ictimai- siyasi xadim Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında məsələnin kifayət qədər aktual olduğunu vurğulayıb və bildirib ki, Gürcüstanın xarici vətəndaşlar üçün icbari tibbi sığorta tələbi qanunla təsbit olunubsa, ölkəyə daxil olan bütün turistlər bu tələblərə əməl etməlidir.

Ekspert həmçinin qeyd edib ki, hazırkı vəziyyətdə bizim daha ciddi problemimiz sərhəd keçidlərində yaşanan çətinliklərdir. Onun sözlərinə görə, Azərbaycan quru sərhədlərini uzun müddət bağlı saxladığı üçün gediş-gəliş zamanı soydaşlarımız ciddi çətinliklərlə üzləşirlər: “Biz soydaşlarımızın bu problemini həll etməliyik. Mən, Zəlimxan Məmmədli ayda bir dəfə Gürcüstana gedib-gəlməliyəm, amma hazırda ildə bir dəfə güclə gedə bilirəm. Quru yol bağlıdır, hava yollarının qiymətləri isə olduqca baha olduğundan, halal qazancı olan insanlar üçün tez-tez səfər etmək praktiki olaraq mümkünsüzdür. Bu, yalnız maddi problem deyil, həm də sosial və ailə əlaqələrinin qorunması baxımından ciddi çətinliklər yaradır”.

Z. Məmmədli əlavə edib ki, Azərbaycan vətəndaşları öz ölkəsinin qəbul etdiyi qaydalara əməl etdiyi kimi, Gürcüstan hökumətinin qəbul etdiyi qərarlara da hörmətlə yanaşmalıdır. Onun fikrincə, tibbi sığorta tələbi beynəlxalq standartlara uyğundur və bu məsələnin siyasiləşdirilməsi düzgün yanaşma deyil. Eyni zamanda ekspert Azərbaycan və Gürcüstanın strateji müttəfiq ölkələr olduğunu xatırladaraq bildirib ki, iki ölkə vətəndaşları arasındakı gediş-gəlişin ənənəvi və rahat formada davam etməsi hər iki tərəfin maraqlarına cavab verərdi: “Azərbaycan öz növbəsində Gürcüstanla sərhəddə quru gediş-gəlişə imkan yaratmalı, insanları AZAL-ın yaratdığı monopoliyadan xilas etməlidir. Quru sərhədlərin açılması yalnız sosial baxımdan deyil, həm də iqtisadi münasibətlərin sağlamlaşdırılması baxımından vacibdir. Bu, həm soydaşlarımızın gündəlik həyatını asanlaşdırar, həm də iki ölkə arasında humanitar və iqtisadi əlaqələrin inkişafına təkan verər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri