Icma.az
close
up
RU
Estetik əməliyyatla üzünü dəyişdirənlərin aeroportdakı PROBLEMİ Niyə buraxmırlar?

Estetik əməliyyatla üzünü dəyişdirənlərin aeroportdakı PROBLEMİ Niyə buraxmırlar?

Icma.az bildirir, Lent az portalına istinadən.

Ötən günlərdə tanınmış türkiyəli modelyer hava limanıında keçirdiyi estetik əməliyyatlara görə buraxılmayıb. Üz cizgiləri sənəddəkindən fərqlənən modelyeri identifikləşdirmək üçün barmaq izi bölməsinə yönləndiriblər.

Bəs görəsən, bu qayda Azərbaycanda necədir? Estetik əməliyyatlarla üz cizgilərini dəyişdirənlərin ölkədən-ölkəyə keçirilməsi zamanı hansısa problemlər yaşanır? Onlar mütləq şəxsiyyət vəsiqələrini yeniləməlidirlər?

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Lent.az-a bildirib ki, üz görünüşündə və ya göz rəngində baş verə biləcək dəyişikliklər istintaq orqanları və ya hüquq-mühafizə qurumları üçün şəxsin identifikasiyasında heç bir maneə yaratmır:

“Ölkəmizdə tətbiq olunan biometrik şəxsiyyət vəsiqələri beynəlxalq standartlara uyğun hazırlanır və bu sənədlər vasitəsilə şəxsin kimliyinin dəyişdirilməsinin və ya gizlədilməsinin qarşısı effektiv şəkildə alınır. Üz görünüşündə və ya göz rəngində baş verə biləcək dəyişikliklər istintaq orqanları və ya hüquq-mühafizə qurumları üçün şəxsin identifikasiyasında heç bir maneə yaratmır. Sistem bu cür dəyişiklikləri nəzərə almaqla yanaşı, əsas və dəyişməz identifikasiya elementlərinə əsaslanaraq şəxsiyyətin tanınmasını təmin edir”,-deyə qeyd edib. 

DİN-dən verilən məlumata əsasən, şəxsin tanınması üçün estetik əməliyyatlar heç bir problem yaratmır.

Bəs hava limanında? Bu halda Türkiyədə olduğu kimi əlavə yoxlanışlar edilirmi? 

Azərbaycan Hava Limanlarının mətbuat xidmətindən Lent.az-a bildirildi ki, hava limanında sənədlərini təqdim edən plastik əməliyyat keçirmiş sərnişinin görünüşü sənəddəki fotodan əhəmiyyətli dərəcədə fərqlənirsə, bu, əlavə yoxlamalara səbəb ola bilər:

“Hava limanlarında sərnişinlərin identifikasiyası və keçid prosedurları Azərbaycan Respublikasının milli qanunvericiliyi və beynəlxalq təşkilatların müəyyən etdiyi beynəlxalq aviasiya təhlükəsizliyi tələbləri əsasında həyata keçirilir.

Sərnişinlərin identifikasiyası zamanı əsas meyar, təqdim olunan şəxsiyyət vəsiqəsi və ya pasportdakı fotoşəklin sərnişinin faktiki görünüşü ilə uyğunluğudur. Əgər plastik əməliyyat nəticəsində sərnişinin görünüşü sənəddəki fotodan əhəmiyyətli dərəcədə fərqlənirsə, bu, əlavə yoxlamalara səbəb ola bilər. Bu yoxlamalar, sərhəd nəzarəti prosedurlarının bir hissəsi olaraq həyata keçirilir və sərnişinlərin hüquqlarının qorunması təmin edilir.

Belə halların qarşısını almaq üçün vətəndaşlara plastik əməliyyatlardan sonra rəsmi sənədlərdə fotoşəklin yenilənməsini tövsiyə edilir”.

Bəs Azərbaycan vətəndaşı estetik əməliyyatı xarici ölkədə etdirib və şəxsiyyət vəsiqəsinin orada dəyişdirilməsi mümkün deyilsə, bu zaman nə etməlidir?

Azərbaycan Hava Limanlarının mətbuatı bildirdi ki, “Əgər sənədlərin yenilənməsi mümkün deyilsə, əməliyyatla bağlı tibbi arayış və ya digər təsdiqləyici sənədlərin təqdim olunması faydalı ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri