Icma.az
close
up
RU
Trampın İranda “Venesuela modeli”: Xamenei, çevrəsi və SEPAH generalları…

Trampın İranda “Venesuela modeli”: Xamenei, çevrəsi və SEPAH generalları…

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ–İran münasibətlərində gərginlik azalmaqdansa, mərhələli şəkildə daha təhlükəli fazaya daxil olur. Son proseslər göstərir ki, Vaşinqtonun Tehrana münasibətdə konkret, lakin tam açıqlanmayan strateji planı mövcuddur. Bu planın mərkəzində isə hərbi işğaldan daha çox rejimi daxildən zəiflətmək və hədəfli zərbələrlə idarəedici elitanı sıradan çıxarmaq yanaşması dayanır.
ABŞ Prezidenti Donald Trampın son açıqlamaları bu ehtimalı daha da gücləndirir. Tramp bildirib ki, ABŞ-ın İran yaxınlığında “Venesueladakından daha böyük hərbi donanması” mövcuddur və USS Abraham Lincoln (CVN-72) təyyarədaşıyan gəmisi bölgədə yerləşdirilib. Bu, açıq şəkildə hərbi-psixoloji təzyiq və güc nümayişi strategiyasına işarə edir.

Eyni zamanda Trampın ritorikası ziddiyyətlidir. Bir tərəfdən hərbi mövcudluq gücləndirilir, digər tərəfdən isə diplomatik açıq qapı saxlanılır. ABŞ Prezidenti açıq şəkildə deyib:

“Onlar razılaşmaq istəyirlər. Bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər.”
Bu açıqlama Trampın hələlik birbaşa genişmiqyaslı müharibəyə tələsmədiyini, lakin hərbi variantı masadan tam çıxarmadığını da göstərir.

Venesuela presedenti və İran ssenarisi

Tramp administrasiyasının əvvəlki Venesuela nümunəsi hazırkı İran siyasətinin konturlarını anlamağa imkan verir. Karakasa qarşı tətbiq edilən model birbaşa işğal yox, hərbi mühasirə, siyasi təcrid, iqtisadi boğma və daxili parçalanma üzərində qurulmuşdu. Görünən odur ki, Vaşinqton bu yanaşmanı İran üçün də uyğun hesab edir.

“Middle East Eye” nəşri etibarlı mənbələrə istinadən yazır ki, ABŞ İranda etirazların yatırılmasına görə məsuliyyət daşıyan yüksək vəzifəli rəsmiləri və hərbi komandirləri hədəf almaq niyyətindədir. Mənbəyə görə, bu zərbələr “hədəfli və məhdud” xarakter daşıyacaq və vaxt faktoru dəyişkən ola bilər.

Adı açıqlanmayan keçmiş ABŞ kəşfiyyat rəsmisi isə daha açıq mövqe sərgiləyir:
“Prezident Donald Tramp Tehranda rejim dəyişikliyi arzusundan əl çəkməyib.”
Bu, Vaşinqtonun məqsədinin sadəcə davranış dəyişikliyi deyil, siyasi sistemin transformasiyası olduğunu göstərir.

Hədəfli zərbələr və liderlik riski

İran tərəfi də bu təhlükəni real hesab edir. Prezident Məsud Pezeşkianın açıqlaması Tehranın mövqeyini açıq ifadə edir:
“Ali liderə qarşı hər hansı hücum bütövlükdə İrana qarşı genişmiqyaslı hücum kimi qiymətləndiriləcək.”

“The Jerusalem Post” isə təhlükəsizlik mənbələrinə istinadən yazır ki, İranın ali lideri Ayətullah Seyid Əli Xamenei təhlükəsizlik səbəbilə bunkerə çəkilib. Bu fakt İran rəhbərliyinin hədəfli zərbə ssenarisini ciddi qəbul etdiyini göstərir.
“New York Times”ın məlumatına görə, ABŞ kəşfiyyatı Trampa İranın kritik mərhələyə yaxınlaşdığı və rejimin mövqelərinin ciddi şəkildə zəiflədiyi barədə hesabatlar təqdim edib. Bu fon ABŞ mediasında hərbi zərbələrin qaçılmazlığı ilə bağlı ehtimalları artırır.

Regional narahatlıq və diplomatik xəbərdarlıqlar

Bununla belə, region ölkələri bu ssenaridən ciddi şəkildə narahatdır. Birləşmiş Ərəb Əmirlikləri açıq bəyanatla çıxış edərək bildirib ki, İrana qarşı hər hansı hücum üçün hava məkanının, ərazisinin və ya ərazi sularının istifadəsinə icazə verilməyəcək. Bu, ABŞ üçün regional manevr imkanlarını məhdudlaşdıran mühüm siqnaldır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə daha sərt xəbərdarlıq edib:
“Amerikalı dostlarıma məsləhətim budur: bunu başqa bir Venesuelaya çevirməyin.”
Fidanın fikrincə, İran danışıqlara açıqdır, lakin təzyiq elə səviyyəyə çatmamalıdır ki, Tehran özünü “tam küncə sıxışdırılmış” hiss etsin. Əks halda, “ən pis ssenari” qaçılmaz ola bilər.

Təzyiq strategiyası və səhv hesab riski

Mövcud mənzərə göstərir ki, tərəflər hələlik birbaşa müharibədən çox psixoloji təzyiq, güc balansı və mövqe savaşı aparır. ABŞ-ın bölgədə təyyarədaşıyan qruplar, Patriot və THAAD sistemləri yerləşdirməsi, İsrailin hava müdafiəsinin gücləndirilməsi isə prosesin artıq praktiki hazırlıq mərhələsinə keçdiyini göstərir.

Əsas risk planlaşdırılmış hücumdan daha çox, səhv hesablanmış addımın nəzarətdən çıxmasıdır. Yaxın Şərq növbəti dəfə kritik yol ayrıcındadır və Tramp administrasiyasının verəcəyi qərar təkcə İran üçün deyil, bütün region üçün uzunmüddətli geosiyasi nəticələr doğura bilər.

Region ölkələrini narahat edən məsələ də  budur. Çünki bu bölgədə proqnozlaşdırılası mümkün olmayan hadisələrə yol aça bilər və istisna deyil.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:333
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Yanvar 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri