Estoniya prezidenti ölkə sakinlərinin bir hissəsini səsvermə hüququndan məhrum etdi
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Estoniya Prezidenti Alar Karis ölkədə yaşayan əcnəbiləri səsvermə hüququndan məhrum edəcək qanun imzalayıb. Lakin bu məhdudiyyət Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarına təsir etməyəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Estoniyanın "ERR" teleradio şirkəti məlumat verib.
Məlumata görə, yeni qanun birbaşa Estoniyada yaşamaq hüququ olan Rusiya və Belarus vətəndaşlarının maraqlarına toxunacaq. Ölkə əhalisinin əhəmiyyətli hissəsinin səsvermə hüququnu itirəcəyinə baxmayaraq, Alar Karis bu qərarın bu qrup insanlar arasında dəstək tapacağına əminliyini ifadə edib.
"Son dərəcə vacibdir ki, səsvermə hüququndan məhrum olanlar dövlətin onları ictimai həyatdan kənarlaşdırmaq istədiyini və ya onları təhlükəsizliyə təhdid kimi gördüyünü düşünməsinlər", - deyə o vurğulayıb.
Qeyd etmək lazımdır ki, əcnəbilərin səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı qanun layihəsi ilkin olaraq Estoniya parlamenti tərəfindən təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















