Estoniya XİN: Trampın planı işə düşərsə, Aİ Ukraynaya hərbi qüvvə göndərməlidir
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın təklif etdiyi sülh sazişinə görə Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göndərməlidir.
Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "Financial Time" qəzetinə müsahibəsində bildirib.
Onun fikrincə, belə bir qərar “Trampın istənilən sülh razılaşmasını təmin etməyə” kömək edəcək, ona görə də Avropa liderləri qoşunlarını göndərməyə hazırlaşmalıdırlar.
Diplomat qeyd edib ki, Kiyevin təhlükəsizliyi üçün “real təminat” ölkənin NATO-ya daxil olması olacaq və seçilmiş Amerika liderinin administrasiyası bundan imtina edərsə, hərbi yardım yeganə variant olaraq qalacaq.
Mövsüm
Aznews.az

Estoniya Ukraynaya hərbi yardım edəcək
12 Noyabr 2024 01:10
Estoniya Aİ ölkələrinin Ukraynaya qoşun göndərməsinə QARŞI ÇIXDI
26 Noyabr 2024 11:14
Avropa Ukraynaya qoşunlar göndərə bilər Estoniya XİN rəhbəri
19 Noyabr 2024 16:06
Estoniya Ukraynaya yenidən hərbi yardım göstərəcək
12 Noyabr 2024 07:40
Estoniya Ukraynaya yeni hərbi yardım paketini dəstəkləyib
16 Noyabr 2024 19:03

