Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Stalinin milli mənşəyi ilə bağlı araşdırma yekunlaşıb

Stalinin milli mənşəyi ilə bağlı araşdırma yekunlaşıb

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Bu yaxınlarda keçmiş SSRİ rəhbəri İosif Stalinin DNT-si təhlil edilib və zamanında "xalqlar lideri" adlandırılan Baş katibin milli mənşəyi ilə bağlı mübahisələrə son qoyulub.
Reyting.az
bildirir ki, tarixi sənədlərdə İosif Stalinin milliyyəti barədə fərqli məlumatlar verilib.
Məlum olduğu kimi, İosif Cuğaşvili (Stalin) Gürcüstanın Qori şəhərində anadan olub və rəsmi tərcümeyi-halında onun atası gürcü kimi yazılıb. Lakin, təəccüblü olsa da, Rusiyanın tanınmış simaları, məsələn, Osip Mandelştam, Lev Trotski və Stalinlə şəxsən tanış olan bir çox başqaları onun osetin mənşəli olduğunu dəfələrlə qeyd ediblər. Rusiyalı professor Anatoli Klesov isə məhz bu məsələyə aydınlıq gətirmək, mübahisələrə son qoymaq qərarına gəlib.
Vaxt məhdudiyyətlərinə görə, "xilaskar rəhbərin" bədənindən material çıxarmaq mümkün olmayıb. Elə buna görə də elmi qrup Stalinin nəvəsi, Vasili Stalinin oğlu, aktyor, rejissor Aleksandr Burdonskidən DNT nümunəsi götürüb. Daha sonra isə proses zamanı Klesovun araşdırmaları göstərib ki, Burdonskinin əcdadlarının əsl vətəni Osetiya olub. "İosif Stalin tipik Osetiya haplotipinə malikdir və həmçinin osetin haplotiplərinin böyük klasterinin daşıyıcısıdır. İ. Stalin də həmin osetinlərdən biri olub",- söyləyən professor fikrini belə yekunlaşdırıb.
Alim bildirib ki, üstəlik, bu, sırf elmi dəlillərə - xüsusilə də Şimali Osetiya sakinlərinə xas olan, dəyişməz qalan G2a haploqrup variasiyasının DNT-dəki aydın mövcudluğuna əsaslanır. Araşdırmaların nəticəsi göstərib ki, ümumiyyətlə, həmin bölgə əhalisinin 60 faizindən çoxu ancaq G2a daşıyıcısıdır.
"Sözsüz ki, bu cür gen dəyişikliyinə Qafqazın digər xalqlarında da rast gəlinir, lakin müqayisədə çox azdır. Belə bir nəticəyə gəlmək olar ki, məsələn, abxazlar, eləcə də adıgeylər, kabardiyalılar və çərkəzlər təxminən 40 faiz müvafiq, saf genlərə malik olmaqları ilə öyünə bilərlər. Lakin bütün bunlara baxmayaraq, Gürcüstan sakinləri arasında əhalinin 20 faizdən azı nadir G2a daşıyıcısıdır", - deyə alim əlavə edib.
Maraqlıdır ki, 1991-ci ildə kəşf edilmiş qədim Avropa əhalisinin mumiyalanmış nümayəndəsi də G2a gen variasiyasına malik idi. Qalıqları Alp dağlarında tapılan Tirol adamın isə təxminən 5,5 min il əvvəl yaşadığı məlum olmuşdu. Lakin alimlərin fikrincə, ondakı genom avropalılar üçün xarakterik deyildi.
Bu da bir daha sübut edir ki, osetinlərin əcdadları qədim Qafqaz ərazisində artıq insanların məskunlaşdığı yerlərə sonralar pənah gətiriblər. Tədqiqatçılar bildiriblər ki, hətta ola bilsin, osetinlər müəyyən bir ciddi səbəb ucbatından qədim Qafqaza digər qitədən gəliblər.
Professor Anatoli Klesovun nəzəriyyəsinə görə, genetik məlumatlara əsaslanmaqla, avropalıların ilk böyük dalğalarından biri təxminən 25-30 min il əvvəl qədim Şimali Mesopotamiyadan Qafqazın vasitəsilə buraya nüfuz edə bilərdi.
Alim deyib: "Belə çıxır ki, Stalin Homo Sapiensin bu nümayəndələrinin uzaq nəslindəndir".
Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 Aprel 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see446

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see286

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see270

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see209

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see207

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see206

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see205

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see199

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see194

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see194

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see194

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see193

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see191

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see187

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see187

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see187

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see187

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri