Icma.az
close
up
RU
Estoniyada Azərbaycanın “Aşıq və muğam” musiqisi

Estoniyada Azərbaycanın “Aşıq və muğam” musiqisi

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Mere” Mədəniyyət Mərkəzində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Aşıq və muğam” adlı konsert keçirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən mədəniyyət günlərinin təşkilatçısı rəssam Rövşən Nurun rəhbərlik etdiyi “Buta” Azərbaycan Mədəniyyət Mərkəzidir. Konsertə Estoniya parlamentinin, Mədəniyyət Nazirliyinin, İnteqrasiya Fondunun, diplomatik missiyaların nümayəndələri qatılıblar. Konsertin qonaqları arasında Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev də iştirak edib.

Konsertdə muğam triosu - Asim Pirimov (tar), Hüseyn Nağıyev (kamança) və xanəndə Rəvanə Vəliyeva ifa ediblər. Tallinin məşhur “Grace” rəqs truppası da səhnəyə çıxıb və Azərbaycan milli rəqsləri sərgilənib. Muğam və Xalq mahnıları səsləndirilib. Azərbaycan milli musiqisi və rəqsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Estoniyalı tamaşaçılar belə tədbirlərin tez-tez keçirilməsinin xalqlar arasında mədəni əlaqələrin və dostluğun möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri