Icma.az
close
up
RU
Estoniyada Azərbaycanın xalça dünyası

Estoniyada Azərbaycanın xalça dünyası

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Buta” Mədəniyyət Mərkəzi milli irsimizi dost xalqa tanıdır

Milli-mədəni dəyərlər hər bir xalqın tarixinin ən vacib göstəricisi və mənəvi sərvətidir. Bu irsi dünyanın müxtəlif yerlərində qürurla təmsil edən insanlar isə mədəniyyət səfirlərinə çevrilirlər. Onlardan biri də Estoniyada yaşayıb-yaradan mahir xalçaçı-rəssam, ustad sənətkar Rövşən Nurdur.

1978-ci ildə Mingəçevirdə anadan olmuş Rövşən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmiş, sonra isə Tallin İncəsənət Akademiyasında magistr təhsili almışdır. Soydaşımız 2004-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanı beynəlxalq sənət arenasında yüksək səviyyədə təmsil edən xalçaçı-rəssamın əsərləri ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Lüksemburq, Fransa, Monako, İsveç, Litva, İtaliya və İspaniyada sənət sərgilərində nümayiş etdirilmiş və şəxsi kolleksiyalarda yer almışdır. Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınmasında mühüm rol oynayan sənətkar beynəlxalq mükafatlara və bir sıra fəxri təltiflərə layiq görülmüşdür.

Həmyerlimizin xalça və rəsm əsərləri süjeti, estetik yanaşma və fərdi düşüncə tərzi ilə diqqəti cəlb edir. Əsərlərində isə doğma Bakı, respublikamızın bölgələri, milli atributları geniş və dolğun əks olunur. Eskizdən son ilməyə qədər bütün prosesi özü icra edən mahir toxucu Şərq fəlsəfəsini Qərb akademik dəqiqliyi ilə uğurla birləşdirir. Toxuduğu xalçalar, sadəcə, dekorativ sənət nümunəsi deyil, xalqımızın tarixini və milli kimliyini vizual yaddaşa çevirən məfkurəvi silsilədir.

Rövşən Nurla onlayn söhbət zamanı bu sənətin fəlsəfi dərinliyini, xalça toxumağın sirlərini və rəssamın milli mədəniyyətimizə sonsuz sevgisini öyrəndik.

– Sizin üçün xalçaçılıq nə deməkdir?Siz xalçanı həm dizayn edir, həm də toxuyursunuz. Bu iki prosesi necə uzlaşdırırsınız?

– Xalçaçılıq mənim üçün yalnız sənətdeyil, mədəniyyətimizin, tariximizin və ruhumuzun daşıyıcısıdır. Rəssam ideya verir, sənətin vizyonunu yaradır, toxucu isə o vizyonu ilmə-ilmə gerçəkləşdirərək ona ruh və həyat bəxş edir. Buna görə də mən bu iki mərhələni bir-birindən ayırmıram. Hər bir rəngin, hər bir ornamentin toxunma prosesini özüm hiss etmək istəyirəm. Xalça toxumaq mənim üçün bir növ ritualdır.

– Xalçalarınızda nar, çay dəstgahıkimi motivlər nəyi ifadə edir?

– Nar həyatın bolluğunu, çay dəstgahı isəmədəniyyətimizin incə ruhunu, xalqımızın səmimiyyətini və qonaqpərvərliyini göstərir. Mənim hədəfim, Azərbaycan mədəniyyətini təkcə naxışlarla deyil, hər kəsin anlaya biləcəyi bir hekayə kimi təqdim etməkdir. Bu, həm sənətimizin, həm də ölkəmizin təbliği üçün çox vacibdir.

– Xocalı, Qanlı Yanvar kimi milli faciələri və 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz Zəfəri vizual yaddaşa köçürmüsünüz. Sizin üçün ağrı və qürurun kətan və xalçada təsviri nə deməkdir?

– Bu sənətkarın tarixi missiyası, milliyaddaşın qorunmasıdır. Mən kətan üzərindəki hər fırça izində, xalçadakı hər ilmədə xalqımın ağrısını və gücünü nəsillərə çatdırmaq, bu hadisələri unutdurmamağa çalışıram. Bu, mənim Vətən qarşısındakı mənəvi borcumdur. Zəfərə həsr etdiyim xalçada isə hər ilmə qəhrəmanlıq, birlik və qayıdışa olan sarsılmaz inamı ehtiva edir. Bu, ağrıdan qürura doğru gedən tarixi bir yoldur. Xarici tamaşaçılar bu mövzularda Azərbaycanın haqq səsini və mübarizəsini daha aydın görürlər.

– Estoniya Respublikasının 100 illiyişərəfinə “Mənim yolum” sərgisinin təşkil olunması sizin yaradıcılığınızda xüsusi yer tutur. Həmin sərgidə Azərbaycan motivləri ilə yanaşı, Tallinə həsr etdiyiniz əsərlərin də nümayiş olunması sizi iki ölkənin sənətçisi kimi təqdim edib.

– Estoniyanın 100 illiyi münasibətiləkeçirilən sərgidə həm doğma Azərbaycanımın zəngin mədəniyyətini, həm də mənə ev sahibliyi edən Tallinin xoş ab-havasını bir araya gətirmişdim. Bu sərgi həm də iki ölkə arasında səmimi dostluq körpüsü olmuşdur. Bu, həm də mənim hər iki xalqa mənəvi borcumu ifadə edib.

– Siz minlərlə kilometr uzaqda millisənətimizi həm öyrədir, həm də təbliğ edirsiniz. Yaşadığınız şəhərdə xalçalarımıza olan maraq nədən qaynaqlanır?

– Bu, mənim üçün çox qürurverici vəruhlandırıcı bir hissdir. Tallindəki xalça məktəbimiz milli sənətimizi yaşadır. Burada təkcə gənc tələbələr deyil, müxtəlif peşə sahibləri və yaş qruplarından olan insanlar xalça sənətini böyük həvəslə öyrənirlər. Marağın qaynağı isə təkcə toxuma texnikası deyil. Estoniyalılar bizim xalçaların tarixi yaddaşını, rənglərin mənasını və ən əsası, hər naxışdakı mənəvi kodu öyrənmək istəyirlər. Mən onlara hər bir rəngin, hər bir simvolun Azərbaycan fəlsəfəsindəki dərin mənasını izah edirəm.

Şagirdlər öz əlləri ilə Azərbaycan naxışlarını toxuyanda, bizim mədəniyyətimizin dərinliyinə enmiş olurlar. Bu, Estoniya cəmiyyətində Azərbaycan sənətinə və qonaqpərvərliyinə səmimi bir heyranlıq yaradır.

Onu da qeyd edək ki, rəssam Rövşən Nurun fəaliyyəti təkcə fırça və ilmə ilə məhdudlaşmır. Onun milli mədəniyyətimizin təbliği missiyası Estoniyanın paytaxtında rəhbərlik etdiyi mərkəz vasitəsilə daha geniş əhatə tapır. Bu yaxınlarda onun rəhbərlik etdiyi “Buta” Azərbaycan Mədəniyyət Mərkəzində –“Azərbaycan çayı: adət-ənənələr və müasirlik” adlı tədbir keçirildi. Təşəbbüs yerli estoniyalı gənclər də daxil olmaqla, çoxsaylı qonağın böyük marağına səbəb oldu. Əsas məqsəd Azərbaycanın qonaqpərvərlik rəmzi olan çay mədəniyyətini Avropa auditoriyasına təqdim etmək idi.

Qonaqlara Lənkəran, Astara, Zaqatala bölgələrindən gətirilən müxtəlif çay növləri, onların dəmlənmə üsulları nümayiş etdirildi. Belə tədbirlər sənətlə yanaşı, mədəniyyətin incəliklərini gənclər arasında təbliğ edən və Azərbaycanı tanıdan ən uğurlu vasitədir.

Sənətkarlar Azərbaycan mədəniyyətinin canlı körpüsüdür. Onlar yalnız gözəllik yaratmır, həm də milli kimliyimizi və mədəni sərvətimizi dünyaya tanıdırlar.

Arzu ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri