Icma.az
close
up
RU
Ət BAHALAŞDI Növbə hansı ərzaq məhsullarındadır?

Ət BAHALAŞDI Növbə hansı ərzaq məhsullarındadır?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə ət və ət məhsullarının qiymətində demək olar ki, hər ay artım müşahidə olunur. Bu gün ət bazarında mal ətinin bir kiloqramı orta hesabla 16 manat 70 qəpiyə satılırsa, keçən il bu rəqəm 13 manat 70 qəpik olub. Həmçinin, quzu əti indi orta hesabla 21 manat 70 qəpiyə satılırsa, keçən il bu rəqəm 18 manat 70 qəpik təşkil edib.
Maraqlıdır, yerli bazarda başqa hansı məhsulları artım gözləyir?
 

MÖVZU İLƏ BAĞLI:
Ətin qiyməti 30 manata ÇATA BİLƏR – ARAŞDIRMA


İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, ət məhsullarının qiyməti təkcə Azərbaycanda deyil, qlobal səviyyədə artıb:
“2025-ci ilin iyun ayında Azərbaycanda illik ərzaq, içki və tütün məhsulları üzrə qiymət artımı 7% səviyyəsində idi. Bu da digər xidmət və mal qrupları ilə müqayisədə daha sürətli artım deməkdir.
İyun ayında düyü, kolbasa, balıq və dəniz məhsulları, günəbaxan və qarğıdalı yağı, limon kimi məhsullarda qiymət artımları müşahidə olunub.  Eyni zamanda, iyul ayında ərzaq məhsulları, içkilər və tütün məhsulları üzrə qiymətlər il üzrə 6.6% artıb.
ADB (Asiya İnkişaf Bankı) 2025-ci il üçün Azərbaycanda ümumi inflyasiyanın 4.2%, 2026-cı ildə isə 3.5% olacağını proqnozlaşdırır.
AMB (Azərbaycan Mərkəzi Bankı) 2025-ci ilin iyun hesabatında ilin əvvəlindəki qiymət artımlarının daha çox enerji və administrativ tariflərlə əlaqəli olduğunu qeyd edib. Buna baxmayaraq, "idxal inflyasiyası", yəni xarici bazarlardakı qiymət artımları da potensial risk olaraq qalır” .
O, qısamüddətli və yaxın perspektivdə aşağıdakı ərzaqların qiymətində artım ehtimalını yüksək dəyərləndirib:
“Bitki yağları, kartof, soğan, meyvə və digər tərəvəzlərin qiymət artımı müəyyən səbəblərdən dolayı dəyişə bilər. Daha sabit və ya aşağı qiymət prospekti olan sahələr isə əsasən taxıl və süd məhsullarıdır. Qlobal bazarda bu kateqoriyalarda gedən enişlər Azərbaycana da bir qədər təsir edə bilər.

Əks istiqamətdə gedən trendlər isə taxıl və süd məhsullarıdır.  Onlar bir qədər sabitlik göstərə bilər.


Ümumi inflyasiya proqnozları ilə yanaşı (4–7% arası ölkə üzrə) qlobal faktorlar (iqlim, idxal xərcləri, tariflər) yaxın aylarda ərzaq inflyasiyasına ciddi təsir göstərəcək”.
Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri