Icma.az
close
up
RU
Ət bahalaşır? Nə etdik ki, ucuzlaşsın?

Ət bahalaşır? Nə etdik ki, ucuzlaşsın?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-may aylarında Azərbaycana 19 min 935 ton ət idxal edilib. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə ətin dəyəri 41 milyon 132 min ABŞ dollar olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 min 242 ton (10,1 %), dəyər baxımından isə 7 milyon 320 min ABŞ dolları (15,1 %) azdır. 

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib. Qeyd edək ki, hazırda paytaxtda mal ətinin qiyməti 15-16 manat, qoyun ətinin qiyməti isə 18-20 manat arasında dəyişir. 

Bir müddət bundan öncə isə qonşu Gürcüstandan xırdabuynuzlu heyvanların ölkəmizə idxalının artdığı bildirilirdi. Hazırda ət idxalında ötən illə müqayisədə yaranan fərq əhalinin ət istehlakının azalması, yoxsa baha olması ilə bağlıdır? 
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, ölkədə ətə tələbatın bir qədər azaldığını güman edir: 

“Bu, onunla əlaqədar ola bilər ki, əhalinin bir qismi artıq ət ala bilmir. Yaxud əvvəllər həftədə 5-6 kiloqram ət alırdılarsa, indi 1 kiloqram ət alırlar. Yəni ödəniş imkanı zəiflədikcə, əhalinin gəlirləri azaldıqca, ətin qiyməti bahalaşdıqca, bu proses müşahidə oluna bilər. Ancaq məsələ ondadır ki, mən ət idxalının azalmasına inanmıram. Çünki ötən illə müqayisədə bu il ölkə daxilində ət istehsalı bir qədər də aşağı düşüb. 

Əvəzində idxal o kəsiri ödəməkdədir. İndiyədək diri çəkidə heyvanlar daha az gətirilirdi, ancaq indi Qazaxıstan və Gürcüstandan xırdabuynuzlu diri heyvanlar gətirirlər. Ətin ümumilikdə azalması ola bilər. Ancaq bu, idxalın azalmasına gətirib çıxara bilməz. Bu, ola bilsin ki, Gömrük Komitəsinin rəqəmidir. Göstərmək istəyirlər ki, ölkə daxilində ət istehsalı artdığı üçün idxal azalıb. 

Məntiqlə belə olmalıdır. Ancaq biz nə etmişik ki, ölkə daxilində ət istehsalı artıb? Yaxud ət istehsalı artıbsa, qiyməti gündən-günə niyə bahalaşıb? Bu sualların cavabı Dövlət Komitəsinin elan etdiyi rəqəmlə tərs mütənasibdir. Yəni uyğun gəlmir". 

O deyib ki, əvvəllər də belə amillər var idi:

"Bir tərəfdən deyirdilər ki, ölkə daxilində taxıl istehsalı artıb, digər tərəfdən də xaricdən taxılın idxalı artırdı. Yəni SOS siqnalları çalan rəqəmlər var, onların aşağı düşməsi hökumət üçün “plyusdur”, ancaq onu öz əməli ilə etməlidir ki, ət idxalının səviyyəsi aşağı düşsün. Bu il ət idxalı artıb ki, azalmayıb. Çünki ölkə daxilində ət istehsalı azalıb”. 

Ekspertin sözlərinə görə, ölkədə ətin baha olmasının səbəbi təklifin az olmasıdır: 

“Yəni tələb təklifi üstələyir. Əgər, məsələn, bazarda alma çoxdursa, onun qiyməti niyə bahalşamalıdır, əksinə ucuzlaşmalıdır. Bahalaşma qıtlıqla əlaqədardır. Qıtlıq da heyvanların maya dəyərinin baha başa gəlməsindəndir. Saxlanma şəraitinin məhdud olmasınsındır. Bunlar hamısı bazara, yerli ət istehsalına təsir edir. 

Bu gün örüşlərin hamısı zəbt olunub. Əhali meşə ərazilərindən otlaq kimi istifadə edir. Əslində bu da qanunla qadağandır.  Hazırda nə dövlət fondu, nə bələdiyyənin balansında olan örüşlərin heç biri heyvandarlıqla məşğul olan əhalinin öhdəsinə verilmir. Hamısı bölünüb. 

Bir tərəfdən bələdiyyələr sahibkarlara satıb, digər tərəfdən pambıq əkilir.  Hələ 10-15 il bundan əvvəl Beyləqan rayonunun Haramı düzündə 1000 hektarlarla otlaq sahəsi var idi. İndi orada 1 hektarda otlaq sahəsi qalmayıb. Hamısı müxtəlif məhsulların əkini üçün icarəyə verilib. 

Otlaqlar da məhdudlaşdığına görə heyvandarlıqla məşğul olmaq imkanı yoxdur. Ona görə də ət istehsalı azalıb. Bu da ətin gündən-günə bahalaşmasına gətirib çıxarır,, getdikcə də bahalaşacaq. Ümid yalnız işğaldan azad olunmuş ərazilərədir ki, heyvandarlığı inkişaf etdirmək olar. Həmin ərazilər də gərək minalardan təmizlənsin”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: ət bahalaşma Akif Nəsirli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri