Icma.az
close
up
RU
Ət bazarında böhran dərinləşir

Ət bazarında böhran dərinləşir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda ət bazarında qiymətlər yenidən artıb. Ötən həftədən paytaxtın bir çox bazar və qəssab dükanlarında mal ətinin qiyməti əhəmiyyətli dərəcədə artıb. Hazırda sümüklü mal ətinin kiloqramı 18 manata, sümüksüz ət isə 22 manata satılır. Qəssablar bu bahalaşmanı mal bazarlarının bağlanması və təchizat zəncirində yaranan fasilələrlə əlaqələndirirlər. Alıcılar isə artıq ətin qiymətini "fantastik həddə" yaxın adlandırırlar. İndi hamını düşündürən suallar var: bahalaşma nə qədər davam edəcək? Atılan addımlar qiymətləri sabitləşdirmək əvəzinə daha da artırmırmı? Ən əsası, qırmızı ət artıq sadə ailələrin süfrəsindən tamamilə çəkiləcəkmi?
Demokrat.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Qərarın verilməsində gecikmişik?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, ölkədə dabaq xəstəliyinin kütləvi yayılması fonunda ət bazarında bahalaşma qaçılmaz idi: "Əslində bazarların bağlanması və karantin tədbirləri xəstəliyin yayılma zəncirini qırmaq üçün əsas vasitədir. Dabaq xəstəliyinin inkubasiya dövrü təxminən 7-15 gündür, yəni bu zənciri qırmaq üçün 10-15 gün kifayətdir. Lakin görünür, bu istiqamətdə atılan addımlar bir qədər gecikib. Əgər bu proses oktyabrın 10-dan tətbiq olunsaydı, ayın 20-25-nə qədər vəziyyət sabitləşə, itkilər də xeyli azala bilərdi. Amma tədbirlər bir qədər gec başladı".
Ekspertin sözlərinə görə, hər bir qərarın həm müsbət, həm də mənfi tərəfi olur. Dabaq xəstəliyinə görə tətbiq olunan karantin də istisna deyil: "Bazarlar bağlandığı üçün fermerlər heyvan satmaqda çətinlik çəkirlər. Ət satışı ilə məşğul olan sahibkarlar məcbur olub qapı-qapı gəzərək heyvan alırlar. Bu da əlavə xərc yaradır və maya dəyərini artırır".
"Bahalaşma uzunmüddətli ola bilməz"
Akif Nəsirli hesab edir ki, bu bahalaşma uzunmüddətli ola bilməz: "Əgər bu vəziyyət uzansa, çox ciddi mənfi nəticələr ortaya çıxacaq. Çünki yerli ət bahalaşsa da, əhali ətsiz qalmır. Alternativ kimi idxal olunan dondurulmuş və ya təzə ətlər mövcuddur və onlar daha ucuzdur. Əhali bu məhsullara vərdiş etdikdən sonra, xüsusilə gəliri aşağı olan təbəqə yerli ətə geri dönməyəcək, idxal ətinin istehlakçısı kimi qalacaq. Bu isə yerli istehsalçıların və qəssabların müştəri itkisinə səbəb olacaq".
Ekspert əlavə edir ki, nəticədə bazarda iki əks istiqamətli təzyiq formalaşır: "Bir tərəfdən dabaq xəstəliyi səbəbindən istehsal azalır və bu, ətin qiymətinin artımına təzyiq yaradır. Digər tərəfdən isə idxal ətlərə tələbin artması və yerli müştərinin itirilməsi bazarda ucuzlaşma istiqamətində təzyiq yaradır. Hansı qüvvənin daha üstün gələcəyini isə zaman göstərəcək".
Bazarda gözəgörünməz qüvvə
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov dabaq xəstəliyi səbəbindən təkcə satışın dayanmadığını, alışın da azaldığını deyir. İnsanlar ət və süd məhsulları almaqdan çəkinirlər. Ekspertin sözlərinə görə, bu vəziyyətdə bahalaşma iqtisadi qanunlara ziddir, çünki normalda bir məhsula tələbat azalanda qiymət də enməlidir: "Bizdə isə əksinə baş verir. Azərbaycanda ət bazarını sanki gözəgörünməz bir qüvvə idarə edir. Bəzən heç bir əsas olmadan qiymətlər qalxır. Halbuki son vaxtlar ölkəyə xaricdən - Monqolustandan, Hindistandan, Rusiyadan çoxlu dondurulmuş ət idxal olunur. Bunlar keyfiyyətli məhsullardır. Belə olan halda, bazara ucuz ət daxil olanda qiymətlər düşməlidir, amma nədənsə enmir. Məsələn, bazarda kiloqramı 12 manata Monqolustan quzusu satılır, amma yerli quzu ətinin kiloqramının qiyməti 21-22 manatdan aşağı düşmür," - deyə Həsənov vurğulayır.
"Restoranlar Monqolustan quzusu alırlar"
Mütəxəssis hesab edir ki, əhali hələlik xaricdən idxal olunan ət məhsullarına etimad göstərmir: "Dondurulmuş ət yeməmək sadəcə stereotipdir. Əslində ölkədə ət istehlakı daha çox iaşə obyektlərində baş verir. Məsələn, bir qəssabxana sadə vətəndaşa gündə dörd quzu satırsa, bir restoran 20 quzu alır. Artıq bir çox restoranlar Monqolustan quzusu alır. Bu isə o deməkdir ki, yerli quzu satılmadığı üçün qiymət aşağı düşməlidir, amma bu baş vermir".
Ət bazarında böhran dərinləşir
Mircavid Həsənovun fikrincə, dabaq xəstəliyi ilə bağlı vəziyyət normallaşandan sonra qiymətlər tədricən ucuzlaşacaq: "Hazırda əksər təsərrüfatlarda xəstəlik var, satış azalıb. Amma bu, müvəqqəti haldır. Vəziyyət düzələndə qiymətlər də sabitləşəcək. Üstəlik, xaricdən ucuz ət idxalının təsiri özünü göstərəcək. Bu, bir növ Çin avtomobillərinin ölkəyə ilk gəlişinə bənzəyir. Əvvəllər hamı onları pisləyirdi, indi isə hər yerdə Çin maşınları satılır. Dondurulmuş ətlərə də zamanla etimad yaranacaq. Mən Monqolustandan gələn ətlərlə maraqlanmışam, çox keyfiyyətlidir, orqanikdir. Heyvanlar təbii şəraitdə yetişdirilir, heç bir qida əlavəsi istifadə olunmur", - deyə ekspert qeyd edir.
Həm xərclər, həm risklər artıb
İqtisadçı Xalid Kərimli vurğulayır ki, heyvanlarda yayılan xəstəlik səbəbindən bazarlara tətbiq edilən məhdudiyyətlər mal ətinin təklifini azaldır: "Bazar qanunlarına görə, təklif azaldıqda qiymətlər artır. Hazırkı məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldır və bu da qiymət artımına səbəb olur. Eyni zamanda, bu vəziyyət ənənəvi mal bazarlarının fəaliyyətinə mane olur və rəqabət mühitini dəyişir. Bu isə əlavə qiymətartırıcı amildir. Digər tərəfdən, alıcı davranışı da dəyişir. İnsanlar xəstəlik təhlükəsi səbəbindən bazarlardan çox, mağazalardan kəsilmiş ət almağa üstünlük verirlər. Mağazalara yönələn bu artan tələbat da qiymətləri yüksəldir. Nəticədə, mal ətinin bahalaşması balıq və toyuq ətinə olan tələbatı da artırır və bu, həmin məhsulların qiymətlərinə də təsirsiz ötüşmür".
Ekspertin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi birbaşa epidemiyanın gedişindən asılı olacaq: "Əgər xəstəlik qısa müddətdə nəzarət altına alınarsa, qiymətlər tədricən sabitləşə bilər. Amma xəstəlik uzun sürərsə, bu, ət bazarında daha uzunmüddətli bahalaşmaya gətirib çıxaracaq".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Noyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see337

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see223

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see205

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see199

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see199

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see196

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see186

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see183

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see174

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see173

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see171

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see158

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see155

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see154

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see151

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see148

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see147

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see147

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri