Icma.az
close
up
RU
Ət bazarında böhran: Qiymətlər sürətlə qalxır

Ət bazarında böhran: Qiymətlər sürətlə qalxır

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda ət bazarında qiymətlər yenidən artıb. Ötən həftədən paytaxtın bir çox bazar və qəssab dükanlarında mal ətinin qiyməti əhəmiyyətli dərəcədə artıb. Hazırda sümüklü mal ətinin kiloqramı 18 manata, sümüksüz ət isə 22 manata satılır. Qəssablar bu bahalaşmanı mal bazarlarının bağlanması və təchizat zəncirində yaranan fasilələrlə əlaqələndirirlər. Alıcılar isə artıq ətin qiymətini "fantastik həddə” yaxın adlandırırlar. İndi hamını düşündürən suallar var: bahalaşma nə qədər davam edəcək? Atılan addımlar qiymətləri sabitləşdirmək əvəzinə daha da artırmırmı? Ən əsası, qırmızı ət artıq sadə ailələrin süfrəsindən tamamilə çəkiləcəkmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, ölkədə dabaq xəstəliyinin kütləvi yayılması fonunda ət bazarında bahalaşma qaçılmaz idi: "Əslində bazarların bağlanması və karantin tədbirləri xəstəliyin yayılma zəncirini qırmaq üçün əsas vasitədir. Dabaq xəstəliyinin inkubasiya dövrü təxminən 7–15 gündür, yəni bu zənciri qırmaq üçün 10–15 gün kifayətdir. Lakin görünür, bu istiqamətdə atılan addımlar bir qədər gecikib. Əgər bu proses oktyabrın 10-dan tətbiq olunsaydı, ayın 20–25-nə qədər vəziyyət sabitləşə, itkilər də xeyli azala bilərdi. Amma tədbirlər bir qədər gec başladı”.

Ekspertin sözlərinə görə, hər bir qərarın həm müsbət, həm də mənfi tərəfi olur. Dabaq xəstəliyinə görə tətbiq olunan karantin də istisna deyil: "Bazarlar bağlandığı üçün fermerlər heyvan satmaqda çətinlik çəkirlər. Ət satışı ilə məşğul olan sahibkarlar məcbur olub qapı-qapı gəzərək heyvan alırlar. Bu da əlavə xərc yaradır və maya dəyərini artırır”.

Akif Nəsirli hesab edir ki, bu bahalaşma uzunmüddətli ola bilməz: "Əgər bu vəziyyət uzansa, çox ciddi mənfi nəticələr ortaya çıxacaq. Çünki yerli ət bahalaşsa da, əhali ətsiz qalmır. Alternativ kimi idxal olunan dondurulmuş və ya təzə ətlər mövcuddur və onlar daha ucuzdur. Əhali bu məhsullara vərdiş etdikdən sonra, xüsusilə gəliri aşağı olan təbəqə yerli ətə geri dönməyəcək, idxal ətinin istehlakçısı kimi qalacaq. Bu isə yerli istehsalçıların və qəssabların müştəri itkisinə səbəb olacaq”.

Ekspert əlavə edir ki, nəticədə bazarda iki əks istiqamətli təzyiq formalaşır: "Bir tərəfdən dabaq xəstəliyi səbəbindən istehsal azalır və bu, ətin qiymətinin artımına təzyiq yaradır. Digər tərəfdən isə idxal ətlərə tələbin artması və yerli müştərinin itirilməsi bazarda ucuzlaşma istiqamətində təzyiq yaradır. Hansı qüvvənin daha üstün gələcəyini isə zaman göstərəcək”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov dabaq xəstəliyi səbəbindən təkcə satışın dayanmadığını, alışın da azaldığını deyir. İnsanlar ət və süd məhsulları almaqdan çəkinirlər. 

Ekspertin sözlərinə görə, bu vəziyyətdə bahalaşma iqtisadi qanunlara ziddir, çünki normalda bir məhsula tələbat azalanda qiymət də enməlidir: "Bizdə isə əksinə baş verir. Azərbaycanda ət bazarını sanki gözəgörünməz bir qüvvə idarə edir. Bəzən heç bir əsas olmadan qiymətlər qalxır. Halbuki son vaxtlar ölkəyə xaricdən - Monqolustandan, Hindistandan, Rusiyadan çoxlu dondurulmuş ət idxal olunur. Bunlar keyfiyyətli məhsullardır. Belə olan halda, bazara ucuz ət daxil olanda qiymətlər düşməlidir, amma nədənsə enmir. Məsələn, bazarda kiloqramı 12 manata Monqolustan quzusu satılır, amma yerli quzu ətinin kiloqramının qiyməti 21–22 manatdan aşağı düşmür,” – deyə Həsənov vurğulayır.

Mütəxəssis hesab edir ki, əhali hələlik xaricdən idxal olunan ət məhsullarına etimad göstərmir: "Dondurulmuş ət yeməmək sadəcə stereotipdir. Əslində ölkədə ət istehlakı daha çox iaşə obyektlərində baş verir. Məsələn, bir qəssabxana sadə vətəndaşa gündə dörd quzu satırsa, bir restoran 20 quzu alır. Artıq bir çox restoranlar Monqolustan quzusu alır. Bu isə o deməkdir ki, yerli quzu satılmadığı üçün qiymət aşağı düşməlidir, amma bu baş vermir”.

Mircavid Həsənovun fikrincə, dabaq xəstəliyi ilə bağlı vəziyyət normallaşandan sonra qiymətlər tədricən ucuzlaşacaq: "Hazırda əksər təsərrüfatlarda xəstəlik var, satış azalıb. Amma bu, müvəqqəti haldır. Vəziyyət düzələndə qiymətlər də sabitləşəcək. Üstəlik, xaricdən ucuz ət idxalının təsiri özünü göstərəcək. Bu, bir növ Çin avtomobillərinin ölkəyə ilk gəlişinə bənzəyir. Əvvəllər hamı onları pisləyirdi, indi isə hər yerdə Çin maşınları satılır. Dondurulmuş ətlərə də zamanla etimad yaranacaq. Mən Monqolustandan gələn ətlərlə maraqlanmışam, çox keyfiyyətlidir, orqanikdir. Heyvanlar təbii şəraitdə yetişdirilir, heç bir qida əlavəsi istifadə olunmur”.

İqtisadçı Xalid Kərimli vurğulayır ki, heyvanlarda yayılan xəstəlik səbəbindən bazarlara tətbiq edilən məhdudiyyətlər mal ətinin təklifini azaldır: "Bazar qanunlarına görə, təklif azaldıqda qiymətlər artır. Hazırkı məhdudiyyətlər bazara çıxarılan heyvan sayını azaldır və bu da qiymət artımına səbəb olur. Eyni zamanda, bu vəziyyət ənənəvi mal bazarlarının fəaliyyətinə mane olur və rəqabət mühitini dəyişir. Bu isə əlavə qiymətartırıcı amildir. Digər tərəfdən, alıcı davranışı da dəyişir. İnsanlar xəstəlik təhlükəsi səbəbindən bazarlardan çox, mağazalardan kəsilmiş ət almağa üstünlük verirlər. Mağazalara yönələn bu artan tələbat da qiymətləri yüksəldir. Nəticədə, mal ətinin bahalaşması balıq və toyuq ətinə olan tələbatı da artırır və bu, həmin məhsulların qiymətlərinə də təsirsiz ötüşmür”.

Ekspertin sözlərinə görə, qiymət artımının nə qədər davam edəcəyi birbaşa epidemiyanın gedişindən asılı olacaq: "Əgər xəstəlik qısa müddətdə nəzarət altına alınarsa, qiymətlər tədricən sabitləşə bilər. Amma xəstəlik uzun sürərsə, bu, ət bazarında daha uzunmüddətli bahalaşmaya gətirib çıxaracaq”.

Mənbə: "Kaspi" qəzeti


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri