Icma.az
close
up
RU
Ölkədə ət bazarında böhran Qiymətlər bahalaşır?

Ölkədə ət bazarında böhran Qiymətlər bahalaşır?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

⁠2025-ci ilin əvvəlinə olan məlumata görə, son bir ildə Azərbaycanda 44 min 700 baş iribuynuzlu, 965 min 800 baş xırdabuynuzlu heyvan azalıb. Bu isə ölkədə ət tələbatının daxili istehsalla tam ödənilməsinə mane olub. Nəticədə mart-aprel aylarında ət idxalının həcmi təxminən iki dəfə artıb. Bildirilir ki, bu tendensiya davamlı olarsa, qiymət artımı qaçılmaz olacaq.

Heyvan sayındakı kəskin azalmanın səbəbləri nələrdir? Ətin qiyməti bahalaşacaqmı?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli deyib ki, son 3-4 ildə ölkədə yem bazasının qiyməti kəskin bahalaşıb:

“Heyvandarlıq təsərrüfatları rentabelli olmadığı üçün əsasən, damazlıq heyvanlar kəsimə göndərilir. Belə davam edərsə, 2-3 il sonra heyvan sayı azalacaq, idxal artacaq. Ölkədə xırdabuynuzlu heyvanlar daha çox otlaq ərazilərdə, açıq yemləmə şəraitində saxlanılır. Örüş sahələrində otun yetərsiz olması, iqlim dəyişikliyi və idarəetmədəki problemlər səbəbindən qışda heyvanlar yarıqapalı və ya tam qapalı şəraitdə yemlənir. Bu da ətin istehsal xərclərini artırır və təsərrüfatlar gəlir gətirmədiyi üçün xırdabuynuzlu damazlıq heyvanlar da kəsilir. Hazırkı statistik göstəricilərin səbəbləri də bunlardır. Fikrimcə, həm iri, həm də xırdabuynuzlu heyvanların örüş, otlaq, yaylaq və qışlaq məsələlərinin həlli barədə köklü iş aparılmalıdır”.

Cəfər İbrahimli

Ekspert xatırladıb ki, dövlət 15 ilə yaxındır, damazlıq heyvanların idxalına subsidiyalar verir:

“Məqsəd heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsidir. Lakin nəticə arzuolunan səviyyədə deyil. Qiymətin bahalaşmasına gəldikdə isə, bunun olacağını düşünümürəm. Vətəndaşlar yerli ətə üstünlük verirlər. İdxal olunan ətin daha ucuz olması qiymətlərin sabit qalmasını təmin edir.  Ümumilikdə, son 2-3 ildə qiymətlərin kifayət qədər artığını nəzərə alsaq, cari ildə sabit qalacağı gözlənilir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri