Icma.az
close
up
RU
Ət məhsullarının istehlak hesabatı hazırlanır: Mərkəzi Afrika Respublikasında bizdən daha çox ət yeyirlər

Ət məhsullarının istehlak hesabatı hazırlanır: Mərkəzi Afrika Respublikasında bizdən daha çox ət yeyirlər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Əhalinin əməkqabiliyyətli hissəsi üçün məhsulların norma cədvəlinə baxanda məntiqəuyğun görünməyən çox məqam gözə dəyir. Əksər göstəricilər çox şişirdilib, bizim ölkədə insanlar özünə o qədər ərzağı rəva görə bilmir. Yəni əhalinin həmin səviyyədə qidalanmağa gücü çatmır. Bəzi göstəricilər isə çox gülməli görünür. Məsələn, yumurta sayı. Elə əməkqabiliyyətli bir nəfər üçün ət və ət məhsullarının norması da xeyli mübahisəlidir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda əhalinin əməkqabiliyyətli kəsimi üçün ət və ət məhsullarının illik norması 32,9 kiloqramdır. Orta hesabla gündə 90 qram ət yeyilməsindən danışılır. Üstəlik, rəsmi statistika deyir ki, əhali normadan daha çox ət yeyir. Guya illik göstərici 34 kiloqramı keçir. Bu göstəricinin heç inandırıcı görünməməsi bir yana, norma da çox aşağıdır. Ölkələrin yarıdan çoxunda insanlar daha çox ət və ət məhsulları qəbul edir.

Hər il ət məhsullarının qəbulu ilə bağlı hesabat hazırlanır. Bütün ölkələrin rəsmi səviyyədə açıqladığı göstəricilər burada əksini tapır. Azərbaycan ət və ət məhsullarının qəbuluna görə dünyada 102-ci yerdədir. Təsəvvür olunmayacaq dərəcədə rüsvayçı göstəricidir. Deməli, Azərbaycanda insanlar düşündüyümüzdən dəfələrlə pis qidalanırmış.

Sıralamada bizdən qabaqdakı beş pilləni Vanuatu, İran, Mərkəzi Afrika Respublikası, Mərakeş və Özbəkistan tutur. Necə aciz duruma düşmüşük! Bir müddət əvvəl dünyanın ən kasıb dövlətlərindən sayılan Mərkəzi Afrika Respublikasında belə bizdən çox ət yeməyə başlayıblar.

Siyahıya Honkonq başçılıq edir. Burada əhalinin illik norması 137 kiloqramdır. ABŞ və Avstraliya da ilk üçlükdə yer alıb. Nə qədər qəribə görünsə də, son illər yüksək inflyasiya qeydə alınan Argentinada illik norma 109,39 kiloqramdır. Yeni Zelandiya və İspaniya da liderlər qrupundadır.

Son illər ölkədə ərzaq qiymətləri çox yüksəlib. Marketlərdə gördüyümüz endirimlərin əksərinə güvənmək olmur. Ehtimal var ki, insanlara daha çox vaxtı keçmiş məhsulları ucuz satırlar. Ölkədə insanlar çox pis qidalanır. Ət və ət məhsulları ilə bağlı statistika da elə bundan danışır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri