Bu yerlərdən Azərbaycana ət və ət məhsullarının idxalı məhdudlaşdırılıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Andorra Knyazlığının Sant Julia de Loria inzibati ərazi vahidində iribuynuzlu heyvanlarda epizootik hemorragiya xəstəliyi, Albaniya Respublikasının Berat bölgəsində xırdabuynuzlu heyvanların taunu, Kanadanın Britaniya Kolumbiyası əyalətində isə quşlarda Nyukasl xəstəliyi qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri gövşəyən heyvanların və onlara aid genetik materialların, diri ev və vəhşi xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı, həmçinin tranziti ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Baxış sayı:118
Bu xəbər 18 İyun 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















