Icma.az
close
up
RU
Ət yemə, qocalma... FELYETON

Ət yemə, qocalma... FELYETON

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yüz ildir ki, tibb də, təbabət də deyir və təsdiq edir ki, ət insanı qocaldır. Çox təəssüf ki, biz də ət sevənik. Odur ki, nə tibbə, nə də təbabətə məhəl qoyuruq. Bildiyimiz biləyimizdəcə, öz yolumuzla gedirik, elə ki, əlimizə pul keçdi, ilk düşündüyümüz ət olur, ala bilsək də, bilməsək də. Hələ aramızda elələri var ki, içində ət olmayan yeməyi yemir. Deyir ki, bundan yemək çıxmaz. Soruşanda da ki, nə üçün? Deyir ki, içində qırmızı şey olmayan yemək deyil.

Ölkəmizdə də nə qədər desən, toyuq, ət alverçisi var. Nə yaxşı da ki, var. Belə baxanda, onlar bizi özümüzdən çox istəyir. Sağlamlığımızın da qeydinə qalırlar, sağ olsunlar. Ətin, toyuğun qiymətini özləri istəməyərək, bizə xətir hərdən çox azca qaldırırlar ki, bəlkə pul tapıb ala bilməyək. Görürlər ki, yox, bu, camaata kar etmir. Elə yenə də əllərinə pul düşdümü, “ziyandır”,- bilmir, ət, toyuqdur ki, daşıyırlar. Belə olanda yenə bizə xətir qiyməti bircə damcı da qaldırırlar.

Bir də görürsən ki, camaat “bahadır”,-deyib ətə deyil, toyuğa meyl edir. Belə olanda bizi düşünənlər başlayır toyuğu broylerin gücləndirilmiş rejimdə istehsalına. Maşallah, elə işləyirlər ki, 3 günə 1-2 kiloqramlıq toyuq hazır olur, mağaza-marketlər də ağzınadək dolu olur. Al, ye...

Hərdən, sağ olsunlar, qırmızı ət xəstələrinə yazıqları da gəlir. Bunun üçün haralara üz tuturlar, Allah bilir. Bir də baxırsan ki, marketlər doldu şaqqa-şaqqa ətlərlə. Camaat əziyyət çəkib nə bu ətləri kəsəni, nə harada kəsildiyini görür.

Niyə də görməlidir ki? Yox, hələ işini gücünü burax, bununla da maraqlan. Sənin ki, bu qayğını çəkənlər var, sağ olsunlar, gedib danışır, kəsdirib gətirir, doğrayıb yığırlar ora, sən də rahat al, ye də.

Ancaq çox təəssüf ki, bizim bu camaat sən deyən qədirbilən deyil ha... Yazıq alverçilər gedib o qədər əziyyət çəkib gətirib sizə su qiymətinə ət, toyuq verməyəcək ki. Elə hey eşidirsən ki, camaat narazıdır. Nədən? Qiymətlərdən. Deyirlər ki, ətlə toyuğun qiyməti hər gün qalxır.

Harada qalxdı axı? Hərdən 1-2 manata qiymət qalxması deyirsiniz? Niyə bu nə qədər artımdır ki, dilə alıb danışırsınız.

Hələ bu azmış kimi, toyuq yetişdirəni, ət gətirəni və satanı möhtəkir də adlandırırsınız. Əşi, bu insanlar sizi düşünür axı. Azacıq artım da hərdən ona görə olur ki, sizlər arada kartof, lobya, badımcan, əriştə, yarma, vermişel də yeyəsiniz. Yoxsa, nə qədər toyuq, ət yemək olar.

Camaat sizdən yana narahatdır ki, qocalmayasınız, həmişə gənclik təravəti üzünüzdə olsun, vaxtından əvvəl üz-üzünüz, əlləriniz qırışmasın, siz də sizi düşünənlərin adını möhtəkir qoyur, bu cüzi artımlar üçün səhərdən axşama deyinirsiniz.

Vallah, xətriniz qalsa da deyəcəyəm, qədirbilən deyilsiniz. Sizi düşünənlərin qədrini bilmədikcə, Allah sizə heç pul da yetirməyəcək ki, ət alıb yeyə biləsiniz. Bir gün o möhtəkir adlandırdıqlarınız sizdən elə inciyəcək ki, qiyməti qaldırıb qoyacaq ceyranın belinə, onda marketlərdə ətə yalnız şüşənin arxasından baxa-baxa qalacaqsınız... Onda ağlınız başınıza gələcək.

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri