Icma.az
close
up
RU
Bəyin oğurlanması FELYETON

Bəyin oğurlanması FELYETON

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

Pandemiya dövründəki toy mərasimləri tamam biabırçılıq idi - yəni, 100 nəfərlə zadla sadə və abırlı toy mərasimi keçirmək- böyük dilxorçuluq idi. Ayə, toya ki, keçmişdə avtobusda təsadüfən eyni "sideniyada" yanaşı oturduğun adamlar da daxil olmaqla 500 nəfər çağırmadınsa, stolun üstünə 42 cür salat, 14 cür yemək, 18 növ içki, 9 növ meyvə, 7 növ çərəz düzmədinsə, salonda zəhərli fişənglər yandırıb camaatın ciyərlərini çezdirmədinsə, musiqini "polnu xod" qoyub iştirakçılara akustik terror edib beyin hüceyrələrini öldürmədinsə, bambılı müğənnilərə biarbırçı küçə mahnıları oxutmadınsa, adam yanında oturana bir kısmat söz demək üçün var gücü ilə bağırmadısa, içib "piyan" olanlar "açarı itirib" ortalıqda cürbəcür biabırçılıqlar çıxarmadısa, işıqları söndürdən sonra neqrlərin ən biabırçı küçə sözləri işlədərək bağırdığı mahnılara qızlar arvadlar ortalıqda erotik hərəkətlərlən müşayiyəti ilə atlanıb düşmədisə, sonra qeyrətə gəlmiş qaqaşın onun bacısı və arvadının qarşısında hoqqa çıxaran oğlanı bayıra çağırıb "razborkaya" çəkmədisə və sonda bıçaqlaşma olmadısa, 47 cür yeməyi, içməyi qatıb mədəni dəlixanaya döndərmədinsə, 75 manatlıq yemək yeyib 50 manat yazılmadınsa, yeni qurulan ailə sələmə düşmədisə, bəzi "məllimlər" bu biabırçılıqdan xeylax pul qazanmadısa, adamlar köhnə salatdan zəhərlənmədisə, israfçılıq və görməmişlik son həddə çatmadısa, arvadlar 10 barmağın 8-nə brilyant qaşlı bahalı qızıl üzüklər, boğazına barmaq yoğunluqda qızıl sep taxıb digərlərinin gözünə soxmadısa, ofisiantın cibinə 5 manat qoyub pərvanə kimi başına fırlatmadınsa, müxtəlif saqqal daraqlarına və hoqqabazlıqlara çoxlu xərc çəkmədinsə, fotoqraf sənə 30 qəpiklik şəkilləri 3 manatdan soxuşdurmadısa, 25 manat dəyəri olan toy albomuna 500 manat vermədinsə, gəlini gündəlik icarəsi 500 manat olan dağ-dərə, bataqlıq üçün nəzərdə tutulmuş yekə "vnedorojnik" maşında aparmadınsa, gəlini "gözəllik" salonunda kimyəvi kuklaya oxşadıb 800 manatını almadılarsa, gəlin paltarının bir günlük icarəsinə 1000-2000 manat ödəmədinsə... axırda da boşanmadınsa... bu toyun nə ləzzəti oldu?
Hətta həddən artıq xərc çəkib, toydan yığılan pulla restoranın ödənişini verə bilməyəndə bəylə gəlini girov götürmədilərsə, bunun nə ləzzəti oldu? Əgər bəy bu biabrçılıqlardan sonra özünün oğurlanmasını arzulamadısa, bunun nə marağı oldu?
"Tak çto", təklif edirəm ki, növbəti pandemiya vaxtı toyların bildiyimiz kimi keçirilməsinə qadağa qoyulmasın. Bu sahədə bizim analoqumuz yoxdur, dünyaya baxmayın, onların hamısının başı xarab olub. Biz hamısından daha çox "müasirləşmişik", öz milli mənəvi dəyərlərimizə, mədəniyyətimizə, ənələlərimizə tüpürərək belə müasir toylar keçirməkdən əl çəkəsi deyilik. Çox da ki dəbdəbəli toyların 90 faizi boşanma ilə nəticələnir, sadə toyların isə 90 faizi uzunömürlü ailə olur, bu boş şeydir, əsas ailə deyil, mənəvi dəyərlər deyil, əsas olan dəbdəbədir, özünü hamıya göstərməkdir, qonşudan dala qalmamaqdır. Yoxsa, durub dünyanın mədəni xalqları kimi sadə və mədəni toy keçirsək, adama nə deyərlər?
Sözüm ondadır ki, çox da şey eləməyin, "müasirləşməkdə" davam edin. Harada qırılar, qırılar...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri