Icma.az
close
up
RU
Başsız atlı... FELYETON

Başsız atlı... FELYETON

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İşə gəlirəm, metrodayam, eskalatorla aşağı enirəm. Baxıram ey, qarşımda iki nəfər dayanıb, amma bunlardan birinin başı yoxdur. Maraq məni götürür. Hanı bunun başı? İşə düşmədik? Çantamı açıram, eynəyimi çıxarıram, sonra eynək siləni çıxarıram, eynəyi silirəm, qoyuram gözümə, baxıram ki, hə, qarşıda iki adam var, birinin başı o birinin sinəsindədir...

***

Axşamçağı işdən çıxıb gedirəm evə tərəf. Baxıram ki, qarşıda, parkın yanında, ağacın altında iki nəfər dayanıb. Yenə bunlardan birinin başı yoxdur. Bismillahir-rəhmanir-rəhim, niyə bu başsız adamlar mənim gözümə görünür? Əcəba, içimə cin-şeytan giribmi? “Allah, özün kömək ol”,- deyirəm və başlayıram “Ayətül-kürsü” oxumağa. Yaxınlaşanda görürəm ki, yox, cin-şeytan, film məsələsi deyil, həqiqətən də burada iki nəfər dayanıb, sadəcə birinin başı o birinin qoynundadır, mən görməmişəm...

***

Hərdən yazı yazmaqdan ta başım xarab olur. Xarab olmasın, nə etsin axı. 30 ildir, yazıram. Mətləbə gəlim, hə, deyirəm buradan keçim dənizkənarı parka, bir az hava vursun məni, beynim açılsın. Gedirəm, baxıram ki, sahilboyu adamlar oturub dənizə tamaşa edirlər. Kor deyiləm, uzaqdan olsa da, aradabir görürəm ki, orda-burda iki nəfər əyləşib, amma bəs bunların başı birdir axı. Yaxınlaşıram, görürəm ki, doğru görürmüşəm, burada əyləşən iki nəfərdir, lakin o birinin başı bu birinin qucağındadır.

Burada başsız adamları xeyli görürəm. O başda, bu başda, sahildə, skamyalarda, ağacların altında. Gördükcə də başlarının olduğunu, amma bu başların hərəsinin bir yerdə dayandığını da görürəm.

***

O günləri də marşrut avtobusdayam. Arxada oturmuşam. Gördüm qarşı tərəfdə bir yer boşalıb, qalxdım, gəldim ki, orada rahat əyləşim. Gələndə nə görsəm yaxşıdır, yer boş deyil, doludur. Mən arxadan görə bilməmişəm, çünki başlardan biri yenə yox idi. Yanındakının çiynində imiş. Mən qayıdıb yerimdə oturanadək biri də gəlib əyləşib yerimdə. Dedim, lənət sənə kor şeytan...

***

Keçən həftə də küçə ilə gedirəm. Qarşıda məndən bir az aralıda yenə də təxmin edirəm ki, bir nəfər deyil, iki nəfər gedir. Kor deyiləm, yaxınlaşdıqca, baxıram ki, axı bunun birinin başı yoxdur. Bir az da yaxınlaşıb yanlarından keçəndə görürəm ki, varmış, amma o birinin sinəsindəymiş. Deyirəm, bu vəziyyətdə necə də yeriyə bilirlər bu bəxtəvərlər...

Nə isə, “Başsız atlı” filminə yeniyetmə olarkən baxmışdım. Film məndə böyük travma yaratmışdı. Deyirəm, bəlkə bu səbəbdəndir ki, iki bədəni bir baş görəndə çox insandan fərqli qarşılayıram. Yoxsa, deyə bilərsiniz ki, burada nə var ki?.. Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 İyun 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see655

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see357

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see241

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see224

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see223

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see222

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see220

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see218

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see215

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə Azərbaycan Universitetində olub

01 Oktyabr 2026 10:41see189

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see188

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see180

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see178

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see175

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see172

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see162

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see160

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see160

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri