Icma.az
close
up
RU
Ət yeyən qadının 9 qabırğası SINDI

Ət yeyən qadının 9 qabırğası SINDI

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avstraliyada bir qadın steyk parçasına boğulduqdan sonra ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, "People" nəşrinin məlumatına görə, hadisə nəticəsində qadının 9 qabırğası sınıb.

Məlumata görə, Kerolin Kresvell steyk yeyərkən qəfil boğulmağa başlayıb. Onun həyat yoldaşı Pit ilk yardım göstərməyə və Heimliх (Heimlich) manevrini tətbiq etməyə çalışsa da, qadın huşunu itirərək yıxılıb və baş nahiyəsindən xəsarət alıb. Təcili tibbi yardım gələnə qədər ər-arvadın ətrafında olan qonaqlar təxminən 30 dəqiqə ərzində ona ürək–ağciyər reanimasiyası (SÜR) həyata keçiriblər.

Hadisə yerinə dörd təcili yardım briqadası cəlb olunub. Həkimlər xüsusi tibbi alətlərin köməyi ilə boğaza ilişən qida parçasını çıxardıqdan sonra qadını xəstəxanaya çatdırıblar. Kresvell bir həftə reanimasiya və travmatologiya şöbələrində müalicə alıb.

Həkimlərin verdiyi məlumata görə, qadına beyin silkələnməsi, baş nahiyəsində kəsik, döş sümüyünün sınığı və doqquz qabırğa sınığı diaqnozu qoyulub. Qabırğa sınıqları intensiv reanimasiya tədbirləri zamanı yaranıb. Kerolin Kresvell bildirib ki, məhz bu reanimasiya tədbirləri onun həyatını xilas edib.

Qadın tibbi heyətə və təcili yardım xidmətlərinə təşəkkür edib, həmçinin ilk yardım bacarıqlarının vacibliyini vurğulayıb. O qeyd edib ki, həyat yoldaşı əvvəllər müvafiq təlim keçib və bu da onun həyatını xilas edən əsas amillərdən biri olub.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri