Icma.az
close
up
RU
ƏT YEYƏNLƏRƏ PİS XƏBƏR: 1 milyon insan...

ƏT YEYƏNLƏRƏ PİS XƏBƏR: 1 milyon insan...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qırmızı və emal olunmuş ətin istehlakının məhdudlaşdırılması ölüm riskinin cüzi azalması ilə əlaqəli ola bilər. 

Bakıvaxtı.az xəbər verir ki, tədqiqatın nəticələri “Current Developments in Nutrition” jurnalında dərc olunub.

Bununla belə, ətin yalnız ağ ətlə əvəzlənməsi və ya pəhrizdən tamamilə çıxarılması ömür uzunluğu ilə eyni dərəcədə əhəmiyyətli əlaqə göstərməyib.

Alimlər Amerika Xərçəng Cəmiyyətinin maliyyələşdirdiyi genişmiqyaslı araşdırmada iştirak edən təxminən 1 milyon insanın məlumatlarını təhlil ediblər. İştirakçılar 1982-ci ildə qidalanma və həyat tərzi ilə bağlı sorğunu cavablandırıblar və orta hesabla 27,5 il ərzində izləniliblər. Bu müddətdə təxminən 626 min ölüm qeydə alınıb.

İştirakçılar qırmızı və emal olunmuş ət istehlakının səviyyəsinə görə yüksək, orta və aşağı istehlak qruplarına bölünüb. Yalnız ağ ət, o cümlədən quş əti və balıq istehlak edənlər, həmçinin ət yeməyən və vegetarian iştirakçılar ayrıca qiymətləndirilib.

Yaş, cins, siqaret çəkmə, spirtli içki qəbulu, bədən çəkisi və digər sağlamlıq amilləri nəzərə alındıqdan sonra qırmızı və emal olunmuş ətin az istehlakı araşdırılan ölüm göstəriciləri ilə statistik baxımdan əhəmiyyətli əlaqə göstərən əsas kateqoriya olub.

Yüksək ət istehlakı ilə müqayisədə qırmızı və emal olunmuş ətin az yeyilməsi bütün səbəblərdən, ürək-damar xəstəliklərindən, xərçəngdən və insultdan ölüm riskinin daha aşağı olması ilə əlaqələndirilib. İnsultdan ölüm riskində azalma təxminən 4 faiz təşkil edib.

Nəticələr bəzi qruplarda daha nəzərəçarpacaq olub. Məsələn, kişilər arasında yalnız ağ ət istehlakı bütün səbəblərdən ölüm hallarının 7 faiz azalması ilə əlaqələndirilib. Normal çəkili iştirakçılarda bu göstərici 5 faiz olub. 80 yaş və yuxarı şəxslərdə isə ən yüksək qırmızı və emal olunmuş ət istehlak edənlərlə müqayisədə risk 6 faiz aşağı olub.

Xərçəngdən ölüm halları üzrə qırmızı və emal olunmuş ətin az istehlakı müxtəlif yaş və digər alt qruplarında riskin təxminən 2-5 faiz azalması ilə əlaqələndirilib. 80 yaş və yuxarı şəxslər arasında yalnız ağ ət istehlakı xərçəngdən ölüm riskinin 9 faiz azalması ilə əlaqəli olub.

Vegetarian pəhrizlə bağlı nəticələr isə daha qeyri-müəyyən olub. Ümumi qrupda ətdən tamamilə imtina ölüm riskinin ardıcıl şəkildə azalması ilə əlaqələndirilməyib. Əhəmiyyətli azalma yalnız 50-64 yaş aralığındakı iştirakçılar arasında – təxminən 6 faiz – müşahidə olunub.

Tədqiqat müəllifləri vurğulayıblar ki, əldə edilən nəticələr ət istehlakı ilə ömür uzunluğu arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.

Araşdırmanın əsas məhdudiyyətləri arasında iştirakçıların qidalanmasının yalnız bir dəfə – 1982-ci ildə qiymətləndirilməsi, pəhriz məlumatlarının kifayət qədər ümumi olması və tamamilə ətdən imtina edən və ya yalnız ağ ət istehlak edən iştirakçıların sayının az olması göstərilib. 

Günəş Mərd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see598

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see422

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see306

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see294

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see285

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see272

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see262

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see262

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see259

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see241

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see235

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see212

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see205

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see204

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see199

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see190

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see184

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see183

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri