Ət yeyənlərin damarları niyə tez tutulur? SƏBƏB
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Bioloqlar qırmızı və qızartma ət çox yeyənlənlərin daha çox aterosklerozdan- damar tıxanmasından əziyyət çəkdiyini bildirir. Onlar yeni elmi tədqiqatda bunu niyə baş verdiyini araşdırıb.
Nature Microbiology dərgisində dərc edilən elmi məqalədə ət qidalarından bağırsaqda Emergencia timonensis bakteriyasının çoxaldığı bildirilir.
Bu bakteriyaların sintez etdiyi maddə, belə deyək bakteriya qalıqları damar divarlarında pıtraqlar yaradır.
Bu səbəbdən xolesterin də yüksəlir, damarların içində kalsiy yığılır və getdikcə damarlar daralır.
Klivlend klinikasının professorları ət qəbulu ilə ateroskleroz arasında əlaqəni sübut ediblər.
Ət qidaları bağırsaq mikroflorasını dəyişir, orda zərərli bakteriyaları çoxaldır.
Belə ki, bu mikroflora ətdə olan faydalı maddələri udub, onları TMAO maddəsinə çevirir. Aterosklerozun əsas səbəbkarı isə məhz TMAO-dur.
Emergencia timonensis bakteriyaları TMAO mokelulu üçün əsas mənbədir. Ət xoşlayanların bağırsağında bu bakteriya daha çoxdur, nəinki veqanlar. /sfera.az
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Noyabr 2024 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















