Bu ərazilərdə yaşayan ailələr üçün SEVİNDİRİCİ XƏBƏR
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İşğaldan azad edilmiş ərazilərdə 15 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.
“Yeni Sabah” xəbər verir ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər çərçivəsində Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə rayonlarında yeni körpələr evi-uşaq bağçaları yaradılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, artıq Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi, Sos və Quzeyxırman kəndlərində, Ağdam şəhər 1 nömrəli, Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndlərində, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olub. Elektronika məhsulları
Bundan başqa, Xocalı rayonunun Təzəbinə, Daşbulaq və Şuşakənd kəndlərində, Xocavənd rayonunun Xanoba kəndində, Ağdərə rayonunun Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərində yerləşən məktəbəqədər təhsil müəssisələrinin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni bağçaların açılması işğaldan azad edilmiş ərazilərdə uşaqların məktəbəqədər təhsilə çıxış imkanlarının genişləndirilməsi, onların erkən yaşlardan təlim-tərbiyə prosesinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Noyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















