Ət, yumurta və tərəvəz bu qədər bahalaşdı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin oktyabr ayı ərzində ət və ət məhsulları 1,7%, yumurta 4,6%, tərəvəzlər isə 2,9% bahalaşıb.
Kərə və bitki yağları 0,1%, meyvələr isə 3,2% ucuzlaşıb.
Ümumilikdə cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal və qoyun əti, toyuq əti və filesi, dondurulmuş balıq, yumurta, armud, xurma, brokkoli, xiyar, pomidor, şirin bibər, badımcan, yerkökü, baş soğan, kartof və kakao tozunun qiymətləri bahalaşıb, yumru düyü, makaron məmulatları, təzə balıq, limon, naringi, banan, alma, kivi, nar, üzüm, qoz, fındıq, şabalıd, ağ kələm, göyərti, balqabaq, göy lobya, süfrə çuğunduru, şəkər tozu və müxtəlif içli şokoladlı konfetlərin qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Könül Vəliyeva

Baxış sayı:84
Bu xəbər 12 Noyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















