Icma.az
close
up
RU
Ətağa sənin atandan yaxşı kişidir dediyi iş yoldaşını qətlə yetirənlə bağlı QƏRAR

Ətağa sənin atandan yaxşı kişidir dediyi iş yoldaşını qətlə yetirənlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Bakıxanov qəsəbəsindəki çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Məmmədovun 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2024-cü ilin aprelində paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində Elşən Məmmədov işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı, 1990-cı il təvəllüdlü Etibar Salamzadə ilə mübahisə edib. Daha sonra hər ikisi zavoddan çıxaraq küçədə əlbəyaxa olub.

Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onu da qeyd edək ki, tərəflər arasındakı mübahisəyə səbəb Elşən Məmmədovun Etibar Salamzadəyə "Ətağa sənin atandan yaxşıdır" deməsi olub. Daha sonra Etibar Salamzadə Elşən Məmmədovun atasını təhqir edib. Bununla tərəflər arasında sonu ölümlə nəticələnən mübahisə baş verib.

Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri