Icma.az
close
up
RU
Ətdən süd qoxusu gəlirsə... Qida ekspertindən XƏBƏRDARLIQ

Ətdən süd qoxusu gəlirsə... Qida ekspertindən XƏBƏRDARLIQ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycanda heyvanların erkən kəsiminə görə cərimənin tətbiqi məsələsi hazırda gündəmdədir.

Maraqlıdır, erkən kəsim ətin keyfiyyətinə və qida təhlükəsizliyinə necə təsir edir?

Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, erkən kəsimə görə cərimələrin tətbiqinin əslində qida təhlükəsizliyi ilə əlaqəsi yoxdur:

"Çünki erkən kəsilən heyvanlarda hər hansı qida təhlükəsizliyi riski mövcud olmur. Lakin bu məsələ damazlığın qorunması və heyvandarlığın inkişafı baxımından çox önəmlidir. Erkən kəsim damazlıq heyvanların sayının azalmasına və ümumilikdə heyvandarlığın inkişafına ciddi mənfi təsir göstərir".

Müsahibimiz qeyd etdi ki, bu məsələ daha çox ətin qida dəyəri və heyvandarlığın gələcəyi ilə bağlıdır:

"Erkən kəsilən heyvanlarda əzələ toxumaları tam inkişaf etmir. 3-4 aylıq quzunun kəsilməsi nə dərəcədə doğrudur? Bəzən insanlar bunu quzu ətinin yumşaqlığı ilə əlaqələndirirlər. Amma bu, qətiyyən belə olmamalıdır. Hər bir heyvanın müəyyən kəsim yaşı olmalıdır və bu yaş da onun çatdığı çəkiyə əsasən müəyyən edilir. Məsələn, 8 aylıq quzu artıq 16-18 kiloqram ət verir. Birillik və ya ikiillik qoç isə 20 kiloqramdan çox ət verə bilir. Bu baxımdan damazlığın qorunması, heyvandarlığın inkişafı və seleksiya işi nəzərə alındıqda, heyvanların erkən kəsimi kənd təsərrüfatına vurulan ziyan kimi qiymətləndirilməlidir. Necə ki, balıqçılıqda nərə cinsli balıqların nəslinin qorunması üçün müəyyən qaydalar tətbiq olunur. Nərə, ağ balıq və digər nərə cinsli balıqların balalarının tutulmasına və istifadəsinə qanunla icazə verilmir. Bu baxımdan mən hesab edirəm ki, erkən kəsimə görə müəyyən cərimələrin tətbiqi çox yaxşı təşəbbüsdür. Bu gün təsərrüfatlarda, eləcə də bəzi kafe və restoranlarda 6, 8, 10 kiloqramlıq quzu əti təqdim olunur. Halbuki ətin də öz yetişmə mərhələsi var".

Ekspert bunu elmi terminlərlə deyil, insanların daha rahat başa düşəcəyi dildə izah etmək istədiyini bildirdi. O əlavə etdi ki, ətin özünəməxsus iyi, qoxusu və görünüşü olmalıdır. Ətdən süd qoxusu gəlməməlidir.

"Bu gün 7, 8 və ya 9 kiloqramlıq heyvanlar hələ südəmər hesab olunur. Belə heyvanların kəsilməsi qətiyyən doğru deyil. Çünki burada əsas məsələ seleksiyanın və damazlığın qorunmasıdır".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri