Icma.az
close
up
RU
ADNSUdakı özbaşınalığa Etibar Əliyevdən REAKSİYA

ADNSUdakı özbaşınalığa Etibar Əliyevdən REAKSİYA

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Bir qrup müəllim və işçi heyyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən qanunsuzluqlarla bağlı media vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən deputat Etibar Əliyev bildirib ki, bir az keçmişə qayıdaq. ADNSU-nun keçmiş rektoru Mustafa Babanlı müəllimlərə qarşı həddindən artıq saymamazlıq edib. Nə qədər adamı işdən çıxarırdı. Hətta deyirdi ki, kim hara şikayət edir etsin. Bu universitetdə özbaşınalıq ənənəsini Mustafa Babanlı quyub.

Deputatın sözlərinə görə, ADNSU-nun rektor əvəzi Vazeh Əsgərov əvəz belə kəskin addımlar atmamalıdır.

“Sual yaranır ki, müəllimi nə üçün işdən çıxarırlar. Yaş məsələsini də vurğulamaq lazımdır. Mən bunu ilk dəfə sizə deyirəm. Dünyanın aparıcı universitetlərində 90 yaşına qədər alimlər, məsləhətçi professorlar çalışırlar, dərs deyirlər. Fiziki cəhətdən imkanları çatırsa o müəllimlərə toxunmurlar. Onlar gənclərdən də artıq səviyyədə müasir texnologiyalarla dərs keçirlər. Hansısa müəllimin birdən-birə işdən çıxarılmasının qətiyyən əleyhinəyəm. ADNSU spesifik universitetdir. Orada mütəxəssis hazırlanır. İndiki dövrdə mütəxəssis hazırlığı çox çətindir. Bunu nəzərə almaq lazımdır. Universitetdə ailə çətəsi qurmaq, yerlipərəstlik, ruspərəstlik yolverilməzdir. Mən kəskin şəkildə əleyhinəyəm. Universitet çox həssas təchizatdır. Çünki orada gələcəyin mütəxəssisləri hazırlanır. Çox təəssüflər olsun ki, bizim bir çox universitetdə belə hallar açıq şəkildə müşahidə olunur. Hətta mən ad da çəkə bilərəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu hallar var. Özəl ali məktəblərin hamısı ailə universitetləridir. Sanki bu bir həqiqətə çevrilib ki, özəl məktəblərin, ali məktəblərin rektorları qohumlarını, övladlarını vəzifələrə çəkməlidirlər. Bu qarşısıalınmaz bir prosesə çevrilib”.

Bunun qarşısını almaq mümkün deyilmi? nə təklif edərsiniz?

“Bunun qarşısını almaq üçün ictimai nəzarətin güclənməsini, eyni zamanda ali məktəb müəllimlərinin bu proseslə bağlı sosial şəbəkələrdə onlar öz münasibətlərini bildirməlidirlər ki, onların səsi Elm və Təhsil Nazirliyinin rəhbərliyinə çata bilsin.
ADNSU-nun fəlsəfə kofedrasından bir müəllim mənə açıq məktub yazmışdı. Onu da qanunsuz şəkildə Mustafa Babanlı işdən çıxarmışdı. Qadın psixi sarsıntı keçirib xəstəlik tapmışdı bu haqsızlığa görə. Həmin qadın Təhsil Nazirliyinə 30-dan çox məktub ünvanlayıb. Bunların heç birinə baxılmayıb. Quruma rəhbərlik edən ali məktəblərə, akademiyanın institutlarına Elm və Təhsil Nazirliyi hər bir, hətta xadimənin də ərizəsi baxılmamış qalmamalıdır. Mən düşünürəm ki, Elm və Təhsil Nazirliyi təcili olaraq buna müdaxilə etməlidir. Vazeh müəllim bu problemlərin qarşısını almalı həmin müəllimlərin hüquqlarını bərpa etməlidir”.

Dəniz Pənahova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 Yanvar 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri