Etibar Əliyevdən Rövnəq Abdullayevin adamına ittiham
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev bu yaxınlarda deyib:
“Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”.

Tribunainfo.az yazır ki, ona sabiq deputat Etibar Əliyev reaksiya verib. Onun sözlərinə görə,
Azərbaycan futbolunu yaman günə qoyanlardan biri də Ramin Musayevdir: ” Rövnəq Abdullayevin qardaşının dostu olduğuna görə uzun illər futbol sahəsində mühüm vəzifələr tutub. Yalnız varlanmaqla məşğul olublar. Adamın özü İnşaat Mühəndisləri İnstitutunu bitirib. Demək bizdə ənənədir: əksəriyyəti vəzifədən çıxdıqdan sonra destruktiv hərəkətlərini unutdurmaq üçün tənqidçi cildinə girirlər.
Bu gün qeyri-peşəkarlar əksər sahələrdə hegemondurlar”.
Gülşən Rəsul


