Icma.az
close
up
RU
Etibarlı maliyyə tərəfdaşı

Etibarlı maliyyə tərəfdaşı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı ölkəmizdə yeni layihələri maliyyələşdirəcək

İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantıları çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti Serhat Köksal ilə görüşüb. Görüşdə Azərbaycan ilə QDTİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Tərəflər bankın ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan layihələrdə iştirakı, o cümlədən dövlət-özəl tərəfdaşlığı təşəbbüslərinə cəlb olunması və müvafiq maliyyə alətlərindən istifadə imkanlarını nəzərdən keçiriblər. Bildirilib ki, QDTİB ilə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın iqtisadi prioritetlərinə uyğun layihələrin dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıyır.

QDTİB heyəti Azərbaycanda potensial layihələrdə iştirakını artırmaq niyyətini ifadə edib. S. Köksal dünyada baş verən geoiqtisadi mürəkkəb vəziyyətə baxmayaraq, bankın maliyyə-investisiya siyasətinə sadiq qaldığını xatırladıb. Orta Müddətli Strategiya əsasında maliyyələşmənin davam etdiriləcəyi və Biznes planının ikinci mərhələsinə başlanılacağı qeyd edilib. Qara Dəniz Bankının nəqliyyat dəhlizlərinin açılması və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında, nəqliyyat və logistika infrastrukturunun inkişafına sərmayə yatıracağı bəyan olunub.

Qara Dəniz Bankının Rəhbərlər Şurası tərəfindən ortamüddətli strategiya sənədi, 2026-2027-ci illər üzrə biznes planı, cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsinə dair anlaşmalar əldə edilib. Strateji plana əsasən, bankın kredit portfelinin artırılmasına aparıcı səhmdarlardan biri kimi Azərbaycanın da rolunun artacağı, eləcə də kredit portfelində əlavə maliyyə resursları alacağı ehtimal edilir.

500 milyon avrodan çox maliyyə donorluğu

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələrin 27 illik tarixi ərzində mühüm layihələrin icrası həyata keçirilib. 1999-cu ildə Azərbaycanın iştirakı ilə təsis edilmiş bu beynəlxalq maliyyə institutu ölkəmizin iqtisadiyyatına investisiyaların qoyulmasında, xüsusilə özəl sektorun maliyyələşməsində fəal rol oynayıb. Bankın Azərbaycandakı əsas portfeli kiçik və orta sahibkarlığa dəstək, enerji, daşınmaz əmlak, istehlak malları və sənaye sektorlarını təşkil edir.

QDTİB ölkəmizdə müxtəlif sektorları əhatə edən layihələrə uzun illərdir ki, maliyə dəstəyi verir, investisiya fəallığı nümayiş etdirir. Beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatı olan bank iqtisadi inkişafı və regional əməkdaşlığa töhfə verir. Üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

Fəaliyyətə başladığı vaxtdan QDTİB Azərbaycan hökumətinin investisiya prioritetlərinə uyğun olaraq ümumi dəyəri 500 milyon avrodan çox olan 40-dan çox layihəni maliyyələşdirib. Bank “Şahdəniz” kimi strateji əhəmiyyətli enerji layihələrində iştirak edib, eyni zamanda, kiçik və orta biznesə davamlı dəstəyini artırıb. Ümumilikdə, Qara Dəniz Bankının Azərbaycana yönəltdiyi investiyaların həcmi ümumi kredit portfelinin təxminən 10 faizlik resursu həcmindədir.

Azərbaycan bu bankın üzvü olmaqla yanaşı, həm də səhmdarlarından biridir. QDTİB-in səhm kapitalında ölkəmiz 5 faiz paya malikdir ki, bu, 7-ci ən böyük səhmdarlıq statusu deməkdir. QDTİB-nin Rəhbərlər Şurasının 2021-ci ilin oktyabrında keçirilən Xüsusi Toplantısında bankın abunə kapitalının artırılmasında Azərbaycan da mühüm rol oynayıb, ümumi dəyəri 41 milyon avro təşkil edən 36,6 min səhmin 12,3 milyon avro məbləğində olan hissəsi ölkəmiz tərəfindən əldə edilib.

Əməkdaşlığın yeni gündəliyi - “yaşıl enerji” və “yaşıl maliyyə”...

Bu gün yeni çağırşlar fonunda maliyyə qurumları ilə ən sərfəli kreditləşmə üçün yeni münbit mərhələ açır ki, güclü əlaqələrə, ortaq tarixə və məhsuldar, konstruktiv münasibətlərə malik İslam İnkişaf Bankından maliyyənin cəlbi nəzərdə tutulur. Təmkinli borclanma siyasəti isə həm regional inkişaf habının mərkəzinə çevrilən ölkəmizin müasir infrastruktur niyyətlərini - nəqliyyat, kənd təsərrüfatı, su təchizatı, bərpaolunan enerji ilə bağlı dövlət proqramlarını və digər strateji hədəfləri reallaşdırmağa, həm də azad ərazilərin quruculuq intibahını tezləşdirməyə imkan yaradacaq.

İslam İnkişaf Bankı Qrupunun toplantısında yeni çağırşlar fonunda maliyyə qurumları, o cümlədən QDTİB ilə sərfəli kreditləşmə üçün yeni münbit mərhələnin açıldığı bəyan edilib. Qara Dəniz Bankı ilə Azərbaycan arasında əməkdaşlığın müasir gündəliyində KOB-ların inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, “yaşıl iqtisadiyyat”ın təşviqi məqsədilə korporativ və fərdi müştərilərin ehtiyaclarının kreditləşdirilməsi və digər prioritetlər daxildir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə biznesə dəstək və müasir sənaye-emal zəncirinin qurulmasında bankın donorluğu istisna olunmur. SOCAR-la “yaşıl enerji” üzrə layihələrin həyata keçirilməsi də danışıqlar mövzusundadır. Bir neçə ay əvvəl Bakıda olan bankın vitse-prezidenti Draqoş-Paul Ungureanu işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsində iştirakın mümkünlüyünü vurğulayıb.

QDTİB ölkəmizlə yeni əməkdaşlıq mərhələsində “yaşıl maliyyələşmə” və investisiyaların artırılmasını da istiqamətlərdən biri hesab edir. Bu məqsədlə Azərbaycanın maliyyə institutları, o cümlədən banklarla “yaşıl layihələr” üzrə müqavilənin imzalanması nəzərdə tutulur. Bankın rəhbərliyi COP29 çərçivəsində qlobal alyansın razılaşdırdığı iqlim maliyyəsi strategiyasına da müsbət yanaşaraq iqlim donorluğunda imkanlarının səfərbər ediləcəyini də bildirib. Bu çərçivəyə əsasən, Azərbaycanın “yaşıl maliyyə” üzrə investisiya prioritetlərinə QDTİB-in maliyyə dəstəyi verəcəyi ehtimal olunur. Yeni maliyyələşmə isə həm regional inkişaf habının mərkəzinə çevrilən ölkəmizin müasir infrastruktur niyyətlərini - nəqliyyat, kənd təsərrüfatı, su təchizatı, bərpaolunan enerji ilə bağlı dövlət proqramlarını və digər strateji hədəfləri  reallaşdırmağa, həm də azad ərazilərin quruculuq intibahını tezləşdirməyə imkan yaradacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see248

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see234

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see230

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see226

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see224

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see219

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see216

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see214

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see211

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see195

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see195

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see194

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see191

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see189

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see187

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see182

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see174

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri