Icma.az
close
up
RU
Nəqliyyat logistika habının etibarlı tərəfdaşı

Nəqliyyat logistika habının etibarlı tərəfdaşı

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana həvalə edilib

Mayın 21-23-də Almaniyanın Leypsiq şəhərində “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammiti keçirilib. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyətinin təmsil olunduğu tədbirdə 80-dən artıq ölkədən 1200-dən çox iştirakçı qatılıb. “Qlobal şoklara qarşı nəqliyyatın davamlılığı” mövzusuna həsr olunmuş sammitdə tədbir üzvləri təbii fəlakətlər, pandemiyalar, kibertəhlükələr və geosiyasi böhranlar kimi pozucu amillərin yaratdığı çətinliklər fonunda nəqliyyat sistemlərinin dayanıqlığının təmin olunması yollarını müzakirə ediblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanın qlobal şoklara davamlı nəqliyyat sistemlərinin yaradılması istiqamətində atdığı addımları təqdim edib. O, şəhər infrastrukturunda rəqəmsallaşma, o cümlədən tətbiq olunan “Rəqəmsal əkiz” layihəsi, eləcə də yaşıl və dayanıqlı nəqliyyat sistemlərinin inkişafı üzrə görülən işlər barədə məlumat verib. Nazir müavini, həmçinin Azərbaycanın regional nəqliyyat layihələrindəki fəal iştirakını və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, Qarabağ bölgəsində münaqişədən sonrakı dövrdə həyata keçirilən bərpa işləri çərçivəsində müasir magistral yolların, hava limanlarının tikintisinə və şəhər infrastrukturunun yenidən qurulmasına böyük həcmdə sərmayə yönəldilib. Bu da regionun dirçəlməsi və nəqliyyat əlaqələrinin canlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə 2025-2026-cı illər üzrə Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Çilidən Azərbaycana təhvil verilib. Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb. Belə bir mötəbər forumun rəhbərliyinin Azərbaycana həvalə edilməsi bir daha respublikamızın regionda nəqliyyat marşrutlarında etibarlı tərəfdaş olmasını, bölgənin logistika xəritəsində mühüm yerini təsdiqləyir.

Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkə olsa da, Mərkəzi Asiya ilə müxtəlif logistika-kommunikasiya xətləri ilə bağlantıları var. Xəzər dənizi bu bölgə ilə Azərbaycanı ayırsa da, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən möhkəm körpülər qurulub. Orta Dəhliz bu coğrafiyaları sıx birləşdirməklə, həm də bütün tərəfdaşların öz nəqliyyat infrastrukturlarını, tranzit xətlərini yeniləşdirmək, müasir kommunikasiya xidmətləri qurmaq üçün də tələbatlar yaradıb. Nəticədə, ötən əsrin ortalarında qurulmuş köhnə logistika və nəqliyyat qovşaqları yenidən qurularaq ən modern xidmət səviyyəsini təmin etməyə imkan verir və həyata keçirilən daşınmaların tezliyi, səmərəliliyi, iqtisadi rentabelliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Asiya və Avropa arasında möhkəm körpülər

Azərbaycanın nəqliyyat infrastrukturu tam qlobal logistika tələbatlarına uyğun müasirləşdirilir, dəniz limanları, gəmiqayırma zavodu, dəmir yolu müəssisələrinə  yatırılan böyük investisiyalar xüsusi önəm daşıyır. Orta Dəhlizə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttini modernləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünü artırıb, qonşu ölkələrlə nəqliyyat bağlntılarının çevikliyini təmin edib. Nəticədə son illərdə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin həcminin artması qeydə alınıb.

Hazırda Orta Dəhlizdə yer almaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinin təklifləri dayanmadan artır. Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlanacağını vurğulayıblar. Eləcə də digər Aİ ölkələrinin bu nəqliyyat ailəsinə qoşulması çoxşəbəkəli habın əhəmiyyətini daha da artırır.

Göründüyü kimi, Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta və ya TransXəzər Dəhlizinin fiziki-coğrafi sxemi nəhəng bir geoiqtisadi platformaya çevrilir.

“Şimal-Cənub” və Orta Şərq nəqliyyat coğrafiyasında yeni reallıqlar

Azərbaycan, həmçinin digər mühüm dəhliz - “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir. Respublikamızın yerləşdiyi əlverişli və strateji mövqe bu nəqliyyat qovşağının da hərəkətliliyinin artması fonunda imkanlarını davamlı şəkildə böyüdür. Azərbaycanın “Şimal-Cənub” nəqliyyat alyansını yaratdığı ölkələrlə sıx iqtisadi-ticari münasibətləri, birgə enerji-nəqliyyat proqramları sözügedən  nəqliyyat dəhlizinin də qlobal əhəmiyyətini artırır.

Azərbaycan, həmçinin birləşdirici və rifahyaradıcı aktor kimi Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında sıx kommunikativ təmasları möhkəmləndirir. Həmin bölgə ölkələri ilə qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələrin qurulması yeni iqtisadi təşəbbüslərin, ticari qapıların da açılmasını təşviq edir, müxtəlif investisiya layihələri üzərində fəal işləkliyi artırır. Respublikamızın KƏŞ blokunda yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Birgə fəaliyyət kursu aparıcı iqtisadi sektorları, o cümlədən energetika, bərpaolunan enerji, nəqliyyat, logistika, turizm, xidmət sahələrini inkişaf etdirmək üçün münbit şərait yaradır. Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunun yaradılması isə bu inteqrasiyanın daha da güclənməsinə davamlı töhfələr verəcək.

Beləliklə, Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentliyin Azərbaycana təhvil verilməsi bölgədə yeni nəqliyyat-enerji qovşaqlarında birgə əməkdaşlığın güclənməsi, qlobal tərəfdaşlarla  sıx inteqrasiyaların dərinləşməsi, bütün ölkələrin logistika təhlükəsizliyi, sabitliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyacaq.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri