Icma.az
close
up
RU
Etibarnamə ilə maşın al, 20 il sonra məhkəməyə gəl Etibarnaməyə GÜVƏNMƏYİN!

Etibarnamə ilə maşın al, 20 il sonra məhkəməyə gəl Etibarnaməyə GÜVƏNMƏYİN!

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Hörmətli oxucu sual verə bilər ki, Rusiyanın məhkəmə sisteminə aid xəbərin Azərbaycanın avtomobil saytında yer almasına əsas varmı? Bəli var. Qanunvericilik və əhalinin qanuna münasibəti nisbətən oxşar olduğu üçün bu xəbər bizim saytlarda yer almalıdır. 

Avtosfer.az xəbər verir ki, ilk baxışda etibarnamə ilə avtomobilş “almaq” çox asandır. Notariusda 1 sənədin rəsmiləşdirilməsi növbəni nəzərə almaqsaq 20 dəqiqə çəkir. Bundan sonra alan və satan sağollaşıb ayrılır və avtomobilin yeni sahibi təzə aldığı texnikanın eyforiyasına qapılır. Lakin problem çıxdıqda vəziyyət dəyişir. 
Rusiyanın Teleqram kanallarındakı statistikaya görə, ölkə məhkəmələrində avtomobilə mülkiyyətlə bağlı azı 20 min çəkişmə var (məlumat rəsmi olmasa da, reala yaxın hesab edilir. Statistika qəzalarla bağlı prosesləri əks etdirmir). Bəs problem nədən ibarətdir?

Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan və Rusiyada qanunvericilkikdə belə müddəalar mövcuddur: əvvəla, etibarnamə mülkiyyət hüququ vermir. İkincisi, verildiyi müddətdən asılı olmayaraq etibar edən şəxs vəfat etdikdə etibarnamə qüvvədən düşür. 

İşi çətinləşdirən də elə ikinci hissədir. Çox vaxt etibarnamə ilə maşın alan şəxs düşünür ki, maşını bir neçə ilə satacaq, ya da atacaq. Bu ehtimal əksər hallarda işləyir. Lakin tərsinə də olur. Kimsə avtomobili alıb 5-6 il işlətdikdən sonra ya satır, ya da metal kimi təhvil verir. Bu da böyük hay-küy qoparmır. Çünki söhbət əsasən ucuz maşınlardan gedir.

İkinci halda isə etibarnamə verən şəxs vəfat etdikdə və ya boşandıqda mülkiyyət və vərəsəlik məsələsi gündəmə gəlir. İddiaçıların və ya varislərin də ilk “hədəfi” etibarnamə ilə satılmış maşın olur. Burada da bir neçə yüz dollar dəyəri olan “Jiquli” heç kimdə maraq oyatmır. Çünki prosedura çəkilən xərc avtomobilin qiymətinə yaxın olur. Lakin söhbət 20 min dollardan baha olan maşınlardan getdikdə iddiaçı və ya varislər israr edirlər. Belə hallarda itirən yeganə tərəf etibarnamə ilə maşın alan şəxs olur. Məhkəmə onu “təqsirsiz alıcı” hesab etməsi ilə iş bitmir. Çox vaxt sürücü avtomobili qaytarmalı olur. 

Bir müddət əvvəl bir kolleksiyaçı yaşlı kişidən etibarnamə ilə aldığı “Çayka”ya görə vərəsələrə 40 min dollar ödəməyə məcbur olmuşdu. Burada isə vəziyyət fərqli idi.  Kolleksiyaçı avtomobili bir yaşlı kişidən aldıqdan sonra onu bərpa edib saz vəziyyətə gətirib. Maşının birinci sahibinin vəfatından sonra (alqı-satqıdan təxminən 20 il sonra) mülkiyyət bölgüsü zamanı vərəsələr maşın üçün böyük təzminat istəmişdilər. Bu dəfə isə məhkəmə “qanunu bilməmək məsuliyyətdən azad etmir” prinsipi ilə davranmışdı. Alıcı etibarnamə ilə alışın doğuracağı riskləri bilmədiyini iddia etsə də, hakim bu ifadəni səmimi hesab etməyib. Bir sözlə, məhkəmə kolleksiyaçını bir növ etibarnamə ilə “alışa” görə cəzalandırıb (məhkəmənin prinsipi budur ki, ucuz avtomobil 20 ilə mövcud olmayacaq, amma bu prinsip kolleksiya məqsədi ilə alınan lüks avtomobilə şamil edilmir).

Belə bir problem Azərbaycanda da istənilən adamın başına gələ bilər. Şübhəsiz ki, Rusiya qədər olmasa da, Azərbaycan məhkəmələrində də belə çəkişmələr mövcuddur. Bizdə qalmaqallı proseslərin olmamasının əsasa səbəblərindən biri avtomobilin üçüncü şəxsə baş etibarnamə verilmə müddətinin 1 ilə endirilməsidir.

Buna görə də ən yaxşı üsul bir qədər uzun vaxt aparsa da, rüsumu yüksək olsa da, avtomobil alqı-satqısını polisdə rəsmiləşdirməkdir. Çünki bəzən 1 saat vaxt qazanmaq, və ya 10-15 manat az rüsum ödəmək illər sonra məhkəmədə sürünməklə nəticələnə bilər.

Vüqar Yaşaroğlu 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see196

Tayvanda “Maanşan” AES nin bərpası ilə bağlı referendum keçirilir

23 Avqust 2025 09:32see161

Avtomobil almaq istəyənlərə şad xəbər: say artdı, xərc azaldı 4 min manat...

23 Avqust 2025 07:01see139

Əhalinin qayıdışı ilə Kəlbəcərdə yeni inkişaf dövrü başlayıb RƏY

23 Avqust 2025 15:33see129

Sülh müqaviləsinin mətnini Azərbaycan müəyyən edib ŞƏRH

23 Avqust 2025 07:31see128

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see127

Slavyan Universitetində plan yerləri nə qədər dolub? Rektor AÇIQLADI

23 Avqust 2025 16:11see126

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see124

Rusiya ordusu Dnepropetrovsku atəşə tutub, ölən və yaralananlar var

23 Avqust 2025 22:13see123

Zelenskidən Rusiyaya qəti cavab: Verməyəcəyik

23 Avqust 2025 22:11see123

“Çelsi”ni o da tərk etdi

23 Avqust 2025 21:09see122

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see122

Neftimiz bahalaşmaqda davam edir

23 Avqust 2025 09:51see120

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see119

AFFA nın vitse prezidenti UEFA dan təyinat aldı

23 Avqust 2025 12:10see117

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see117

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see115

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see115

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see113

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri