Icma.az
close
up
RU
ETİHİ Respublika Komitəsi Qazax Tovuz bölgəsində regional görüş keçirdi

ETİHİ Respublika Komitəsi Qazax Tovuz bölgəsində regional görüş keçirdi

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla görüşlərini davam etdirir.
Demokrat.az
xəbər verir ki, Qazax–Tovuz bölgəsi üzrə növbəti regional görüş Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Görüşdən öncə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər və dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, ETİHİ-nin məsul əməkdaşları və 472 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Çıxış edən Cəmaləddin Quliyev həmkarlar ittifaqlarının sosial-iqtisadi sabitliyin qorunmasında oynadığı mühüm roldan, üzv təşkilatların ictimai fəaliyyətində birliyin və həmrəyliyin əhəmiyyətindən danışıb.
Daha sonra Araz Paşayev çıxış edərək bildirib ki, üzv təşkilatlarla birbaşa dialoqun qurulması və onların fəaliyyətinin dəstəklənməsi ETİHİ-nin əsas prioritetlərindəndir. O, həmkarlar ittifaqlarının sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının qorunması istiqamətində bir il ərzində həyata keçirilmiş layihələr və fəaliyyət planları barədə geniş təqdimatla çıxış edib.
Görüş zamanı üzv təşkilatların fəaliyyəti, yeni təşəbbüslər və gələcək planlar müzakirə olunub, sədrlərin sualları cavablandırılıb və təklifləri dinlənilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi bölgələrdə ilk təşkilat sədrləri ilə görüşlərini mərhələli şəkildə davam etdirir.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və 148 üzv təşkilatı özündə birləşdirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Noyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see229

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see154

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see147

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see141

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see125

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri