Etiraf edim, kitablarımı bu muzeyin sayəsində yazmışam İlham Rəhimli
Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.
Bu gün Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 90 illiyi münasibəti ilə tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Teatr muzeyinin direktoru Sevinc Mikayılova bildirib ki, muzey düz 90 il bundan öncə 25 noyabr 1934-cü ildə yaradılıb və Azərbaycan teatr mədəniyyəti tarixini sənədlərdə, faktlarda, fotolarda əks etdirmək missiyası ona həvalə edilib: "Muzey zəngin eksponatlarının istər səyyar, istərsə də sərgilərdə nümayişi ilə gələcək nəslə aparan körpü rolunu oynayır".
Əməkdar incəsənət xadimi İlham Rəhimli teatr muzeyinin möhtəşəm arxivi olduğunu diqqətə çatdırıb: "Etiraf edim ki, mən kitablarımı bu muzeyin sayəsində yazmışam. Muzeyin çox səmimi, gülərüz kollektivi var. Məncə, Teatr muzeyi qonaqpərvərliyi ilə digər muzeylərə nümunə ola bilər. Arzu edirəm ki, Mədəniyyət Nazirliyi muzeyi həm bəzi avandlıqlarla təchizatı baxımından, həm də digər məsələlərlə bağlı daim diqqətdə saxlasın".
Teatrşünas Məryəm Əlizadə qeyd edib ki, bu muzey Azərbaycan teatrının ayrılmaz hissəsidir: "Hesab edirəm ki, Teatr muzeyi də bir məbəddir. Tələbəlik illərimiz məhz bu muzeydə keçib. Onun çox keşməkeşli formalaşma dövrü olub. Azərbaycanın böyük xanımlarından biri Turan Cavid muzeyi göz bəbəyi kimi qoruyurdu. Bu gün də muzey Sevinc xanımın rəhbərliyi ilə fəaliyyətini çox uğurla davam etdirir, daima maraqlı və faydalı tədbirlər təşkil edir".
Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov qeyd edib ki, ittifaq muzeylə sıx əlaqədədir:
"90 il az müddət deyil. Bu gün tarixi gündür. Fəxrlə qeyd etmək lazımdır ki, muzey üzərinə düşən missiyanı layiqincə yerinə yetirir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 09 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















