Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Yubiley təntənəsi İlham Rəhimli yazır

Yubiley təntənəsi İlham Rəhimli yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İlham RƏHİMLİ

Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri "Nicat" cəmiyyəti öz öhdəsinə götürmüşdü. Tağıyev teatrı binası icarəyə alınmışdı və 1910-cu il noyabr ayının 30-da, Qurban bayramı günündə sənətkarın səhnə fəaliyyətinin 25 illiyinə həsr olunmuş yubiley təntənəsi reallaşıb. Yubiley rəsmi və bədii hissələrdən ibarət idi. Bədii gecədə Cahangir Zeynalovun öz quruluşunda Mirzə Fətəlinin "Lənkəran xanının vəziri" komediyası göstərilib. Yubilyar Vəzir Mirzə Həbib rolunu ifa edib. 4 pərdədən ibarət komediyanın fasilələrində "sazəndə və nəvazəndə çalıb-oxuyub".

Yubileyin təntənəli keçməsi üçün 19 noyabrda "Nicat"ın iclası çağırılıb və orada yubiley komissiyası yaradılıb. Q.Mirzəzadə komissiyaya sədr seçilib. Yubiley komitəsinin sədrliyi isə Əlimərdan bəy Topçubaşova tapşırılıb. Bakıdakı bütün mədəni-maarif təşkilatlarına dəvətnamələr göndərilib. "Lənkəran xanının vəziri" tamaşasının rus və Azərbaycan dillərində olan proqramı çap edilib. Proqramın yuxarı hissəsində rus və türk mətnlərinin arasında yubilyarın böyük portreti verilib. Rollarda Hüseyn Ərəblinski (Teymur ağa), Mehdi bəy Hacınski (Xan), M.Şahnəzərova (Ziba xanım), Mixaylova (Şölə xanım), Xumara (Nisə xanım), Stepanova (Pəri xanım), Hüseynqulu Sarabski (Hacı Salah), Mirmahmud Kazımovski (Ağa Bəşir), Ağadadaş Həsənov (Nökər), Rüstəm Kazımov (Xacə Məsud), Məhəmməd Əlvəndi (Səlim bəy), Ağalar Gəraybəyov (Qədir bəy), Sidqi Ruhulla (Səməd bəy), Məmmədbağır Əlinski (Əziz ağa), Ələkbər Hüseynzadə (Əli bəy), Əhməd Qəmərli, Murad Muradov, Əliş Haqverdiyev və Qulamrza Şərifzadə (şikayətçilər) çıxış ediblər.

Bayram təntənəsi saat 9-da Topçubaşovun giriş sözü ilə başlayıb. "Nicat" mədəni-maarif cəmiyyəti tərəfindən Səməd bəy Acalov danışıb. Gürcü "Nəşri-maarif" cəmiyyətindən Nasidze, fəaliyyətdə olan Azərbaycan dram dəstələri adından Qulamrza Şərifzadə, "Prosvita"nın nümayəndəsi Semyonov, yəhudi ədəbiyyat cəmiyyəti tərəfindən M.Trop, "Səda" qəzetinin redaktoru Haşım bəy Vəzirov, Bakıdakı "Boyarski truppası"ndan Vyaçeslov, "Füyuzat" jurnalından Əhməd Kamal danışıblar. Həmçinin "Günəş" qəzetinin əməkdaşı, Tağıyevin toxuculuq fabrikinin teatr dəstəsinin (Rza Zaki), "İttihad" məktəbinin nümayəndələri də təbrik sözləri söyləyiblər. "Yeni Füyuzat"ın naşiri və məşhur turançı Əli bəy Hüseynzadə şəxsi hədiyyəsini yubilyara təqdim edib. Tiflisdən "Molla Nəsrəddin" məcmuəsi idarəsindən, Tiflis cəmiyyəti-xeyriyyəsinin sədri polkovnik İbrahim Vəkilovdan, Baxçasaray Krım tatarları adından "Tərcüman"ın müdiri və naşiri İsmayıl bəy Qaspiralıdan (Qaspirinski kimi də yazılırdı) gələn təbrik teleqramları oxunub. Qaspiralının məktubunda deyilirdi: "Baxçasaray teatr həvəskarları bütün Krım türkləri adından onlara doğma olan səhnə aşiqi Cahangir Zeynalovu 25 illik çox ağır, ancaq milli mədəniyyətin tərəqqisinə xidmət edən şərəfli yaradıcılıq yubileyi münasibətilə təbrik edir. Yaşa, Cahangir!"

Yubiley münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyka" qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, müxtəlif redaksiya heyətlərinin təbriklərini çap etmişdi. Yubiley gecəsi "Nicat" tərəfindən Səməd bəy Acalov, "Kulturnıy soyuz", Malorus cəmiyyətinin "Prosvita" təşkilatı, "Nəşri-maarif", "İttihad", "Yəhudilər" cəmiyyətləri (Abezqauz, Vitşal, Dimbo), Ukrayna cəmiyyəti, "Yeni Füyuzat", "Molla Nəsrəddin" məcmuələrinin, "Səda", "Tərcüman" qəzetlərinin nümayəndələri aktyoru təbrik etmiş, ona qiymətli hədiyyələr bağışlamışlar. Səməd bəy Acalov yubilyara zər-ziba ilə bəzənmiş qiymətli təbrik albomu, Qulamrza Şərifzadə gümüş lira, "Günəş" qəzetinin nümayəndəsi Məmmədsadıq Axundov qızılla yazılmış ziqiymət ünvan, "Nəşri-maarif" cəmiyyətindən İsgəndər bəy Məlikov gözəl albom təqdim ediblər.

Yubiley təbriklərindən müəyyən sətirləri oxucuların nəzərinə çatdırmaq istəyirəm. Təqdim edəcəyim mətnlər Qulam Məmmədlinin "Cahangir Zeynalov" kitabından götürülüb.

"Günəş" qəzetinin təbrikindən: "25 il bundan əqdəm müsəlmanların ən cahil və nadan olduqları bir zamanda sair gözüaçıq ibarətli müsəlman tərəqqipərvərləri ilə bərabər Siz Cahangir də millətin aynası olub onun ziştlərini (nöqsanlarını - İ.R.) göstərmisiniz.... Nadan, cahil müsəlmanlar arasında artistlik - oyunbazlıq və məsxərəçilik adlanmış bir sənət olduğu halda, Siz onun ən həqiqi və ən qiymətli bir vəzifə müqqəddəsliyini anlayıb da artistliyin millətimiz arasında vüsətlənməsinə ən birinci rəhbər olmuşsunuz...

Sizin bərəkətiniz sayəsində olaraq hazırda müsəlmanların iftixarı olan kamil və layiqli artistlərimiz və səhnəmiz vardır. Cahangir! Yəqin ediniz ki, millətimizdə, Vətənimizdə müşahidə olunan mədəniyyət, tərəqqinin bir vəsiləsi də həmin mübarək səhnə olmuşdur. Siz də bu səhnənin birinci xadimlərindənsiniz.

Sağ olunuz. Millət Sizi unutmaz, Siz də öz müqəddəs məsləkinizdə davam edib də bundan sonra da səhnədən əl çəkməyiniz, çalışınız! Millət səhnənin daha da vüsətinə çalışır. Səhnə aynadır, ayna nə qədər böyük və geniş olar isə, o qədər artıq nafe olar. O qədər artıq nöqsanlarımızı müşahidə edəcəyik. Siz əmin olunuz ki, Sizin xidmətləriniz unudulmayacaqdır...

Cahangir, çox yaşa".

"Nicat" cəmiyyətinin təbrikindən: "1885-ci il tarixdə səhnəyə gəldiniz. Axırda qəvi vəzifələr ifa etməyə müqtədir oldunuz. Bu müddətin ərzində hər növ töhmətlərə, sərzənişlərə və əziyyətlərə dözüb, tutduğunuz yolda sabit oldunuz, sevdiyiniz səhnədən əl çəkmədiniz. Yalquz səhnə aşiqi olduğunuz yerdə məktəblərdə, darülfünunlarda oxuyan fəqir, yetim və ac millət balalarını dəxi yaddan çıxarmadınız. Hansı bir yerdən "kömək" səsi qulağınıza çatsa idi, güman yeriniz bircə idi - səhnə. Tamaşa düzəldib yolda qalan gözləri şad edərdiniz. Bu yolda göstərdiyiniz xidmət elə böyük qulluqdur ki, tarixlər səhifəsinə yazılmağa layiqdir. Şübhə yoxdur ki, elə belə də olacaqdır. Səhnə bir mirat - həqiqidir ki, orada hər bir şəxs öz surətini görər. Siz isə bu yolda 25 il xidmət edib, bu müddət ərzində səhnədə üz qaraltmısınız (yəni qrim etmisiniz - İ.R.). Nə etməli, millətin üzünü ağ istəyənin öz üzü qara gərəkdir.

"Nicat" maarif cəmiyyəti həmişə tərəqqiyi-millət tərafdarı olduğundan millət xadimlərinə layiqincə mükafat verməyi özünə borc bilir. O cəhətə Sizə yomi ali düzəldib Sizi təbrik etmək istəyir. Bu niyyət ilə ürəkdən Sizə gözaydınlığı verib deyir: Yaşasın Cahangir! Yaşasın səhnə xadimi!"

"Bürhani-Tərəqqi" qəzetinin 5 dekabr 1910-cu il tarixli sayında dərc olunan təbrikdən: "Biz də səsimizi maarifpərəst müsəlmanların səslərinə qoşub, möhtərəm artist Cahangir Zeynalovu ürəkdən təbrik edirik. Afərin, qardaşımız Zeynalov! Bu iyirmi beş ildə milli teatr səhnəmizdə çəkdiyiniz zəhmətlər millətin boynuna bir böyük haqdır. Təşəkkürlər olsun. Xudavəndi aləm ömrünüzü uzatsın, tainki milli teatrımız Siz kimi qeyrətli qardaşların səbəbinə artıq tərəqqi edər".

Yubiley keçiriləndə, dramaturq və ictimai xadim Nəriman Nərimanov Hacıtərxanda (Həştərxanda) sürgündə idi. Ona göndərilən dəvətnamə ünvanına gec çatmışdı. Onsuz da o, yubileydə iştirak edə bilməzdi, çünki sürgün cəzasının müddəti hələ başa çatmamışdı. Nəriman Nərimanovun 10 dekabr 1910-cu il tarixli "Bürhani-Tərəqqi" qəzetində çap edilmiş "Açıq məktub"undan: "Əzizim! Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt unudulmayacaq. İstiqbalda milli teatrımız barəsində yazılan tarixlərdə Sizin isminiz söyləniləcək. Söylənib də gələcək balalarımıza yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər: artistdən "oyunbaz" namini götürmək üçün nə uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər!..

Ümid edirəm bu yubiley günündə cəmaətin Sizə alqışları, gələcəkdə milli teatrımıza dair dəyanətinizin qüvvətlənməyinə, qeyrətinizin artmağına və məsləkinizin üstə davam etməyə səbəb olacaq.

Teatr tərəqqisinə çalışmalı! Çünki "dinini, millətini sevən şəxs milli teatrını da gərək sevsin". Afərinlər olsun Sizə, əziz, möhtərəm yoldaş!"

Ukrayna truppasının rəhbəri Q.Danilçenko öz təbrik məktubunda sənət dostu Cahangir Zeynalovun 25 illik yaradıcılığını "inam və həqiqət" carçısı kimi qiymətləndirmişdi. Xalqın maariflənməsi yolunda fədakarlıqla çalışan insanın qarşısında baş əyməyi özünə fəxarət sayan Danliçenko təbrikini Cahangir Zeynalova həsr etdiyi şeirlə bitirmişdi.

"Bürhani-Tərəqqi" qəzeti 1906-1911-ci illərdə müəyyən fasilələrlə Hacıtərxanda Azərbaycan türkcəsində çap olunub. Naşiri və baş redaktoru soydaşımız Mustafa Lütfi İsmayılov Şirvanski idi. Mirzə Ələkbər Sabirin, Məhəmməd Hadinin şeirlərini, Nəriman Nərimanovun siyasətə, elmə, dinə, tibbə və mədəniyyətə aid məqalələrini, Bakıda və Rusiyada yaşayan ziyalılarımızın müxtəlif mövzulu yazılarını çap edən qəzetin Azərbaycanda xeyli oxucusu vardı. Cahangir Zeynalovun evində bu qəzetin də komplekti olub. Sovet hökuməti 1920-ci ildə özü iki il əvvəl rəhmətə getmiş Kərbalayı Cahangirin mülkünü və malını amansızcasına müsadirə edəndə, onun şəxsi kitabxanasındakı "Tərcüman", "Bürhani-Tərəqqi", "İqbal", "Açıq söz", "Kaspi"... qəzetlərinin ayrı-ayrı illərə aid komplektlərini də götürmüşdü.

Yekaterina Mixaylovna Boyarskinin Bakıda fəaliyyət göstərən truppasında çalışan artistlərin yubiley təbrikindən: "Sizin simanızda fədakarlıqla mübarizə apardığınız möhtəşəm işdə - səhnə xidmətində sizin nisbətən cavan müsəlman teatrınızı təbrik etməyi fəxrlə özümüzə borc bilirik. Əminik ki, sizin kimi müqtədir, parlaq sənət dühalarının fədakarlıqları nəticəsində milli səhnə sənətiniz maarifçilik qüdrəti ilə Avropa mədəniyyətində layiqli yerini tutacaq".

"Nicat" qəzetinin 4 dekabr 1910-cu il tarixli sayında Seyirçi imzası ilə "Yomi-ali şənlikləri" adlı bir yazı verilib. Yazıda deyilir: "1910-cu sənəsi, noyabrın 30-u səşənbə günü tarixi milliyəmizdə qızıl hürufat ilə qeyd olunmağa şayistə bir gündür... İştə əzəmət və ülviyyəti heç bir vəchlə inkar olunmayacaq bu günün qəhrəmanı bu nami haqqı ilə ehraz etmiş olan artist Cahangir Zeynalov cənabları idi.

Bu zat o gün elə bir müvəffəqiyyətlə nəticəpəzir olan teatr səhnəsi uğrunda 25 sənə əlləşmiş, çalışmış və bu müddət içərisində maddi və mənəvi heç bir fədakarlıqdan geri durmadığı kimi, rəhgüzarında təsadüf edən ənvai məvane, müşkülat və müzahimə, minlərcə tən və sərzənişlərə baxmayaraq, bir dəfə də qədəm qoyduğu yolu başa çıxarmaq üçün əzmində sübut etmiş və bu sayədə yalnız öz millətini deyil, elm və sənaye mühüobi olan bütün millətlərin məzhər - təqdir və təhsin - binəhayəsi olmuşdur...

Mərasim-təbrikin xitamında Cahangir Zeynalov özü haqqında göstərilmiş olan asar-məhəbbət və qədirşünasidən dolayı qayət mütəəssir olaraq ağladı və dedi: "Burada gördüyüm bu şeylər mənə röya kimi görünür. 25 il mütəmadiyən ənvayi həqarət və təcavüzətə düçar oldum isə də, əlhəmdölillah axırda millətimin mən kimi acizi bir bu qədər təqdir etdiyini də gördüm. Mənim üçün bundan böyük ənam olmaz! Kaş ki, min canım olaydı da hamısını millətimə qurban etmiş olaydım!"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see442

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see264

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see255

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see244

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see244

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see241

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see239

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see232

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see229

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see228

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see228

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see227

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see222

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see195

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see176

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see173

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see171

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

14 Sentyabr 2026 14:40see171

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see169

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri