Icma.az
close
up
RU
Azərbaycan mədəniyyətinin İlham Rəhimli sütunu...

Azərbaycan mədəniyyətinin İlham Rəhimli sütunu...

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

...Kənardan tələskən adam təəssüratı yaratsa da, əslində çox təmkinli və səbrlidir. İnsanlara dəyər verməyi bacarır. Kiməsə yuxarıdan aşağı baxmır, bu onun ruhuna, əxlaqına ziddir. Sadəliyini, təvazökarlığını həmişə qoruyub saxlaya bilir.

Savadlı, məlumatlı, dünya görüşlü adamdır. Güclü düşünmə qabiliyyəti var. Çox zəhmətkeş və məhsuldardır. Səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalə yazıb. Sənətkarlara həsr olunmuş, onların ömür və yaradıcılıq yollarını əks etdirən müxtəlif kitablar ərsəyə gətirib, Azərbaycan teatrlarının tarixi haqda sanballı əsərlərin müəllifidir...

Deyir ki:- “Mən rəssam olmaq istəyirdim. Bu sənətə təsadüf və şans nəticəsində gəlmişəm. Bəlkə indi çoxlarına inanılmaz görünür, amma həqiqətən belə olub. O vaxt Azərbaycan Dövlət Teatr İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi verəndə heç götürmədilər də, dedilər, əvvəlcə rəssamlıq məktəbini bitir, sonra gəl. Qanım elə qaralmışdı ki, heç rayona qayıtmaq da istəmədim, birinci mərtəbəyə enib divardakı elanlara baxdım, “şünas” sözü xoşuma gəldi. Teatrşünaslıq barədə elə ordakılardan soruşdum, nəsə dedilər anlamadım, axırı birtəhər başa saldılar ki, dramaturgiya ilə bağlı olacaq fəaliyyətim. Nə isə, sənədlərimi verdim və qəbul olundum. Amma zamanla teatr mühitinə alışsam da, teatrşünas olacağıma, bu sahədə uğur qazanacağıma elə də inamım yox idi...”

Haqqında söhbət açdığım İlham Rəhimli 1949-cu ildə Yevlax rayonunun Malbinəsi kəndində dünyaya göz açıb. 1989-cu ildən əməkdar incəsənət xadimi fəxri adını daşıyır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb...

Düzə düz, əyriyə əyri deməyi bacarır. Tənqiddən çəkinmir. Klassiklərin, eləcə də müasir yazarların yaradıcılığına subyektiv deyil, obyektiv yanaşma tərzi var..

“Elçinin, Əli Əmirlinin əsərləri teatrlarda tez-tez oynanılır. İlqar Fəhminin, Firuz Mustafanın, Elçin Hüseynbəylinin, Afaq Məsudun yaxşı pyesləri var. Kamal Abdulla çox maraqlı dramaturqdur, tamamilə fərqli üslubda yazır. Məsələ nədir: Azərbaycanda rejissor və dramaturqun birgə işləmək səriştəsi çox zəifləyib. Səməd Vurğunun qələmindən dürr tökülürdü, amma "Vaqif”i həddindən artıq uzun yazmışdı. Yazdığının da poetik cəhətdən nə qədər füsunkar olsa da, dramaturji baxımdan əsaslı işlənməyə ehtiyacı vardı. Ədil İsgəndərov o əsəri dramaturqla birgə qısaldıb gətirdi səhnəyə. Səməd Vurğun "Fərhad və Şirin”də dramaturgiyanı artıq xeyli mənimsəmişdi. Bu o demək deyil ki, Ədil İsgəndərov Səməd Vurğuna qələm tutmağı öyrədib.

Dramaturgiya çətin janrdır. Ədil İsgəndərovla Səməd Vurğunun işlədiyi variantı Tofiq Kazımov ömründə tamaşaya qoymazdı. Mehdi Məmmədov da o cür. Ədil İsgəndərovdan sonra iki rejissorun adını inamla çəkə bilərəm ki, onlar öz dramaturqlarını yetişdirdilər. Gənc Tamaşaçılar Teatrında Zəfər Nemətov Rauf İsmayılov, İsgəndər Coşqun, Yusif Əzimzadə, Əfqan, Firudin Ağayev kimi müəlliflərlə səylə işlədi və onlar oldular bu teatrın dramaturqu. Tofiq Kazımov dramaturqlardan İlyas Əfəndiyev, Sabit Rəhman, Anar, Əkrəm Əylisli ilə birgə işlədi və gözəl tamaşalar hazırladı. Mən inanmıram ki, yaxşı pyesi teatr geri qaytarsın. Sadəcə, bu gün rejissorla teatrın qarşılıqlı, ehtiramlı, inamlı əlaqəsi itib. Bu gün çox yazan dramaturqlardan biri Əli Əmirlidir. Mən Akademik teatrda ədəbi hissə müdiri işləyəndə onun pyesini bəyənməyib qaytarmışam. O da təmkinlə mənim iradlarıma qulaq asıb.

Sonralar Əlinin dramaturji yaradıcılığını təbliğ edənlərdən biri də mən olmuşam. Mənim fikrimcə, onun Akademik Teatra ilk gətirdiyi "Meydan” əsəri zəif idi. Amma "Ağqoyunlular və Qaraqoyunlular”, "Köhnə ev”, "Varlı qadın” maraqlı əsərlərdir. "Messenat”ı bəyənməmişəm.”- söyləyir...

Sürətlə işləmək qabiliyyəti onu vunderkində çevirib. Yüzdən çox kitabın müəllifidir. Azərbaycanda onun qədər kitabı nəşr olunan müəllif hələ ki, yoxdur. Bu sırada birinci yeri o, tutur. Qəlbi yumşaq adamdır, əl tutmağı, yardım etməyi xoşlayır. Maraqlı həmsöhbətdir, mütaliəsi o qədər güclüdür ki, hər bir söhbəti yeni bir məntiq, yeni bir məna kəsb edir. İçi dolu, niyyəti saf, məzmunlu adamdır. Məram və məqsədi gün kimi aydındır. Bildiklərini öyrətmək, insanları maarifləndirmək, xalqa, millətə xidmət etmək onun həyat kredosudur. Nöqsanlara göz yummağı bacarmır. Bir teatrşünas kimi ürək ağrısı ilə onları dilə gətirir...

Deyir ki:- “Doğrudur, son illər Azərbaycanın əksər teatrları əsaslı şəkildə yenidən qurulub, müasir texnika və texnologiya, işıq, səs sistemləri ilə təchiz edilib. Binaya daxil olanda, məşq və qrim otaqlarını, butafor, rekvizit sexlərini gəzəndə, tamaşaçı salonunda əyləşəndə qürur duyursan. Bunu Bakıda keçirilən beynəlxaq konfranslara gələn qonaqlar da gizlətmirlər, gözəlliyi sevinclə etiraf edirlər. Çox təəssüf ki, teatrların yaradıcılıq prosesi texnikanın və texnologiyanın imkanlarından qat-qat aşağıdır. Bəzi teatrlarımızın güclü və səriştəli cərrahiyyə əməliyyatına ehtiyacı var. Bir qrup teatrlarımız isə ciddi terapevtik müalicəyə möhtacdır və onların sağlam sabahına ümid daha çoxdur. Çox-çox təəssüf ki, reanimasiyada güclə "nəfəs alan” teatrlarımız da var...”

Teatrşünas-tənqidçi, jurnalist, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimlinin sentyabrın 8-i 76 yaşı tamam olur. Onu bu münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram...

Hörmətlə, Elman Eldaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Sentyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri