Icma.az
close
up
RU
Skapenin hoqqaları İlham Rəhimli yazır

Skapenin hoqqaları İlham Rəhimli yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham RƏHİMLİ

Qərbi Avropada klassik komediya janrının banisi, dahi fransız dramaturqu Jan Batist Molyerin komediyalarının ayrılıqda hər pərdəsindəki hadisələr 40 dəqiqədən çox çəkmir. Bunun da səbəbi o idi ki, ədibin yazdığı komediyaların oynanıldığı teatrın səhnəsindəki və tamaşaçı salonundakı  çilçıraqlardakı, yan divarlardan asılan bralardakı şamlar 40-45 dəqiqədən bir təzələri ilə əvəzlənirdi. Ona görə də Molyer yeni əsərini yazmağa başlayandan bunu ciddi şəkildə nəzərə alırdı və komediyaları əsasən 3 pərdəli olurdu. Onun komediyalarında, məzhəkələrində, məsxərələrində hadisələr çox dinamik, sürətli və müəyyən dramatik ritm ahəngində cərəyan edir.

Müsəlman şərqində, o cümlədən əsasən kökü min-min illər əvvələ gedib çıxan Azərbaycan türkcəsindəki qaravəllilərdə, hoqqavari məsxərələrdə, ciddi satirik səciyyəli gülməcələrdə nökərlər, qulluqçular əsasən diribaş, fərasətli, gülməli, ancaq çətin vəziyyətlərdən çıxmağı çevik düşüncəylə bacaran koloritli tiplərdir. Belə bədii yanaşma gülüşü şiddətləndirir, koloriti artırır və hadisələrə canlılıq verir, seyrçi marağını gücləndirir. Şərq mədəniyyətinə maraq göstərən italyan dühaları Karlo Qoldoninin, Karlo Qotsinin, fransız ədəbiyyatının klassiki Molyerin komediyalarında da ağıllı, fərasətli, diribaş nökər obrazları var. Hətta Qoldoninin qrotesk səciyyəli, italyan karnaval estetikasında işlənmiş "İki ağanın bir nökəri" məzhəkəsi də var. "Skapenin kələkləri" komediyasındakı (başqa sözlə, qarəvəllisindəki) Skapen məhz Şərq və Qərb xalq gülüş estetikası ilə yoğrulmuş bədii personajdır, koloritli obrazdır, gülüşün bütün qatlarına malik elementlərlə işlənmiş bitkin xarakterdir.

Molyerin "Skapenin kələkləri" əsəri 1919-cu ilin 24 oktyabrında dövlət təsisatına keçəndən sonra Akademik Milli Dram Teatrında birinci dəfə 5 dekabr 1936-cı ildə tamaşaya qoyulub. Əsəri İsmayıl Hidayətzadə tərcümə edib və tamaşanın quruluşçu rejissoru Rza Darablı, rəssamı Nüsrət Fətullayev olub. Rolları İsmayıl Hidayətzadə və Möhsün Sənani (Skapen), Məmmədəli Vəlixanlı (Arqant), Fateh Fətullayev və Dadaş Şaraplı (Oktav), Yunis Nərimanov və Dadaş Şaraplı (Silvestr), Əli Qurbanov və Mirzağa Əliyev (Jeront), Süleyman Tağızadə (Leandr), Bəbir Məhəmmədov (Karl), Nəzirə Əliyeva, Məhluqə Sadıqova və Sona Hacıyeva (Qiasinta), Cəvahir Bayramova (Zerbinetta), Əzizə Məmmədova (Nerina) ifa ediblər. 1949-cu il aprel ayının 14-də rejissorlar Ədil İsgəndərovun və Əliheydər Ələkbərovun quruluşu ilə komediyanın məşqlərinə başlanılıb. Tamaşanın təhvil verilməsi ərəfəsində gözlənilmədən yaradıcılıq işi dayandırılıb. Beləliklə, "Skapenin kələkləri" teatrın repertuarında ikinci dəfə 8 yanvar 2003-cü ildə yer alıb. Komediyanı Elçinin tərcüməsində rejissor Əsgər Əsgərov tamaşaya hazırlayıb və bədii tərtibatı rəssam Kamal Şıxəliyev verib. Tamaşada seçmə musiqidən istifadə edilib.

Molyer "Skapenin kələkləri" əsərində obrazları aşağıdakı səciyyələrdə, xarakterdə və sosial mənsubiyyətdə təqdim edib:

Oktav - Arqantın qızı, Qiasintaya vurulub; Leandr - Jerontun oğlu, Zerbinettaya vurulub; Zerbinetta - qaraçı hesab olunur, amma əslində Arqantın qızıdır və Leandra vurulub; Qiasinta - Jerontun qızı, Oktava vurulub; Silvestr - Oktavın nökəri, Nerina - Qiasintanın dayəsi; nəhayət, Skapen - Leandrın nökəri, lotu.

Qədim Azərbaycan xalq oyun-tamaşalarında əsas oyunbaza, məzhəkə çıxarana (yəni ifaçı aktyora) verilən lağbaz, naqqal, təlxək, mütrüb, törənçi, alayçı, güldürmən, nay, dumbal, ağcadaban, qadaqçı, şivəbaz, dərbədəri, əncümansaz, şəngül...  kimi adlardan biri də lotu idi. Lotunun yardımçısına, köməkçisinə isə lotubeçə deyilirdi. Lotu sözü həm sifətdir, həm də isim. Xalq düşüncəsində lotunun müxtəlif yozumları var: fırıldaqçı, kələkbaz, hərif, vələdüznalıqla baş girləyən, cüvəllağı, tülüngü, dələduz, kefcil, əhlikef, hal əhli... Sabir Məmmədov bu yozumlardan yalnız müsbət səciyyəlilərin koloritli hərəkət və davranış tərzlərini götürmüşdü. Onun Skapeni hadisələrin hər cür dolaşıq kələfini açmağa qadir olan məzəli, ürəyəyatımlı, sevilən, səhnədə çevik, cəld hərəkətləri ilə qayır-qayır qaynayan, bir an da dincliyi (dişdiyi) olmayan məzəli, kefcil bir personajdır. O, Arqant və Jeront kimi ağaların başına gənclərin səadətə qovuşmaları naminə oyun açan, bütün kələkləri xoş məramlı, sevinc niyyətli olan, el arasında deyildiyi kimi, "şeytana papış tikən" məsxərəbaz, fransız kökənli və ancaq qaravəlli koloritli, tamaşanın enerji nüvəsini daim mütəhərrik hərəkətdə saxlayan aparıcı obrazı idi. Üstəlik də, elə ilk səhnəyə çıxışında Oktavın halını çox pərişan görüb soruşanda o, özünün nəyə qadir olduğunu söyləyir.

Oktav. Eh, sən axı bilmirsən ki, mən niyə belə nigaranam!

Skapen. Bilmirəm, sizdən asılıdı də, deyin, bilim, mən ürəyi yumşaq adamam, sizin kimi cavanlara niyə kömək eləməyim ki?

Oktav. Ah, Skapen, əgər sən bir şey fikirləşib tapsaydın, məni bu bədbəxtlikdən qurtarmaq üçün yol göstərsəydin, bütün ömrüm boyu sənə minnətdar olardım.

Skapen. Düzünü deyim sizə ki, əyər bir işə girişdim ha, mənim üçün mümkün olmayan şey yoxdu. Görünür, Allah-Təala bir vergidi də, verib mənə, elə şeylər fikirləşib tapıram, elə bicliklər ağlıma gəlir ki, gəl görəsən! Deyirlər ki, lotusan... Qoy desinlər də, dərrakələri bu qədərdi! Bax, özümü tərifləmək olmasın, amma mənim kimi iş bacaran, kələk quran hələ anasından olmayıb! Belə işlərdə kimdi məndən məşhur? Heç kim! Amma di gəl ki, indi adımın xidmətinə qiymət verən yoxdu!..

Sabir Məmmədov Skapenin sözlərini təkəbbürlə, lovğalıqla deyil, düzgün olaraq sadəliklə, gördüyü xeyirxah işlərdən, xoşbəxtliyə yol açan "hoqqalı oyunlardan" ləzzət almağı bacaran sadə və səmimi bir insan kimi söyləyirdi. Aktyor məhz bu sözləri obrazın səhnə təfsiri üçün kod-açar kimi istifadə etmişdi. Tamaşaçı bəri başdan hadisələrin xoş sonluqla bitəcəyi baradə işarəli məlumat alsa da, səhnəni maraqla izləməyə köklənirdi. Aktyor həssaslıqla tamaşaçının daxilində, emosional duyğularında səhnədə gördüklərindən və görəcəklərindən həzz almaq mexanizmini ustalıqla hərəkətə gətirib işə salırdı.

Skapen - Sabir Məmmədov hər cür çətinlikdən qurtulmağı bacaran cüvəllağıdır, xeyirxahlıq naminə vələdüznalığı məharətlə bacaran fəndgirdir, gənclərin xoşbəxtliyi yolunda yüz fırıldağa əl atan sevimli dələduzdur, əndrəbadi oyunlar quran sevinc məramlı kələkbazdır, hətta yeri gələndə nökəri olduğu Leandrı da şaşırdıb barmağına dolayan tülüngüdür, ətrafdakıları çaşdırıb diqqəti özünə cəlb edən hərif-arifdir. Molyer gülüşünə sadiq qalan, hadisələri fərəhli, xoşbəxtliyə zəmin olan sonluğa aparan aktyorun oyunundakı tülüngülükdə, həriflikdə, dələduzluqda, cüvəllalıqda qəribə bir məhrəmlik vardı, tamaşaçılar onu rahatca və sevinclə, ürəkdən gələn məhəbbətlə qəbul edirdilər. Bütün bu kolotit çalarları təkcə əlvanlığı ilə diqqəti cəlb etmirdi, Sabir yüksək peşəkarlıqla onları cazibədarlıqla səhnədə canlandıra, sənətin estetik materialına, yaradıcılıq nümunəsinə çevirə bilirdi. İstənilən epizodda, ən müxtəlif rakurslardan baxanda, çox mürəkkəb və "dolaşıq" hadisəli səhnələrdə aktyorun obrazı təqdimatında fransız-italyan (əsas hadisələr İtaliyanın Neapol şəhərində baş verir) karnaval estetikasının incə nüansları, zərif yumoru, Azərbaycan milli gülüş mədəniyyətinin dadı-duzu, yumorun məzəli şirinliyi, ürəyəyatımlı təravəti, məzhəkə və məsxərənin hoqqavari cazibəsi vardı. Onun ironiyaları da könülaçan, duzlu, məzəli, mənalı, gülüşdoğuran idi.

Kələfin ilkin kələk yumağı Leandr, Oktav və Skapenin görüş epizodunda olur. Əsəbiləşmiş Leandr bir neçə dəfə Skapeni vurmağa cəhd göstərir, ancaq Oktav ona mane olur. Skapen Leandrla (Aslan Şirinov) dialoqunda onu çaşdırmaq, fikrini başqa istiqamətə yönəltmək, hirsinə su çiləmək və beynində qurduğu planları inamla, qətiyyətlə davam etdirmək üçün özünü mayamaqlığa vurur, gicbəsər kimi hərəkət edir, söz güləşdirmək "oyununa" üstünlük verir.

Oktavın atası Arqantla (Sadıq İbrahimov) ilk dialoqunda Sakapen - Sabir Məmmədov hərif-arif "maskasından" istifadə edir. Arqantı qıcıqlandırmaq, hövsələdən çıxararaq sanki "pat" vəziyyətinə qoyub yazıq, zavallı halına salmağa, içində təşvişli ovqat oyatmağa çalışır. İstəyinə nail olmaq üçün ağayana tərzdə, müdrik görkəmində, aramla danışığa keçir: "Ailənin başçısı ki, evdən getdi, qayıdana qədər nəsə pis bir iş baş verəcək: ya evi yanacaq, ya pullarını oğurlayacaqlar, ya arvadı öləcək, ya oğlunu şil-küt edəcəklər, ya da qızını tovlayıb yoldan çıxaracaqlar. Əgər bunların heç biri olmasa, deməli, o adam xoşbəxtin birisidir".

Skapen - Sabir Məmmədov özlüyündə qurduğu kələklərin qələbəsinə əmindir. Leandrla söhbətində deyir ki, "sizin atanız, doğrudu, xəsisin biridi, amma onunla danışmaq daha asandı. Özünüz bilirsiniz də, Allah ağıl paylayanda, o, haradasa, başqa yerdəymiş! Nə desən, o saat inanır".  Buna əmin olduğuna görə qurduğu plana açar kimi Jerontun (Səyavuş Aslan) mayamaqlığından istifadə edir. Elə bu "açarla" da ondan 500 ekyü qopararaq oğlu Leandra çatdırır. Aktyor başqa bir maska-açarla da Arqantdan 200 pistol pul alıb oğlu Oktava (Kazım Həsənquliyev) verir. Bu səhnələrdə Skapen - Sabir Məmmədov Arqant və Jerontla yanaşı, əslində həm də Leandr və Oktavı da barmağına dolayır. Dolamaqlar, qurduğu kələklərin mahiyyəti müxtəlif olduğu üçün aktyor fərqli və bir-birindən ifadəli oyun tərzi ilə Skapenin qurduğu kələyin finalına doğru inamla, cəsarətlə, qətiyyətlə addımlayır. Hətta təşvişə düşümüş Silvestr (Rəşad Bəxtiyarov) onu pis aqibət gözlədiyini həyəcanlı rahatsızlıqla Skapenə söyləyəndə də aktyor obrazın daxili tarazlığını bacarıqla saxlaya bilir, çünki valideynləri ilə barışan övladların qəlblərini ovsunlamaqda xüsusi məharət göstərib. Sevgililər Oktav və Qiasinta (Məsmə Aslanqızı), Leandr və Zerbinetta (Fidan Axundova) finalda bir-birinə qovuşalar da, Arqantla Jeront ikibaşlı qohum olmaqdan məmnun qalsalar da, sevincli finalın baş qəhrəmanı kimi əsl qələbə Skapenə və bu obrazın mahir ifaçısı Sabir Məmmədova məxsusdur. Hədər yerə deyil ki, Molyer öz komediyasının adını "Skapenin kələkləri" qoyub və Sabir də onun kələklərini yüksək səhnə mədəniyyəti, mənalı ifadə vasitələri, dinamik hərəkət plastikası, "danışan" göz-qaş oyunu, him-cim elementləri ilə oynamaqla Molyerin baş qəhrəman təyininə peşəkar bacarıqla və parlaq istedadla sadiq qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see184

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see173

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see134

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see132

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see130

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see123

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see123

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see120

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see120

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see114

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see113

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see113

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see112

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see112

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see111

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see110

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see110

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see108

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri