Icma.az
close
up
RU
Ətirli və gümrahedici Bakılıların qəhvə zövqləri necədir?

Ətirli və gümrahedici Bakılıların qəhvə zövqləri necədir?

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ənənəvi olaraq çay ölkəsi hesab olunur. Bununla belə, son illərdə qəhvə mədəniyyəti də getdikcə geniş yayılmağa başlayıb. Bakıda və regionlarda qəhvəxanalar görüş, iş və istirahət məkanlarına çevrilib, qovurulmuş və üyüdülmüş qəhvə dənələrindən hazırlanan içkinin keyfiyyətinə maraq isə dəfələrlə artıb.

Ölkəmizdə qəhvə çox vaxt uzun söhbətlər üçün bəhanəyə çevrilir. Əsasən ayaqüstü “espresso” içən italiyalılardan fərqli olaraq, bizdə bir fincan qəhvə ilə uzun müddət oturmaq, ənənəvi çay süfrəsində olduğu kimi, hər qurtumdan zövq almaq adətdir.

Lakin bu yazıda başqa, heç də az əhəmiyyət kəsb etməyən bir məqama – qəhvənin hazırlanma prosesinə toxunacağıq. Məlum olduğu kimi, qəhvənin hazırlanmasının çoxsaylı üsulları mövcuddur. Biz isə ən çox yayılan variantlar haqqında danışacağıq.

Ətri və dadı ilə seçilən türk qəhvəsi ən geniş yayılmış içkilərdən biridir. Köpüklü və dadlı türk qəhvəsi hazırlamaq üçün ilk növbədə inqrediyentlər diqqətlə seçilməlidir. Keyfiyyətli qəhvə, uyğun su və düzgün avadanlıq bir araya gəldikdə, ənənəvi qəhvə zövqü əsl ləzzətə çevrilir. Qəhvə xırda üyüdülmüş, təzə və yaxşı qovurulmuş olmalıdır. Daha yaxşı nəticə əldə etmək üçün qəhvə dənələrini dəmləmədən əvvəl üyütmək məsləhətdir. Su qəhvə ilə birə-bir nisbətində götürülür və mütləq içməli su olmalıdır. Ənənəvi dad üçün qəhvəni mis cəzvədə hazırlamaq daha məqsədəuyğundur. Qəhvə şəkərsiz və ya zövqdən asılı olaraq az miqdarda şəkərlə hazırlana bilər. Geniş yayılmış fikrin əksinə olaraq, türk qəhvəsi soyuq su ilə hazırlanmaz. 65–70 dərəcə temperaturunda isti su və bol qəhvə istifadə edildikdə içki daha dadlı alınır. Qəhvə cəzvəyə qaşığa tam dolduraraq əlavə etmək lazımdır. Qəhvənin az olması içkinin duru alınmasına səbəb olur. Qəhvə orta odda qaynamağa qoyulur. Səthi tündləşən kimi cəzvə bir anlıq oddan götürülür, sonra yenidən ocağa qoyulur və qəhvə qalxmağa başlayan kimi köpük əmələ gəlməsini gözləmədən fincanlara süzülür.

“Espresso” da bakılıların sevimli içkilərindən sayılan, yüksək təzyiq altında xırda üyüdülmüş qəhvə dənələrindən keçirilən isti su ilə hazırlanan qatı qara qəhvə növüdür. “Espresso” müxtəlif üsullarla – qəhvə maşını və moka qəhvədanı (geyzer tipli qəhvəbişirən) vasitəsilə hazırlanır.

Yaxşı “espresso”nun əsas sirlərindən biri qəhvənin dəmlənmədən cəmi bir neçə saniyə əvvəl üyüdülməsidir. Keyfiyyətli “espresso”da karbon qazının (CO₂) rolu mühümdür. Bu qaz suda həll olmayan dad və aroma elementlərinin fincana keçməsinə kömək edir və kremin yaranmasını təmin edir. Təzə qəhvə dənələrində karbon qazı çox olur, lakin üyüdüldükdən sonra onun təxminən 80 faizi iki dəqiqə ərzində itir. Bunun qarşısını almaq üçün üyütmə ilə dəmləmə arasındakı vaxt minimuma endirilməlidir. “Espresso” əvvəlcə damcı-damcı axmalı, qatı və yağlı quruluşa malik olmalı, daha sonra bərabər axına çevrilməlidir. Dadı təmiz və bir qədər şirin, turşuluğu isə balanslı olmalıdır. İçki nə həddindən artıq turş, nə də çox acı olmamalıdır. “Espresso” hazırlanarkən vaxtı ölçmək tövsiyə olunur. İdeal halda, üyüdülmüş qəhvənin çəkisindən iki dəfə ağır olan porsiya təxminən 30 saniyəyə hazır olmalıdır.

Qəhvə sevənlər yaxşı bilirlər ki, “kapuçino” ən populyar qəhvə içkilərindən biridir. “Espresso”, buxarlanmış süd və süd köpüyünün ideal nisbəti kremli və ləzzətli dad yaradır. Mükəmməl “kapuçino” hazırlamaq üçün üç əsas inqrediyent lazımdır: “espresso” (və ya qəhvə), süd və köpük.

Bir stəkan süd qızdırılır, kənarlarında köpükcüklər yaranana qədər isidin, lakin qaynama həddinə çatdırılmır. Sonra süd oddan götürülərək hamar səth üzərinə qoyulur və mikserlə çalınır. Süd qatlaşdıqca sürət artırılır və istəyə uyğun həcmdə köpük alınana qədər çalınma davam etdirilir. 150–180 millilitr su üçün 2 xörək qaşığı üyüdülmüş qəhvə ölçülür. Qəhvə avtomatik qəhvəbişirəndə və ya frenç-presdə hazırlana bilər.

Klassik kapuçino 1/3 “espresso”, 1/3 buxarlanmış süd və 1/3 köpükdən ibarətdir. Zövqə uyğun olaraq içkiyə 2–3 xörək qaşığı ətirli sirop, eləcə də şokoladlı və ya vanilli süd əlavə etmək olar. Əlavə dad üçün köpüyün üzərinə kakao tozu və ya darçın səpmək də mümkündür.

“Latte espresso”, buxarlanmış süd və nazik köpük qatının qarışığından hazırlanan məşhur isti qəhvə içkisidir. Kremli və yumşaq dadı ilə seçilən “latte” qəhvəsevərlər arasında geniş rəğbət qazanıb. Əvvəlcə 35 millilitr “espresso” hazırlanır və fincanın dibinə tökülür. Daha sonra süd çalınaraq üzərində təxminən 2–3 santimetr qalınlığında köpük yaradılır. Süd fincana xüsusi qab olan pitçer vasitəsilə tökülür. Pitçerin burnu fincandan 3–4 santimetr hündürlükdə saxlanılır və süd bərabər şəkildə axıdılır. Fincandakı mayenin həcmi artdıqca pitçer içkinin səthinə yaxınlaşdırılır və süd mərkəzə doğru tökülür. Pitçer səthə yaxınlaşdıqda bir qədər əyilir, bu da südün daha sürətlə axmasına və səthdə təbii naxışların yaranmasına imkan verir.

Yalnız “espresso” və sudan hazırlanmış amerikano qəhvəsi sadə tərkibə malik olsa da, eyni zamanda son dərəcə zəngin dadlı və ətirli ola bilər. Bu içki cəmi iki inqrediyentdən ibarət olduğu üçün onların keyfiyyəti həlledici əhəmiyyət daşıyır. Bu zaman mütləq təzə qovrulmuş qəhvə dənələrindən və imkan daxilində filtrdən keçirilmiş sudan istifadə edilməlidir. “Espresso” hazırlandıqdan sonra fincana tökülür, daha sonra üzərinə isti su əlavə edilir. “Espresso” ilə suyun nisbəti 1/3 və ya 1/4 olmalıdır. Ənənəvi olaraq amerikano qəhvəsinə süd və şirinləşdiricilər əlavə edilmir.

Bakıda hansı qəhvənin daha çox üstünlük təşkil etdiyini öyrənmək üçün kiçik sorğu da aparılıb. Sorğunun nəticələrinə əsasən, ən çox seçilən üç qəhvə növü latte, kapuçino və amerikano qəhvəsi olub. Latte və kapuçinonun yumşaq dadı və süd köpüyü rəqabətsiz qalıb. Bununla yanaşı, gümrahlığını yalnız amerikano qəhvəsi ilə əlaqələndirənlər də tapılıb.

Sorğuda iştirak edənlərin bir hissəsi şokoladlı mokkoya üstünlük verdiyini bildirib, digər qismi isə etiraf edib ki, Azərbaycanda çay müqəddəs sayılır və heç bir qəhvə dənəsi onların gözündə təzə dəmlənmiş, ətirli çayın dadını əvəz edə bilməz (AZƏRTAC).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Yanvar 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri