Icma.az
close
up
RU
Borçalı ətirli poeziya

Borçalı ətirli poeziya

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəşid Faxralı – 70

Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə şair-publisist, Qarabağ müharibəsi veteranı Rəşid Faxralının (Hüseynov) 70 illiyi ilə bağlı toplantı keçirildi. Rəşidi yubileyi münasibətilə təbrikə gələnlər arasında onun yazıçı, şair, hərbçi dostlar və qələmdaşları var idi.

Məclisi giriş sözü ilə açan “Borçalı” İB-nin sədri, şair Dəyanət Osmanlı Rəşid Faxralının həyat və yaradıcılığı haqqında qısa məlumat verərək bildirdi ki, Rəşid Faxralı poeziyasının özəyini böyük Türk coğrafiyasının, böyük Vətənin, eləcə də Borçalı torpağının müqəddəsliyi, bərəkəti, sarsılmaz qüruru təşkil edir. O şeirlərin hər biri milli ruhla yoğrulub, şairin humanist, epik düşüncəsini çox dürüst ifadə edir. Rəşidin hər yeni şeiri, yazısı, kitabı millətə, Vətənə, tariximizə xidmət nümunəsi hesab oluna bilər.

Onun sözlərinə görə, Rəşid milli kimliyini yetərincə yaxşı bilən və bununla fəxr duyan, məsləkini yaradıcılıq prinsipinə çevirən şairdir. Rəşidin poetik mətnləri yüksək ictimai məzmun daşıyır. Şairin “Araz boyu şimşək çaxa!..” poeması ulu tariximizin dərslərindən nəticə çıxararaq dünyaya milli haqqını eşitdirmək iddiası kimi səslənir. Burada ümumi türkçülük ideyasından irəli gələn milli-ideoloji maraq, estetik poetik zövq əsərin aparıcı funksiyası olaraq açıq-aydın görünür.

Sonra Dəyanət Osmanlı təmsil etdiyi ictimai təşkilatın adından “Borçalının fəxri” diplomunu yubilyara təqdim etdi.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Rəşid Faxralını öz adından və təmsil etdiyi qurumun rəhbərliyi adından 70 illiyi münasibətilə təbrik etdi, şairin yaradıcılığı ilə bağlı səmimi fikirlərini bildirdi. AYB-nin şairə təbrikində isə deyilirdi: “Siz Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısısınız. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra yazdığınız məqalələr müharibə tariximizin ədəbi-publisistik salnaməsi kimi dəyərləndirilir, Vətən müharibəsində tarixi Zəfərin birinci ildönümünə həsr etdiyiniz “Əsgər nəfəsi” kitabınız Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun, Zəfərinin kitabıdır.

... “Zaman, biz və kişiliyimiz”, “Goranboy əməliyyatı”, “Ömrün üfüqləri”, “Səngərdən əbədiyyətə”, “Ömür düsturu”, “Salam, ruhumuzun şəhəri Şuşam!” və sair publisistik kitabların, “Gözümdə hönkürür bir dəli sevda”, “Könlüm cənnət qapısıdı”, “Ömrümün üç nöqtəsi”, “Müharibə” və s. şeirlər, poemalar kitablarının müəllifisiniz. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Gürcüstan Yazıçılar Akademiyasının üzvüsünüz. “Qızıl kəlmə”, “Altun media”, “Həsən bəy Zərdabi”, “Rəsul Rza”, “Mikayıl Müşfiq” ədəbi mükafatları laureatısınız”.

Rəşid Faxralınn hərbçi həmkarı, Müdafiə Nazirliyinin əməkdaşı, tanınmış şair Abdulla Qurbani onunla birgə hərbi xidmət dövrü xatirələrini söylədi. Onun sözlərinə görə, Rəşid Qarabağ müharibəsinin ilk illərindən vətənpərvər bir insan kimi hərbi xidmətə gəlib, “Xalq Ordusu” (sonradan “Azərbaycan Ordusu”) qəzetində, Müdafiə Nazirliyinin Sənədli Filmlər Kinostudiyasında çalışıb. Ömrünün çox illərini cəbhədə əsgərlərin yanında keçirib. Məqalələrinin, şeirlərinin çoxunu döyüş meydanlarında, Murovda, digər cəbhələrdə qələmə alıb. Abdulla Qurbani həmkarını 70 illik yubileyi münasibətilə təbrik etdi, ona Müdafiə Nazirliyinin hədiyyələrini təqdim edərək yaradıcılıq uğurları arzuladı.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov çıxışında Rəşidlə eyni orta məktəbdə təhsil aldığını, ibtidai siniflərdə onun atasından dərs aldığını bildirdi. Eyni zamanda, o illərdə özündən bir neçə yaş böyük olan Rəşidin yaradıcılığa meyl etdiyini, şeirlər yazdığını bilib. Onun fikrincə, Rəşid Faxralı Azərbaycan ədəbiyyatına hərbi vətənpərvərlik mövzusunda sanballı töhfələr verib. Rəşidin “Xalq qəzeti”ndə dərc edilmiş cəbhə ətirli, əsgər nəfəsli yazılar da oxucular tərəfindən maraqla qarşılanıb.

Məşhur publisistlər Şəmistan Nəzirli və Mehman Süleymanov Rəşidlə birgə keçdikləri hərbi yolla bağlı xatirələrini dilə gətirdilər. Müdafiə Nazirliyinin Sənədli Filmlər Kinostudiyasının əməkdaşı olmuş, bir sıra mahnılar, eləcə də Rəşid Faxralının sözlərinə mahnı yazmış bəstəkar Şahin Musaoğlu da şairi yubileyi münasibətilə təbrik etdi, onunla bağlı maraqlı xatirələrini söylədi. Keçmiş hərbçi Zöhrab İmamquliyev cəbhə yollarında dost olduğu Rəşid Faxralı yaradıcılığını yüksək qiymətləndirdi.

Digər çıxış edənlər də Rəşidin Azərbaycan ədəbiyyatı və jurnalistikasında hərbi vətənpərvərlik mövzusunu geniş işıqlandıran qələm adamı olduğunu qeyd etdilər.

Sonra şair Rəşid Faxralı yaradıcılığına dəyər verərək yubileyinə toplaşanlara, eləcə də AYB-yə və “Borşçalı” İB-yə təşəkkürünü bildirdi.

Paşa ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Mart 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri