Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Ətirsiz ərik, formasız çiyələk: Meyvənin dadı da, vitamini də itib

Ətirsiz ərik, formasız çiyələk: Meyvənin dadı da, vitamini də itib

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Marketlər sağlamlığımızla oynayır


Sağlamlığımızı bazarlarda uduzuruq – “ucuz” meyvə alıb, bahalı dərman içirik

“Dadlı meyvə tapmaq mümkündürmü, bəli, mümkündür. Kəndlinin yetişdirdiyi meyvələr dadlı və keyfiyyətli olur. Amma məsələ bundadır ki, kəndli də marketinq siyasətinin girovuna çevrilib. O da becərdiyi məhsulu öz dəyərinə uyğun satmaq istəyirsə, marketinq siyasətinə uyğunlaşmaq məcburiyyətindədir. Bazar, market görkəmi cəlbedici, “ömrü uzun” məhsul tələb edir. Bu isə kimyəvi dərmanlar sayəsində mümkündür”. 


Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı, kənd təsərrüfatı üzrə mütəxəssis Rauf Qarayev deyib. Ekspert qeyd edib ki, hazırda satışa çıxarılan meyvə-tərəvəzin 90 faizi kimyəvi dərmanlama prosesinə və genetik modifikasiyaya məruz qalmış məhsullardır: 

- Əriyin dadı yoxdur. Ya dadsızdır, ya da turş. Yeyildikdə, insan heç bir xüsusi tam hiss etmir. Ətri də yoxdur. Halbuki ərik ətirli və spesifik dada malik meyvələrdən biridir. Yəni təbii şəkildə belə olmalıdır. Amma deyil. Şaftalı da eynilə bu cürdür. Çiyələk ən xoş ətirli, insana fərəh gətirən bir giləmeyvə hesab edilir, amma indi satışdakı çiyələklər çiyələk formasından çıxmış qəribə, əndrəbadi bir formada, quruluşdadır. Çiyələyin forması itib artıq. Gilas, albalı həmçinin. Hansı birini deyək?!. Meyvələrin 90 faizi bu cürdür, öz təbii formasını, dadını, tamını, ətrini itirmiş formada. Üstəlik, tərkib də fərqlidir. Meyvələr təbii şəkildə daşımalı olduqları vitaminləri, orqanizmə fayda verməli olan mineralları tərkibində daşımır artıq.  Bunun bir çox səbəbləri var. Birincisi, meyvə-tərəvəzlər təbii deyil, süni şəkildə yetişdirilir. Yetişdirmə prosesində bir çox kimyəvi maddələrdən istifadə edilir. İkincisi, meyvə də, tərəvəz də kal halda bazara çıxarılır. Meyvələr ağacda yetişmir, tərəvəzlər tağından kal halda dərilir. Ağacda yetişən meyvə, tağında yetişən tərəvəzlə kal dərilib bazarda piştaxtada yetişən eyni ola bilməz. Meyvə ağacda yetişdikdə, tərəvəz də tağında yetişdikdə bütün lazımi elementləri özündə daşıya bilər. Əgər yetişməmiş dərilirsə, bu halda meyvə-tərəvəzin tərkibində müəyyən müddət ərzində, yetişmə dövründə yaranmalı olan vitaminlər də natamam qalır. Meyvələri yetişməmiş, vaxtı çatmamış, dəyməmiş ona görə yığırlar ki, yetişmiş meyvəni bazara gətirib çıxaranadək xarab olacaq, onları fermerdən nə bazar, nə də marketlər qəbul edəcək. Bazar da, market də təhvil aldığı məhsulun həm uzunömürlü, həm də görkəmcə cəlbedici olmasını əsas şərt kimi qoyur. Fermer, kəndli də məcburdur bu siyasətə uyğunlaşsın.  Onun zərərini qarşılayan yoxdur. Əgər zərəri qarşılayacaq qurum olsa, vətəndaşın sağlamlığını düşünərək təbii meyvə-tərəvəzin yetişməsində maraqlı olar və kəndliyə də bunu sifariş edərlər. Belə bir hal olmadığı üçün kəndli məcburdur qazanc əldə etmək üçün süni meyvə-tərəvəz yetişdirsin. Təbii meyvə-tərəvəzi yalnız şəxsi həyətlərdə, həyətyanı sahələrdə kəndlini öz ailə ehtiyacı üçün yetişdirdiyi zaman görə bilərsiniz.  Bu cür meyvələrin, tərəvəzlərin, göy-göyərtinin dadı, tamı tamam fərqli olur. 

İqtisadçı qeyd etdi ki, meyvə-tərəvəzin süniləşməsinə marketinq siyasəti təsir edir: 


- Meyvə-tərəvəzi indiki bərbad hala salan marketinq siyasətidir. Marketlər xüsusi şəkildə yetişdirilmiş meyvə-tərəvəzlər tələb edir. Bu da bölgələrdə məhsul yetişdirilməsinə təsir edib. Dərmanlama prosesi aparılır ki, məhsul daha qalıcı olsun, görkəmi də qəşəng olsun. Market bununla alıcı cəlb edib qazanmaq istəyir, fermer də az zərər görsün deyə bu siyasətə uyğunlaşır. Bu da vətəndaşın nəinki cibinə, birbaşa sağlamlığına təsir edir. 


İqtisadçı vətəndaşların zərərli vərdişlərə sahib olduğunu da vurğuladı: 

- Bizim insanların psixologiyası fərqlidir. Məsələn, Rusiyada hər meyvədən bir qədər alırlar. Fərqli meyvələr müxtəlif vitaminlər ötürür orqanizmə. Həm də meyvənin görkəminə deyil, təbii şəkildə olanına, əyri-üyrüsünə üstünlük verirlər. Bizdə isə başqa cürdür. Bizdə əksəriyyət görkəmə üstünlük verir. Və hansı meyvə ucuzdursa, ondan daha çox alırıq. Beləliklə, vitamin çatışmazlığı, disbalans yaranır. Halbuki mövsümdə bir çox fərqli meyvələr, giləmeyvələr olur. Əslində, vətəndaş büdcəsini deyil, ilk növbədə sağlamlığını düşünüb alış-veriş etməlidir. Amma nə edirlər, bazara gedən 1 kiloqram alma, 1 kiloqram armud almağı özünə sığışdırmır ki, kimsə görüb deyər, hər meyvədən az-az alıb. Ucuzdur deyə bir meyvədən çox alırlar, təbii ki, bunu 1 gündə istehlak etmək mümkün deyil, ona görə də ertəsi gün meyvə xarab olur və atılır. Vətəndaş ucuz alaraq qazanc əldə etdiyini düşündüyü halda, əksinə, ziyana düşmüş olur. Meyvə də, tərəvəz də nə qədər istehlak olunacaqsa, o qədər alınmalıdır. Alınanlar tam bitsin, sonra yenə alınsın. Satıcılar bizim psixologiyamıza bələddirlər, “endirim” edərək 1 kiloqram əvəzinə 3 kiloqram almağa məcbur edir. Satıcı öz xeyrini düşünürsə, alıcı da özünə sərf edəni seçməlidir. Evdə böyük çəkidə meyvə-tərəvəzi saxlamaq mümkün deyil, alınan məhsulun 50 faizi itkiyə gedir. Məhsul süni yetişdirilib, kal dərilərək piştaxtada günlərlə qalıb deyə, evə gətirilən kimi çürüməyə başlayır. 


İqtisadçı qeyd edib ki, məhsulun tez çürüməsinə anbarda saxlanılması da səbəbdir: 

- Sahibkarlar məhsulu anbarlarda saxlayır. Bazarda məhsul qıtlığı yarananda qiyməti yüksəldərək satışa çıxarırlar. Sahibkarlar bu üsuldan istifadə edir, məhsulu alverçilərə təhvil verir. Məhsul yenə də kənar təsirlərə məruz qalır. Tək meyvə-tərəvəz deyil. Digər məhsullarla bağlı da bu siyasət  yürüdülür. Vətəndaş özü çıxış yolu axtarıb tapmalıdır. Əgər sahibkarlar marketinq maraqlarını üstün tutursa, vətəndaş da öz marağını düşünməlidir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyun 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see668

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see439

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see401

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see285

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see279

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see275

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see249

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see244

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see231

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see220

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see219

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see213

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see212

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see209

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see198

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see198

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see195

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see190

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri