Icma.az
close
up
RU
ETNdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

ETNdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 25-də Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, nümayəndə heyətinin tərkibində institutun direktoru akademik Qriqori Trubnikov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Otiliya-Aka Kulikov, eləcə də laboratoriya müdirləri O.Belov və N.Kuçerka təmsil olunublar.

Görüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, nazirliyin Elm və ali təhsil siyasəti, Beynəlxalq əməkdaşlıq şöbələrinin, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbər şəxsləri iştirak ediblər.

Görüş zamanı qonaqlara Azərbaycan təhsil sistemində aparılan islahatlar, eləcə də Elm və Təhsil Nazirliyinin yaradılmasının zəruriliyi barədə məlumat verilib. BNTİ-nin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra elm və ali təhsil müəssisələrinin rəhbərləri ilə baş tutan görüşlərdə müzakirə edilən əməkdaşlıq perspektivlərindən danışılıb.

Qriqori Trubnikov 16 ölkənin üzv olduğu BNTİ-nin elmin müxtəlif istiqamətləri, xüsusilə nüvə və aerokosmik texnologiyaların inkişaf etdirilməsində nailiyyətlərini xüsusi vurğulayıb və institutda aparılan tədqiqatların elmi aktuallığını diqqətə çatdırıb.

Görüşün sonunda nazir müavini Firudin Qurbanov və akademik Qriqori Trubnikov qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə səylərin atılacağını bir daha vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan BNTİ-yə üzv olduğu dövrdən nüvə fizikası sahəsindəki tədqiqatları bu beynəlxalq statuslu institutla, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirib. Ətraf mühitin qorunması və radioekologiya sahəsində aparılmış tədqiqatlar, ölkəmiz üçün çox əhəmiyyətli tibbi müalicə üsulları (onkologiya və s.) sahəsində yüksək hazırlıqlı radioloqların hazırlanmasını buna misal olaraq göstərmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri