Icma.az
close
up
RU
Etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir Azərbaycan XİN

Etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir Azərbaycan XİN

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in 15 yanvar 2025-ci il tarixli bəyanatı ilə bağlı şərhində deyilir.

"Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.

Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərir.

Ermənistan XİN-ə xatırladırıq ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir", - o bildirib.

Onun sözlərinə görə, 20-ci əsrin əvvəllərindən 1920-ci illərin əvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan və sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlının kütləvi surətdə qəddarcasına deportasiya edilməsi faktları Ermənistan tərəfinə yaxşı məlumdur.

"Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.

Ermənilərin saxta propaqandasının tərkib hissəsi olan uydurma "Sumqayıt qırğınları"nın Azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu bütün dünya bilir.

Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir.

Ermənistan tərəfindən tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğat sülhə xidmət etmir və təhlükəlidir", - A.Hacızadə bildirib.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see237

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see210

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see192

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see191

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see174

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see173

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see157

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see151

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see149

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see148

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see137

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see134

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see134

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see128

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri