Ətraf mühitə təsirlə bağlı hesabatlar ictimaiyyətə açıqlanacaq
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində bas verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemi hesab ediləcək.
Təbiətdən istifadəçilər (“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.
Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək.
Qüvvədə olan qanunvericiliyə görə, hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar.
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqində istifadə edilən ölçü vasitələri standartlaşdırmanın və metrologiyanın tələblərinə uyğun olmalıdır. Müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir.
Məlumat üçün bildirək ki, qanun layihəsi hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması və Təbii Resursların İdarə Edilməsi İndeksinin “yerli təsirlərin idarə edilməsi” alt-komponenti üzrə ölkənin göstəricilərinin yaxşılaşdırılması zərurətindən irəli gələrək hazırlanıb.
Bu məqsədlə ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin ətraf mühitin istehsalat monitorinqini mütləq şəkildə aparması tələbi müəyyən edilir. Həmçinin, istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və yoxlamadan keçməlidir, bu barədə illik hesabat aidiyyəti dövlət orqanına növbəti il fevralın 1-dək təqdim edilməlidir.
Qeyd edək ki, qanun layihəsi ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi almaqla ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətinə sonradan davamlı nəzarətin təmin edilməsi və onun nəticələri barədə əhalinin məlumatlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 Noyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















