Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Ətraf Mühitin Mühafizəsi Günü: Təbiəti qorumaq vətəni qorumaqdır!

Ətraf Mühitin Mühafizəsi Günü: Təbiəti qorumaq vətəni qorumaqdır!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

1972-ci ilin iyunun 5-də BMT-nin Baş Assambleyasının Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyi, əhali arasında ekoloji maarifləndirmənin genişləndirilməsinin əhəmiyyəti, bu sahədəki problemlərə diqqətin yönəldilməsinin vacibliyi nəzərə alınaraq iştirakçılar tərəfindən 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunması qərara alınmışdır. 1973-cü ildən başlayaraq 5 iyun bütün dünyada “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunur.

Azərbaycan bu gün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir. Tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə” mövzusu altında keçirilir. Qeyd edək ki, ölkəmiz Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında keçirilən tədbirdə qəbul edib.

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva mövzu ilə bağlı XQ-yə bildirib ki, 5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bu il ölkəmiz üçün həm böyük qürur, həm də mühüm məsuliyyət rəmzidir. Azərbaycanın bu mötəbər beynəlxalq günə ev sahibliyi etməsi, dövlətimizin qlobal ekoloji problemlərin həllinə verdiyi önəmin növbəti bariz nümunəsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və “yaşıl artım” ölkəsi strategiyası istiqamətində atılan addımlar hər birimizə böyük təkan verir. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində ekoloji yanaşma ön plandadır. Prezidentimizin təşəbbüsü ilə bu ərazilər “Netto sıfır emissiya” zonası elan edilib, Ağıllı şəhər və kənd layihələrində alternativ enerji mənbələrindən istifadə olunur. Bölgənin zəngin hidroenerji potensialı hərəkətə gətirilir, yeni SES-lər tikilir.  Qarabağın işğal dövründə ermənilər tərəfindən məhv edilən meşə örtüyü və flora-fauna sürətlə bərpa olunur, genişmiqyaslı ağacəkmə kampaniyaları keçirilir. Həmçinin keçmiş “Qara şəhər” sənaye zonasının təmizlənərək müasir və ekoloji cəhətdən təmiz “Ağ şəhər” layihəsinə çevrilməsi ən gözəl nümunədir. Prezident  cənab  İlham Əliyevin həyata keçirdiyi ekoloji siyasət təkcə bu günün deyil, gələcək nəsillərin də təmiz, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamasına hesablanmış strateji bir xəttdir.

Şəhərsalma Forumunda da (WUF 13) bir daha şahid olduğumuz kimi, iqlim dəyişikliyinin fəsadları artıq uzaq gələcəyin deyil, bu günün reallığıdır. Artan iqlim təhlükələri və ekoloji çağırışlar fonunda yalnız dövlət tənzimləmələri ilə kifayətlənmək olmaz, bu mübarizədə ictimai təşkilatçılığın və vətəndaş həmrəyliyinin təşviqi həlledici rol oynayır.

A.Miriyeva daha sonra qeyd etdi ki, cəmiyyəti ekoloji hərəkatın fəal tərkib hissəsinə çevirmək üçün bir neçə strateji istiqamətə fokuslanmalıyıq. Ən vacib məqamlardan biri Ekoloji maarifləndirmə və “Yaşıl təfəkkür”dür: “Xüsusilə qeyd etməliyəm ki, ictimai fəallıq şüurlu yanaşmadan başlamalıdır. Vətəndaşlarımız tullantıların çeşidlənməsini, suya qənaəti, enerjini düzgün idarə etməni vərdiş halına çevirməlidilər.  Həmçinin yerli icmaları öz yaşayış sahələrini yaşıllaşdırmağa , təmiz saxlamağa cəlb etməyə, birbaşa prosesi sakinlərin məsuliyyətini artırmağa yönəldilməlidir.  Dövlət və Özəl Sektor əməkdaşılığıda problemin nöqtəvi və effektiv həllinə birbaşa təsir göstərdiyi qədər də davamlı olmalıdır. 

Biz, “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi olaraq, sadəcə çağırışlar etmir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən irimiqyaslı layihələri uğurla icra edirik. Ekoloji təhlükəsizliyin ən həssas nöqtələrindən biri olan tibbi tullantılar sahəsində “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması” layihəsini reallaşdırdıq. Bu çərçivədə tibb müəssisələrində qaydalara riayət olunma səviyyəsi monitorinq edildi və sahəvi maarifləndirmə işləri aparıləb. Gənc nəslin səfərbər olması üçün, ekoloji mədəniyyətin formalaşması məqsədilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihəni uğurla icra etdik. Layihə çərçivəsində yüzdən yuxarı gəncə layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri, və həll yolları haqqında məlumatlar təqdim olunub. Hazırda birliyimiz tərəfindən ekoloji mühitə birbaşa təsir edən “Məişət tullantılarının idarə olunmasında səmərəliliyin artırılması təşəbbüsləri” adlı layihənin icrası həyata keçirilir. Layihənin məqsədi məişət tullantılarının düzgün idarə olunması, çeşidlənməsi və təkrar emal mədəniyyətinin cəmiyyətdə təşviq edilməsidir.

Ətraf mühitin qorunması yalnız dövlət orqanlarının və ya ekoloqların işi deyil. Bu, övladlarımıza qoyub gedəcəyimiz gələcəyin sığortasıdır”.

İctimai Birlik sədri sonda onu da bildirdi ki,  5 İyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə hər bir vətəndaşı, özəl sektoru və vətəndaş cəmiyyəti institutlarını “Ekoloq”la həmrəy olmağa, ekoloji təşəbbüslərdə fəal iştirak etməyə çağırır. 

Unutmayaq ki, təbiəti qorumaq – vətəni qorumaqdır!

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see421

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see346

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see320

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see317

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see297

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see293

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see291

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see274

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see272

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see264

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see246

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see227

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see210

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see208

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see194

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see186

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see185

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri