ETX: “Citrix”in cihazlarında yaddaş təhlükəsizliyi boşluğu aşkar olunub AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 noyabr, AZƏRTAC
“Citrix” şirkətinin “NetScaler ADC” və “NetScaler Gateway” cihazlarında yaddaş təhlükəsizliyi boşluğu (CVE-2024-8534) aşkar olunub.
AZƏRTAC Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadla xəbər verir ki, boşluq, cihazın “Gateway” və ya “Authentication Server” (AAA vServer) rejimində işləməsi və eyni zamanda RDP xüsusiyyətinin aktiv olması ilə əlaqəlidir. Əgər cihazda “RDP Proxy Server” profili də qurulmuşdursa, bu boşluğun istismar ehtimalı artır.
“Boşluğun uğurlu istismarı sistemdə yaddaş zədələnməsi yaradaraq xidmətin dayanmasına səbəb ola, həmçinin sistem performansının azalması və məlumatların korlanması kimi təsirlərə yol aça bilər. İstifadəçilərə və inzibatçılara təsirə məruz qalmış cihazları ən son versiyaya yeniləmək tövsiyə olunur”, - deyə ETX-nin məlumatında bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 29 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















