Icma.az
close
up
RU
ETX rəsmisi: İnformasiya təhlükəsizliyi texnologiya ilə bitmir

ETX rəsmisi: İnformasiya təhlükəsizliyi texnologiya ilə bitmir

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"İnformasiya təhlükəsizliyi təkcə texniki həllərlə məhdudlaşmır".

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Medianın İnkişafı Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və “AzİnTelekom” MMC-nin birgə təşkil etdiyi media subyektləri üçün kibertəhlükəsizlik mövzusunda keçirilən təlimdə Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev səsləndirib.

O bildirib ki, informasiya təhlükəsizliyi məsələsində əsas yük texniki tədbirlərin deyil, idarəetmə və siyasətlərin üzərinə düşür:

"Maliyyə resursları baxımından müəyyən çətinliklər olsa da, informasiya təhlükəsizliyinin təminində diqqət əsasən idarəetmə mexanizmlərinə və düzgün siyasətlərin formalaşdırılmasına yönəldilməlidir. Beynəlxalq standartlara və normativ sənədlərə nəzər yetirdikdə görürük ki, təhlükəsizliyin texniki tərəfi yalnız son mərhələdə həyata keçirilir. Əslində isə ilkin mərhələdə siyasət, qaydalar və idarəetmə əsas rol oynayır".

Elvin Şahverdiyev qeyd edib ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün ilk növbədə müvafiq siyasətlərin, normativ aktların və qaydaların hazırlanması zəruridir. Bu isə yalnız maliyyə vəsaiti deyil, eyni zamanda strateji idarəetmə yanaşması tələb edir.

Onun sözlərinə görə, keçirilən təlimlərdə mediadan ən çox ünvanlanan suallardan biri informasiya təhlükəsizliyi siyasətinin necə formalaşdırılmalı olması ilə bağlıdır:                              

"Müasir rəqəmsal dövrdə informasiya təhlükəsizliyi kompleks yanaşma tələb edir. Amma bu məsələni bəzən sadə misallarla da izah etmək mümkündür. Məsələn, hər birimizin istifadə etdiyi smartfon və messencer tətbiqlərinə daxil olmaq üçün şifrə və ya təhlükəsizlik kodları mövcuddur. Bu, təhlükəsizliyin ən sadə nümunəsidir. Eyni prinsip media subyektlərinə də aiddir – rəqəmsal məkanda da bu cür qoruma tədbirləri tətbiq olunmalıdır."

Sonda rəis müavini vurğulayıb ki, informasiya təhlükəsizliyinə yanaşma yalnız texnologiya ilə məhdudlaşmamalı, insan faktoru, idarəetmə və siyasət səviyyəsində də ciddi tədbirlər görülməlidir:

"Polis deyilən zaman burada hüquq-mühafizə orqanları nəzərdə tutulmur. Söhbət informasiya təhlükəsizliyi siyasətindəki “policy” – yəni qaydalar, prinsiplər və idarəetmə yanaşmasından gedir. Bu isə rəqəmsal məkanın bütün iştirakçıları üçün ilkin və ən vacib addımdır".

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri