Euronews : Formula 1 Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az Report-a istinadla xəbər verir ki, bu barədə "Euronews"un Azərbaycan paytaxtında keçirilən yubiley yarışı ilə bağlı hazırladığı reportajda bildirilib.
"Yarış həftəsonu xarici qonaqları cəlb edərək, mehmanxana biznesi, pərakəndə ticarət və digər xidmət sahələrində fəallığın artmasına səbəb olmaqla, Bakının turizm təqviminin əsas hadisələrindən birinə çevrilib. 10-cu Azərbaycan Qran-prisi həmçinin müasir şəhər trası ilə tarixi İçərişəhər arasındakı kontrastı diqqəttlərə çatdırıb", - telekanal qeyd edib.
Reportajın müəllifləri xatırladıblar ki, tədbirin dörd günü ərzində 92 mindən çox ziyarət qeydə alınıb, o cümlədən yarışı tribunalardan canlı izləyən 17 mindən çox xarici azarkeş olub.
Həmçinin qeyd olunub ki, 120-dən çox ölkədən olan tamaşaçılar Qran-priyə biletlər əldə ediblər, yarışın təşkilinə isə minlərlə əməkdaş, könüllü və marşal cəlb olunub, bu da tədbirin ümumi iqtisadi, turizm effektini gücləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 Oktyabr 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















